Məhkəmə

Narkotikə görə tutulan inanclı: “Mədəniyyət evlərində narkotikə qarşı çıxışlar edirdik” 

Esmira Cavadova
19 Sentyabr, 2023
263

Açıq mənbələrdən götürülüb

Məhkəmə

Bakı Ağır Cinayətlər Məhkəməsində Nahid Qəhrəmanovun məhkəməsi başlayıb. Onun adı 7 ay əvvəl hökümətyönlü xəbər saytlarında “Kərimə dövləti qurmaq istəyən 32 nəfər”dən biri kimi qeyd olunurdu. Bildirilirdi ki, həmin 32 nəfər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də ibadət yerlərində, insanların toplaşdığı digər mərasimlərdə İran lehinə təbliğatlar aparıblar. Dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqlarını yerinə yetiriblər. Ancaq bu ad altında həbs olunanların işi məhkəməyə gəldikcə məlum olur ki, onlara qarşı həmin əməllə bağlı yox, satış məqsədilə külli miqdarda narkotik əldə edib saxlamaqla bağlı ittiham verilir. Elə Nahid Qəhrəmanov da Cinayət Məcəlləsinin 234.4.3 maddəsiylə təqsirləndirilir. Dövlət ittihamçısının elan etdiyi İttiham aktına görə, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nahid Qəhrəmanovu Binəqədi ərazisində saxlayaraq idarəyə aparıblar. Üzərinə baxış keçirərkən külli miqdarda psixotrop maddə aşkar edilib.

https://toplum.tv/mehkeme/pirana-casusluqda-ittiham-olunan-sexslerin-istintaq-isi-yekunlasibp

Məhkəmə iclasına hakim Telman Hüseynov sədrlik edir. O, İttiham aktının elanından sonra Nahid Qəhrəmanovdan özünü təqsirli bilib-bilməməsini soruşub. Nahid Qəhrəmanov deyib ki, nəinki özünü təqsirli bilmir, hətta uzun müddətdir ki, insanları narkotikdən yayındırmaq üçün ictimai tədbirlərdə iştirak edib:

Hakim: - İttihamın mahiyyəti sizə aydındırmı?

Müttəhim: - Bəli. Ancaq qondarma ittihamdır. 

Hakim: - Baxın, burda ittiham aktı elan olundu, ittihama görə sizdən külli miqdarda psixotrop maddə aşkar edilib, buna görə sizi 5 ildən 12 ilədək həbs cəzası gözləyə bilər. Özünüzü təqsirli bilirsiz, ya yox? 

Müttəhim: - Bu maddə nəinki saxtadır, mən həmişə iş yerimdə, yaşadığım ərazidə narkotikaya qarşı mübarizə aparmışam. Hətta buna görə mədəniyyət evlərində, müxtəlif yerlərdə tədbirlər keçirmişik, insanları narkotikdən yayındırmaq üçün danışmışıq. 

Hakim: - Bunu ifadənizdə ətraflı danışarsız. 

Növbəti məhkəmə iclasında Nahid Qəhrəmanov ifadə verəcək. 

Nahid Qəhrəmanov bu ilin martında DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Cinayət Məcəlləsinin 234.4.3 (Satış məqsədilə külli miqdarda narkotik əldə edib, saxlama) maddəsi ilə təqsirləndirilir. O, 2011-ci ildə “hicab məhbusu” kimi həbs olunub, 2012-ci ildə 5 il 5 ay həbs cəzasına məhkum edilib. 2013-cü ildə əfvə düşüb. 2017-ci ildə “Nardaran məhbusu” kimi 13 il 6 ay cəza alıb. 2021-ci ildə növbəti dəfə əfv edilib.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Ermənistana casusluqda təqsirləndirilən şəxsə hökm oxunub

Esmira Cavadova
30 Noyabr 2023

Açıq mənbələrdən götürülüb

Ermənistana casusluqda ittiham olunan Aydın Zəkiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.  Toplum TV xəbər verir ki, prosesdə hökm oxunub. Hökmə əsasən, Aydın Zəkiyev 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Aydın Zəkiyevin Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə Ermənistan xüsusi xidmət orqanlarına casusluqda və dövlətə xəyanət etməkdə ittiham olunurdu. https://toplum.tv/mehkeme/pmehkemede-belediyye-sedrine-beraet-istenilibnbspp Həmçinin onun digər şəxslərin həmin xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlığa cəlb edilməsində vasitəçilik etməsi barədə tapşırıq aldığı bildirilirdi.  Məlum olub ki, Aydın Zəkiyev Ermənistan xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlığa razılıq verdikdən sonra qarşılıqlı sövdələşməyə uyğun olaraq...
Məhkəmə

Məhkəmə: Dövlətə xəyanətdə təqsirləndirilən Behişti özünü təqsirli bilmir 

Esmira Cavadova
30 Noyabr 2023
“Deyirlər, Məclisin İranda dayaqları var, yalandır. Heç yerdə sahibimiz, dayağımız olmayıb. Yığışırdıq, gündəlik həyatdan, ibadətdən danışırdıq, dağılışırdıq”.  Bunu “Behişti” ləqəbli Əli Əliyevin məhkəməsində noyabrın 29-da şahid qismində dindirilmiş Yaşar Əliyev deyib. Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Əli Əliyevin (Hacı Əli Behişti) məhkəməsi yeni başlayıb. Bu iş hakim Azər Tağıyevin icraatındadır.  İttiham  Əli Əliyev Bakının Binə qəsəbəsinin sakinidir. Bu ilin aprelində həbs olunub. Ona Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi qaldırılıb. İttihamsa bundan ibarətdir ki, o, 16 il əvvəl İranın Qum şəhərində həmin ölkənin xüsusi xidmət orqanı SEPAH-la əməkdaşlıq barədə razılığa gəlib. 2007-2014-cü illərdə Bakının...

Seçilmiş Videolar

Toplum TV loqo