Məhkəmə

Nəcməddin Sadıkovun oğlunun biznes ortağı məhkəmə qarşısındadır

Leyli Cəfərova
3 Fevral, 2023
427

Oxu.az

 Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Silahlı Qüvvələrinin sabiq qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun oğlu ilə biznes ortağı olan Kamal Akimoviç Akimovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Kamal Akimov ifadə verib.

Ona Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İsrtintaqın qənaətinə görə Kamal Akimov Azər Əsgərovdan hədə-qorxu ilə pul tələb edib.

“Azimport” şirkətinin rəhbəri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərov iddia edir ki, onun özünə, ailəsinə müxtəlif formada zərər yetirməklə hədələyib 500 min dollarını alıblar. Onun iddiasına görə, öncə 2 milyon dollar tələb edilib, son nəticədə 800 min dollara razılaşıblar. Bunun da 500 mini alınıb. Azər Əsgərovun şikayəti əsasında iş adamı Kamal Akimov cinayət məsuliyyətinə cəlb edilib.

Özünü təqsirli bilməyən Kamal Akimov şirkət rəhbərinin onu şərlədiyini bildirir. Deyir ki, hələ 10 il öncə - 2012-ci ildə Azər Əsgərovun rəhbərlik etdiyi “Azimport” şirkəti ona məxsus qeyri-yaşayış sahəsini söküb. Söhbət Səbail rayonu, Ziya Yusifzadə küçəsi 8 (keçmiş Xanlar küçəsi) ünvanında yerləşən, 146 kvadratmetrlik qeyri-yaşayış sahəsindən gedir. 

Bir neçə il tərəflər arasında məhkəmə çəkişməsi gedib, Kamal Akimov mülkiyyətinə görə tələb etdiyi kompensasiyanı almaqdan ötrü dövlət orqanlarına şikayətlər yazıb. Onun sözlərinə görə, xeyli mübarizədən sonra şirkət rəhbəri ona əmlakının əvəzi olaraq 800 min dollar ödəmək öhdəliyi götürüb: “Bu pulun da 500 minini 2 il ərzində hissə-hissə ödədi. Qalanını ödəməkdən imtina etdi. Bu gün haqlı olduğum halda, haqsız vəziyyətə düşmüşəm. Azər Əsgərov mənim halal pulumu verməyib. Əmlakım əlimdən alınıb. Əmlakımın dəyərini tələb etməyim nə vaxtdan cinayət olub?”

Kamal Akimovun vəkili deyir ki, müvəkkili əmlakına görə qalan pulunu ala bilmədiyindən icra hakimiyyətinə şikayət edib. Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini onun müraciətini rayon prokurorluğuna göndərib. Prokuror isə şikayətçinin özü barəsində cinayət işi başlayıb.

Vəkil deyib ki, nəinki Azərbaycan, dünya hüquq tarixində belə şey olmayıb: “Vətəndaş icra hakimiyyətinə şikayət edir, müavin onun şikayətini rayon prokuroruna göndərir, rayon prokuroru isə şikayət edən vətəndaş barəsində cinayət işi başlayır”. 

Zərərçəkmiş qismində tanınan Azər Əsgərov isə deyir ki, ondan tələb edilən və alınan 500 min dolların sökülən əmlaka aidiyyəti yoxdur. Hərçənd, o da Kamal Akimovun əmlakının söküldüyünü, buna görə mübahisə olduğunu təsdiqləyir: “2014-cü ildə şirkətin hüquqşünası dedi ki, tikinti zonasında mülkiyyət hüququ olduğunu iddia edən keçmiş sakinlərdən biri məhkəməyə müraciət edib, təzminat tələb edir. Şirkətin hüquqşünasları məhkəmədə şirkətin hüquqlarını müdafiə etməyə başladılar. Mən inşaatçıyam, bir neçə dövlət layihəsi həyata keçirmişəm. Mən tikintini aparan şirkət olmuşam, ərazidə söküntü aparan şirkət olmamışam”.

Azər Əsgərov iddia edir ki, Kamal Akimov bir neçə ildir onu hədələyir. Onun sözlərinə görə, 500 min də ondan bir neçə il ərzində alınıb. Təqsirləndirilən şəxsin vəkili zərərçəkmişdən soruşub ki, əgər belədirsə, o zaman niyə bu illər ərzində Kamal Akimovdan hüquq-mühafizə orqanlarına şikayət etmirdi? Cavabında o “ürəyim belə istəyib, belə də eləmişəm” deyib. 

