Məhkəmə

Nəcməddin Sadıkovun "sağ əli" cərimələndi, gizirə isə bəraət verildi  

Esmira Cavadova
4 İyul, 2023
369

Açıq mənbələrdən götürülüb

Məhkəmə

Müdafiə Nazirliyinin işçisi olmuş və ötən il həbs edilmiş Zahid Niftəliyevin Tərtər Hərbi Məhkəməsində 6 aydan çoxdur davam edən məhkəməsi başa çatıb. 

O, cərimələnərək məhkəmə zalından azadlığa buraxılıb. Zahid Niftəliyevlə bərabər mühakimə olunan gizir Elsevər Niftəliyevə isə məhkəmə bəraət verib, o da məhkəmə zalından azadlığa buraxılıb. Bu iş hakim İlqar Quliyevin icraatında idi.  
 
Cəmiyyətdə “Şlyapa Zahid” kimi tanınan Niftəliyev korrupsiya cinayətlərində təqsirləndirilirdi. Hərbi Prokurorluğun apardığı istintaq zamanı Zahid Niftəliyevlə birgə onun tapşırıqlarını yerinə yetirən Azərbaycan ordusunun giziri olmuş Elsevər Niftəliyev də eyni maddəllərlə mühakimə olunurdu. Zahid Niftəliyev həbsdə, gizir Niftəliyevsə ev dustaqlığında idi. 

https://toplum.tv/mehkeme/pintim-videolar-yayan-fhn-polkovnikinden-yene-sikayet-varp
 
Zahid Niftəliyev Elsəvər Niftəliyevlə əlbir olaraq ayrı-ayrı hərbi qulluqçuların xidmət yerinin dəyişdirilməsi və ya ordu sıralarından ehtiyata buraxılmasını təşkil və təmin etməyə görə müxtəlif məbləğlərdə rüşvət almaqda təqsirləndirilirdilər. 
 
İttiham aktında göstərilirdi ki, Zahid Niftəliyev hərbi qulluqçulara görəcəyi işlərdə Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun köməklik edəcəyini deyib.  
 
Hərbi qulluqçuların xidmət yerinin dəyişdirilməsi və ehtiyata buraxılmalarının təşkilinə görə Zahid Niftəliyev ümumilikdə 40 min manat, Elsəvər Niftəliyev isə 21 min manat rüşvət almaqda təqsirləndirilirdi. 
 
Cinayət işi materiallarında qeyd olunurdu ki, Zahid Niftəliyev 2018-ci ildə N saylı hərbi hissənin bir neçə hərbi qulluqçusunu qanunsuz olaraq Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən həyətyanı sahəsində fəhlə kimi işlədib. Hərbi qulluqçular 15 gün onun evinin həyətində betonlama işləri aparıblar.  
 
Əvvəllər Zahid Niftəliyev dələduzluq maddəsiylə axtarışda olsa da, həbs ediləndən sonra həmin maddə rüşvətalma maddəsinə töfsiv edilmişdi. Onun vəkili bildirirdi ki, Zahid Niftəliyev vəzifəli şəxs olmadığına görə korrupsiya cinayətində təqsirləndirilə bilməz. 
 
Zahid Niftəliyev ibtidai istintaq zamanı ittihamlar üzrə özünü təqsirli bilməmişdi və ifadə verməmişdi. 
 
Zahid Niftəliyev həbs olunandan sonra sosial şəbəkələrdə haqqında bəzi məlumatlar paylaşılırdı. Məsələn, bloger Həbib Müntəzir yazırdı ki, orduda yüzlərlə zabit ev növbəsində gözləyərkən, “Şlyapa” ləqəbli Zahid Niftəliyevin iki kürəkəni az xidmət etmələrinə baxmayaraq, Nəcməddin Sadıkovun sayəsində qısa zamanda evlə təmin olunublar. Məhz onun dəstəyi hesabına dayısı oğlunun komandir olduğu 1-ci korpusa bacısı oğlu da gizir təyin olunub. Oğlu Həzrət Niftəlizadə şəhər qeydiyyatında olduğu halda, Zığ qəsəbəsində yerləşən Hərbi Dəniz Qüvvələrində xidmət edib. 
 
