Məhkəmə

Narkotikə görə tutulan inanclı: “Mədəniyyət evlərində narkotikə qarşı çıxışlar edirdik” 

Esmira Cavadova
19 Sentyabr, 2023
271

Açıq mənbələrdən götürülüb

Məhkəmə

Bakı Ağır Cinayətlər Məhkəməsində Nahid Qəhrəmanovun məhkəməsi başlayıb. Onun adı 7 ay əvvəl hökümətyönlü xəbər saytlarında “Kərimə dövləti qurmaq istəyən 32 nəfər”dən biri kimi qeyd olunurdu. Bildirilirdi ki, həmin 32 nəfər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də ibadət yerlərində, insanların toplaşdığı digər mərasimlərdə İran lehinə təbliğatlar aparıblar. Dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqlarını yerinə yetiriblər. Ancaq bu ad altında həbs olunanların işi məhkəməyə gəldikcə məlum olur ki, onlara qarşı həmin əməllə bağlı yox, satış məqsədilə külli miqdarda narkotik əldə edib saxlamaqla bağlı ittiham verilir. Elə Nahid Qəhrəmanov da Cinayət Məcəlləsinin 234.4.3 maddəsiylə təqsirləndirilir. Dövlət ittihamçısının elan etdiyi İttiham aktına görə, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nahid Qəhrəmanovu Binəqədi ərazisində saxlayaraq idarəyə aparıblar. Üzərinə baxış keçirərkən külli miqdarda psixotrop maddə aşkar edilib.

https://toplum.tv/mehkeme/pirana-casusluqda-ittiham-olunan-sexslerin-istintaq-isi-yekunlasibp

Məhkəmə iclasına hakim Telman Hüseynov sədrlik edir. O, İttiham aktının elanından sonra Nahid Qəhrəmanovdan özünü təqsirli bilib-bilməməsini soruşub. Nahid Qəhrəmanov deyib ki, nəinki özünü təqsirli bilmir, hətta uzun müddətdir ki, insanları narkotikdən yayındırmaq üçün ictimai tədbirlərdə iştirak edib:

Hakim: - İttihamın mahiyyəti sizə aydındırmı?

Müttəhim: - Bəli. Ancaq qondarma ittihamdır. 

Hakim: - Baxın, burda ittiham aktı elan olundu, ittihama görə sizdən külli miqdarda psixotrop maddə aşkar edilib, buna görə sizi 5 ildən 12 ilədək həbs cəzası gözləyə bilər. Özünüzü təqsirli bilirsiz, ya yox? 

Müttəhim: - Bu maddə nəinki saxtadır, mən həmişə iş yerimdə, yaşadığım ərazidə narkotikaya qarşı mübarizə aparmışam. Hətta buna görə mədəniyyət evlərində, müxtəlif yerlərdə tədbirlər keçirmişik, insanları narkotikdən yayındırmaq üçün danışmışıq. 

Hakim: - Bunu ifadənizdə ətraflı danışarsız. 

Növbəti məhkəmə iclasında Nahid Qəhrəmanov ifadə verəcək. 

Nahid Qəhrəmanov bu ilin martında DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Cinayət Məcəlləsinin 234.4.3 (Satış məqsədilə külli miqdarda narkotik əldə edib, saxlama) maddəsi ilə təqsirləndirilir. O, 2011-ci ildə “hicab məhbusu” kimi həbs olunub, 2012-ci ildə 5 il 5 ay həbs cəzasına məhkum edilib. 2013-cü ildə əfvə düşüb. 2017-ci ildə “Nardaran məhbusu” kimi 13 il 6 ay cəza alıb. 2021-ci ildə növbəti dəfə əfv edilib.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Erməni diversanta 18 il həbs cəzası verildi - YENİLƏNİB

7 Dekabr 2023

AzərTac

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Toplum TV xəbər verir ki, Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə hakim Abdulla Məmmədov hökm oxuyub. Təqsirləndirilən şəxs 18 il müddətə azadlıqdan məhrum edilib. Voskanyan cəzasının ilk 5 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. ​​​​​*** 15:53 Dekabrın 7-də Sabunçu rayon Məhkəməsinin inzibati binasında Kəlbəcərdə saxlanılan erməni diversant Qagik Voskanyanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.  Bu iş Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun icraatında olsa da, məhkəmə prosesi Bakıda keçirilir.  Səhər saatlarında başlayan məhkəmə iclasında dövlət ittihamçısı Müşfiq Rəhimov ittiham aktını elan edib. ...
Məhkəmə

Söyüdlü sakininin məhkəməsi: “Plakatları hazırladığım üçün narkotiklə şərlədilər” 

Esmira Cavadova
7 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Gədəbəyin Söyüdlü kənd sakini olan Coşğun Musayevin məhkəməsi başlayıb.  Məhkəmə iclasına hakim Eldar İsmayılov sədrlik edir. Coşğun Musayev narkotikə görə ittiham olunsa da, o, həbsinin birbaşa Söyüdlü hadisələriylə əlaqəli olduğunu deyir.  Xatırlatma  Bu il iyunun 20-də və 21-də Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20...

Seçilmiş Videolar

Toplum TV loqo