Məhkəmə iclası fevralın 9-da davam edəcək. 

Uzun illərdir mətbuatda Kamal Akimovun Azərbaycan Silahlı Qüvvələrinin sabiq qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun oğlu ilə biznes ortaqlığı olduğu yazılır. Bildirilir ki, beton bloklar, yer daşı, səki daşı, qazon daşı, pilləkənlər və digər bu cür məhsulların istehsalı ilə məşğul olan “Keystone” MMC adlı şirkət 2010-cu ildə Kamal Akimov və Nəcməddin Sadıkovun oğlu Məhəmməd Sadıkov tərəfindən təsis olunub.

Şirkətin qanuni təmsilçisi Akimov Kamal Akimoviçdir.

Hazırda şirkətin dövlət büdcəsinə böyük miqdarda – 541 min 888 manat 20 qəpik vergi borcu var. Müşfiqabad-Sahil yolunun 6-cı kilometrində fəaliyyət göstərən zavod da Kamal Akimova məxsus olduğu bildirilən “Sterling Group” MMC tərəfindən inşa olunub.

“Sterling Group” MMC 2003-cü ildən fəaliyyət göstərir. Bu şirkətin də ofisi “Keystone” MMC ilə eyni ünvanda – “Azure Plaza”da (Nobel pr. 15, 24-cü mərtəbə) yerləşir. Şirkətin direktoru Elvan Şıxəli oğlu Mirqəliyevdir. Bu şəxs həm də vaxtilə “Keystone” MMC-nin direktoru olub. Kamal Akimov 2013-cü ildə ABŞ-ın Kaliforniya ştatında “American Sterling Group, İNC” adlı şirkət də təsis edib.

Bunlardan başqa 2016-cı ildə “Keystone” MMC-yə məxsus zavodun yerləşdiyi ünvanda - Müşfiqabad-Sahil yolunun 6-cı kilometrində Kamal Akimovun direktor olduğu “Sterling Group Ltd” MMC adlı daha bir şirkət təsis olunub.

Xatırladaq ki, bir müddət əvvəl isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Kamal Akimoviç Akimov barəsində məhkəmə iddiası qaldırmışdı. Bakı Kommersiya Məhkəməsində qaldırılan iddia vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı idi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

“Tərtər işi”ndə ittiham olunanlara hökm oxundu

Esmira Cavadova
29 Noyabr 2023

Açıq mənbələrdən götürülüb

“Tərtər işi” ilə bağlı ittiham olunan polkovnik Vüsal Ələsgərov, sabiq qərargah rəisi, polkovnik- leytenant Rəşid Niftəliyev, MAXE əsgərlər - Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Toplum TV xəbər verir ki, noyabrın 29-da Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Vüsal Ələsgərov 5 il 6 ay, Rüstəm Ələsgərov 9 il 6 ay, Rəşid Niftəliyev 5 il 6 ay, Ramil Qarayev isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. https://toplum.tv/mehkeme/pldquoterter-isirdquo-muumlttehimler-son-soumlzle-ccedilixis-ediblerp Qeyd edək ki, noyabrın 28-də müttəhimlər son sözlə çıxış etmişdilər. Təqsirləndirilən şəxslərdən heç...
Məhkəmə

Məhkəmədə bələdiyyə sədrinə bəraət istənilib 

Esmira Cavadova
28 Noyabr 2023

Açıq mənbələrdən götürülüb

Noyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə külli miqdarda dələduzluqda ittiham olunan Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkutun məhkəməsi vəkillərin müdafiə çıxışlarıyla davam edib.  İlknur Turkutun vəkili Xavər İsmayılova çıxışında bildirib ki, tərəflər arasındakı pul məsələləri mülki xarakterlidir və bu işdə cinayət tərkibi yoxdur. Bu səbəbdən də müvəkkilinə bəraət hökmü çıxarılmalıdır.  Sonra Aytac Əliyevanın vəkili Ceyhun Yusifov müdafiə çıxışı edib. O, deyib ki, bu iş ilkin istintaq dövründən düzgün aparılmayıb. Vəkilin dediyinə görə, müvəkkilinin əməlində nəinki cinayət mülki pozuntu belə yoxdur: “Bu iş Məlikməmməd nağılından başqa bir şey deyil. Bu adamı...

Seçilmiş Videolar

Toplum TV loqo