Məhkəmə

Nəcməddin Sadıkovun  “sağ əli” “Şlyapa Zahid” məhkəmə qarşısındadır

Leyli Cəfərova
26 Yanvar, 2023
115

Müdafiə Nazirliyinin işçisi olmuş və ötən il həbs edilmiş Zahid Niftəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İş materialları Tərtər Hərbi Məhkəməsinə göndərilib. Bundan əvvəl onun iş materialları Gəncə Hərbi Məhkəməsinə göndərilmişdi, ancaq ərazi üzrə düzgün göndərilmədiyi əsas gətirilərək iş icraata götürülməmişdi. 

Zahid Niftəliyevin məhkəməsinə hazırlıq iclası keçirilib. İclasa hakim sədrlik edib.

Cəmiyyətdə “Şlyapa Zahid” kimi tanınan Niftəliyev korrupsiya cinayətlərində təqsirləndirilir. Hərbi Prokurorluğun apardığı istintaq zamanı Zahid Niftəliyevlə birgə onun tapşırıqlarını yerinə yetirən Azərbaycan ordusunun giziri olmuş Elsevər Niftəliyev də eyni maddəllərlə mühakimə olunur. O, ev dustaqlığındadır.

Hazırlıq iclasında hakim İlqar Quliyev sədrlik edir. O, Tərtər Hərbi Məhkəməsinin sədridir.

Zahid Niftəliyevin vəkili Orxan Kəngərli məhkəməyə vəsatətlər təqdim edib. Vəsatətlər onun ev dustaqlığına buraxılması, məhkəmə iclaslarının audioyazıyla aparılması, Birinci Qarabağ Müharibəsi iştirakçısı olmasına və xəstəliyinə dair sübutların iş materiallarına əlavə edilməsiylə bağlı olub.  Ancaq vəsatətlər baxılmamış qalıb. Zahid Niftəliyevin digər vəkilinin işlə tanış olmadığı və zərərçəkmişlərdən biri iclasda iştirak etmədiyi üçün hakim hazırlıq iclasını qeyri-müəyyən vaxtadək təxirə salıb. 

İttihama görə, Zahid Niftəliyev Elsəvər Niftəliyevlə əlbir olaraq ayrı-ayrı hərbi qulluqçuların xidmət yerinin dəyişdirilməsi və ya ordu sıralarından ehtiyata buraxılmasını təşkil və təmin etməyə görə müxtəlif məbləğlərdə rüşvət alıblar.

Zahid Niftəliyev hərbi qulluqçulara görəcəyi işlərdə Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun köməklik edəcəyini deyib.

Onunla Nəcməddin Sadıkov arasında dostluq münasibətləri Birinci Qarabağ müharibəsi zamanı yaranıb. Onlar birlikdə xidmət edib, sonralar isə yaxın dost olublar. Nəcməddin Sadıkovun Baş qərargah rəisi olduqdan sonra Zahid Niftəliyevi nazirliyin bütün rəhbər işçilərinə yaxın dostu kimi təqdim etdiyi, Zahid Niftəliyevin sözünün onun sözü olduğunu elan etdiyi bildirilir.

Hərbi qulluqçuların xidmət yerinin dəyişdirilməsi və ehtiyata buraxılmalarının təşkilinə görə Zahid Niftəliyev  ümumilikdə 40 min manat, Elsəvər Niftəliyev isə 21 min manat rüşvət almaqda təqsirləndirilir.

Cinayət işi materiallarında qeyd olunub ki, Zahid Niftəliyev 2018-ci ildə N saylı hərbi hissənin bir neçə hərbi qulluqçusunu qanunsuz olaraq Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən həyətyanı sahəsində fəhlə kimi işlədib. Hərbi qulluqçular 15 gün onun evinin həyətində betonlama işləri aparıblar.

Əvvəllər Zahid Niftəliyev dələduzluq maddəsiylə axtarışda olsa da, həbs ediləndən sonra həmin maddə rüşvətalma maddəsinə töfsiv edilib. Vəkil Orxan Kəngərli isə hesab edir ki, Zahid Niftəliyev vəzifəli şəxs olmadığına görə korrupsiya cinayətində təqsirləndirilə bilməz.

Zahid Niftəliyev ibtidai istintaq zamanı ittihamlar üzrə özünü təqsirli bilməyib və ifadə verməkdən imtina edib.

