Məhkəmə

Narkotik ticarətində ittiham olunan inanclıya hökm oxunub

18 Oktyabr, 2023
516

Açıq mənbələrdən götürülüb

Məhkəmə

Oktyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində inanclı Bəxtiyar Babaşov hökm oxunub.
 
O, 4 il müddətinə azadlıqdan məhrum edilib. 

Bəxtiyar Babaşov satış məqsədilə külli miqdarda narkotik əldə etməkdə təqsirli bilinirdi. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsilə ittiham irəli sürülmüşdü. 

Hakim hökmü elan etməmişdən əvvəl Bəxtiyar Babaşov son söz deyib: "5 min dindarı tutub narkotik ittihamıyla salıblar içəri. Belə çıxır ki, ölkənin bütün dindarları narkotacir imiş? Mən həmişə insanları narkotikdən uzaq dayanmağa çağırmışam. İbadətlə məşğul olan adamam.
Narkotik ittihamı mənim adıma yapışmır. Mənə psixoloji təsirləri göstərib, istədiklərinə qol çəkdiriblər. Düşünmüşəm ki, məhkəmə ən ali orqandır, gedib orda sözümü deyəcəm", - təqsirləndirilən şəxs vurğulayıb. 

Hakim qısa müşavirədən sonra hökmü elan edib. Məlum olub ki, 234.4.3 Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə) maddəsinə tövsif edilib. 

Bəxtiyar Babaşovun vəkili Zibeydə Sadıqova Toplum TV-yə bildirib ki, məhkəmə hökmündən apellyasiya şikayəti veriləcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Qan xərçəngindən əziyyət çəkən uşaqlara görə yığılmış pulların aqibəti necə oldu? 

29 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Nuridə Seyidovanın, Aynur Bayramovanın və Aysel Məmmədovanın məhkəməsi başlayıb.  Məhkəmə iclasına hakim Azad Məcidov sədrlik edir. Bu xanımlar talassemiyalı uşaqların xaricdə müalicəsi adı altında ayrı-ayrı vətəndaşlardan alınmış ümumilikdə 1 milyon manat civarında pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirlər. Xanımlara qarşı Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluğa görə 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. Hər şey ondan başlayıb ki, ötən ilin fevralında bir qrup vətəndaş “Urmedhelp” və “My Doc Tour Medical Tourism” şirkətlərinin sahibi Nuridə Seyidovadan, Aynur Bayramovadan, Aysel Məmmədovadan Prezidentə və Vitse-Prezidentə, Ombudsmana və başqa hüquq-mühafizə orqanlarına şikayətçi düşüb. Məsələn, 10 yaşlı övladı qan...
Məhkəmə

“Tərtər mollaları” işi üzrə məhkəmə davam edir 

28 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Məhkəmə iclasına Şəlalə Həsənova sədrlik edir. İbtidai istintaqın qənaətinə görə, bu şəxslər Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən dəstə üzvləri olub. Mühakimə olunanlar Tərtər rayonundan olduqlarından və orada dini mərasimlərdə mollalıq etdiklərindən işə şərti olaraq “Tərtər mollaları” adı verilib.   Təqsirləndirilən şəxslərin bəzilərinə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsiylə yanaşı 234-cü maddə də verilib.  İttiham aktında qeyd olunur ki, İranda yaşayan, həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif...

Seçilmiş Videolar

Toplum TV loqo