Mühasibi intihar edən lombardın sahibinə 5 il həbs cəzası verildi
Açıq mənbələrdən götürülüb
Məhkəmə
Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan lombard sahibi, “Gold Kredit 10” MMC-nin rəhbəri, iş adamı Kazım Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Araşdırmalar zamanı lombarddan 39 nəfər şikayətçinin olması, onların ümumilikdə 1,5 kiloqram qızıl-zinyət əşyalarının mənimsənilməsi məlum olub. Bu qızılların bazar qiyməti isə təxminən 76 min manatdan çox olub.
“Pulları ələ keçdirdi, sonda da özünü öldürdü”
Təqsirləndirilən Kazım Məmmədov ifadəsində vəziyyətin bu yerə çatmasında şirkətin keçmiş mühasibi Nahidənin günahkar olduğunu bildirib. O, mühasibin lombarda qoyulmuş qızıllara görə toplanan 200 min manata yaxın vəsaiti ələ keçirdiyini, lakin əməlləri üzə çıxdıqdan sonra intihar etdiyini deyib:
“2013-cü ildə şirkət təsis edərək fəaliyyətə başladıq, maliyyə vəsaitim olmadığı üçün tanışım mənə müxtəlif vaxtlarda və məbləğlərdə pul verirdi. Həmin vaxt Nahidə adlı mühasibimız vardı. O, məndən xəbərsiz girov qoyulmuş qızılların müqabilində götürülən kreditlərin ödənişlərini mənimsəyib. Faktın üstü 2015-ci ilin yayında açıldı, Nahidənin 200 min manat pulu mənimsədiyi məlum oldu. Məbləği ödəyə bilmədiyi üçün mən ödəməli oldum. Nahidənin əməlinin üstü açılandan sonra pul götürdüyüm adamla razılaşdım ki, müştərilərin bir qismi pulu həmin şəxsə ödəsin. Təxminən 400 min manat məbləğində kredit ödənişi müştərilər tərəfindən birbaşa pul götürdüyüm tanışıma ödənildi. 2015-2016-cı ildə isə 400 min manat dəyərində qızılları Azərbaycan Beynəlxalq Bankına girov qoyaraq, o məbləğdə kredit götürüb həmin şəxsə olan borcumu ödəyib bitirdim. Bundan sonra isə müştərilərin kredit ödənişləri ilə banka olan borcumu ödəməyə başladım. Nahidə isə həmin pulu qaytara bilmədiyi üçün 2016-ci ilin martında intihar etdi. Nahidə vergi və DSMF ödənişlərini də etmədiyindən maddi sıxıntılarım daha da artdı, bu səbəbdən də Nahidə intihar edəndən sonra şirkətin fəaliyyətini dayandırıb yeni MMC kimi fəaliyyətə başladım”.
https://toplum.tv/mehkeme/pmtn-isi-moumlvlam-sixeliyev-iranli-casusun-prezidente-sui-qesd-cehdinden-haci-memmedovu-tutmasindan-danisdip
“Zərərin böyük hissəsini ödəmişəm”
Kazım Məmmədov qeyd edib ki, yeni şirkəti bankdan götürdüyü kredit hesabına fəaliyyət göstərib. Lakin daha sonra müştərilər azaldığı, eləcə də kreditləri vaxtında ödəyə bilmədiyi üçün vəziyyəti pisləşib. O, Beynəlxalq Bankda lombard kreditləşməsi dayandıqdan sonra qızılları başqa kredit şirkətinin balansına keçirib pul götürdüyünü və həmin pullarla qızıl sahiblərinin böyük hissəsinə olan borcunu ödədiyini bildirib.
İstintaq müddətində şikayətçi olan şəxslərin bir neçəsi də qızılları qaytarıldığı üçün şikayətlərini geri götürüb.
Kazım Məmmədov daha sonra ödənişləri edə bilmədiyini, imkanı daxilində yerdə qalan şəxslərə də ödəniş etmək niyyətində olduğunu deyib.
Hökm
Məhkəmənin hökmünə əsasən, Kazım Məmmədov 5 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.
Kazım Məmmədovun sahibi olduğu şirkətin mühasibi Nahidə Məmmədova 8 mart 2016 tarixində 45 yaşlında Gəncədəki qəbiristanlıqların birində intihar edib. O, anasının qəbri üstündə özünü zəhərləyərək həyatına son qoyub. Mərhumun 4 uşağı qalıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Məhkəmə: Gənc ana 1 yaşlı körpəsini zəhərləyib öldürməkdə təqsirləndirilir
Açıq mənbələrdən götürülüb