Nəcməddin Sadıkovun yaratdığı Koordinasiya (Yoxlama) Şurasının da əməkdaşı olan Zahid Niftəliyevin şübhəli yollarla böyük sərvətə sahib olduğu deyilirdi. Həmin əmlakların siyahısı da yayılmışdı: 
 
1. Qəbələ rayonunun Vandam kəndinin girəcəyində hərbi hissənin materialları hesabına özünə çox böyük həyəti olan evi tikdirib, 
2. Yasamal rayonu, Şərifzadə küç. 16 ünvanında generalların binasında evi, böyük sahəyə malik olan qarajı var, 
3. Yasamalda, "Su Doldurma Məntəqəsi"nin yaxnlığında yeni tikilən binada 4 otaqlı mənzili, 
4. 8 Noyabr Prospektində, Həzi Aslanov metrosunun yaxınlığında keçmiş 227 nömrəli hərbi hissənin  yerində 10 sot torpaq sahəsi, 
5. Siyəzəndə (doğulduğu yerdə) böyük villası, 
6. Yasamalda Ə. Əhmədov küç, ev 31A ünvanında mənzil, 
7. Orduya kömək məqsədilə "Atabank"dan Zahidin adına 90 milyon pul götürülmüş, vəsaitin 38 milyon manatı mənimsənilib. 
8. Adamın adına "ŞAHİN-CO" MMC və oğlu Həzrətin adına olan "Həzrət" MMC şirkətləri. 
 
Zahid Niftəliyev və ya vəkilləri bu siyahı haqqında heç nə deməyiblər.                                                                                          
 
Tərtər Hərbi Məhkəməsinin çıxardığı hökmə görə, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar əsassızdır. Hökmə əsasən Zahid Niftəliyevin əməli Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsindən 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddəsinə tövsif edilib.  

Z.Niftəliyev bu maddə ilə təqsirli bilinib, ona 10 min manat cərimə cəzası təyin edilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, məhkəmə zalından birbaşa azadlığa buraxılıb. 

Təqsirləndirilən gizir Elsəvər Niftəliyevin isə əməlində cinayət tərkibi olmadığından ona bəraət verilib.   
 
Ancaq Zahid Niftəliyevi rüşvət almağa kim, necə təhrik etmişdi, həmin şəxs barəsində hansı hüquqi addımlar atılıb, bu barədə məlumat yoxdur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Qubad İbadoğlunun məhkəməsi, gənc fəalların oxşar motivli həbsləri

Esmira Cavadova
22 Sentyabr 2023

Toplum Tv

Toplum TV-də məhkəmə saatı verilişinə baxırsınız. Verilişdə səs-küylü məhkəmələrdən, yeni həbslərdən danışacağıq. Hüquqşünaslarla, ekspertlərlə birlikdə məhkəmələrin fəaliyyətinə işıq salmağa çalışacağıq.
Məhkəmə

Narkotikə görə tutulan inanclı: “Mədəniyyət evlərində narkotikə qarşı çıxışlar edirdik” 

Esmira Cavadova
19 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Nahid Qəhrəmanovun məhkəməsi başlayıb. Onun adı 7 ay əvvəl hökümətyönlü xəbər saytlarında “Kərimə dövləti qurmaq istəyən 32 nəfər”dən biri kimi qeyd olunurdu. Bildirilirdi ki, həmin 32 nəfər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də ibadət yerlərində, insanların toplaşdığı digər mərasimlərdə İran lehinə təbliğatlar aparıblar. Dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqlarını yerinə yetiriblər. Ancaq bu ad altında həbs olunanların işi məhkəməyə gəldikcə məlum olur ki, onlara qarşı həmin əməllə bağlı yox, satış məqsədilə külli miqdarda narkotik əldə edib saxlamaqla bağlı ittiham verilir. Elə Nahid...

Seçilmiş Videolar

Toplum TV loqo