O, həbs olunan zaman sosial şəbəkələrdə haqqında bəzi məlumatlar paylaşılırdı. Məsələn, bloger Həbib Müntəzir yazırdı ki, orduda yüzlərlə zabit ev növbəsində gözləyərkən, “Şlyapa” ləqəbli Zahid Niftəliyevin iki kürəkəni az xidmət etmələrinə baxmayaraq, Nəcməddin Sadıkovun sayəsində qısa zamanda evlə təmin olunublar. Məhz onun dəstəyi hesabına dayısı oğlunun komandir olduğu 1-ci korpusa bacısı oğlu da gizir təyin olunub. Oğlu Həzrət Niftəlizadə şəhər qeydiyyatında olduğu halda, Zığ qəsəbəsində yerləşən Hərbi Dəniz Qüvvələrində xidmət edib.

Nəcməddin Sadıkovun yaratdığı Koordinasiya (Yoxlama) Şurasının da əməkdaşı olan Zahid Niftəliyevin şübhəli yollarla böyük sərvətə sahib olduğu deyilirdi. Həmin əmlakların siyahısı da yayılmışdı:

1. Qəbələ rayonunun Vandam kəndinin girəcəyində hərbi hissənin materialları hesabına özünə çox böyük həyəti olan evi tikdirib,

2. Yasamal rayonu, Şərifzadə küç. 16 ünvanında generalların binasında evi, böyük sahəyə malik olan qarajı var,

3. Yasamalda, "Su Doldurma Məntəqəsi"nin yaxnlığında yeni tikilən binada 4 otaqlı mənzili,

4. 8 Noyabr Prospektində, Həzi Aslanov metrosunun yaxınlığında keçmiş 227 nömrəli hərbi hissənin  yerində 10 sot torpaq sahəsi,

5. Siyəzəndə (doğulduğu yerdə) böyük villası,

6. Yasamalda Ə. Əhmədov küç, ev 31A ünvanında mənzil,

7. Orduya kömək məqsədilə "Atabank"dan Zahidin adına 90 milyon pul götürülmüş, vəsaitin 38 milyon manatı mənimsənilib.

8. Adamın adına "ŞAHİN-CO" MMC və oğlu Həzrətin adına olan "Həzrət" MMC şirkətləri.

Zahid Niftəliyev və ya vəkilləri bu siyahı haqqında heç nə deməyiblər.                                                                                                             


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Olimpiya Kompleksindəki qətl məhkəmədə araşdırılacaq  

Leyli Cəfərova
15 Mart 2023

Açıq mənbələrdən götürülüb

Paytaxtın Şağan qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksində qətl törətməkdə ittiham olunan 20 yaşlı cüdoçu Ruslan Səfixanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.    Cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rasim Sadıxovun icraatındadır. Məhkəmənin hazırlıq iclası martın 28-nə təyin edilib.  https://toplum.tv/mehkeme/pmehkeme-genc-ana-1-yasli-koumlrpesini-zeherleyib-oumllduumlrmekde-teqsirlendirilirnbspp   Hadisə ötən il noyabrın 26-da saat 17 radələrində baş verib. Bakının Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 16 yaşlı Turan Rüstəmovun ölməsi barədə polisə məlumat daxil olub.    Aparılan araşdırmalarla Sumqayıt şəhər sakini Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla Turan Rüstəmovu qəsdən öldürməsinə əsaslı...
Məhkəmə

Məhkəmə: Gənc ana 1 yaşlı körpəsini zəhərləyib öldürməkdə təqsirləndirilir 

Leyli Cəfərova
15 Mart 2023

Açıq mənbələrdən götürülüb

Bir yaşlı körpəsinin yeməyinə dərman qataraq öldürməkdə ittiham olunan 20 yaşlı Nərgiz Bağıyevanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.  Toplum TV xəbər verir ki, cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.  İş hakim Əli Məmmədovun icraatındadır. Məhkəmənin hazırlıq iclası martın 17-nə təyin edilib.   https://toplum.tv/mehkeme/pdeleduzluqda-teqsirlendirilen-vekil-mehkemede-danismaqdan-imtina-etdinbspp   Hadisə ötən il sentyabrın 9-da paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Bir yaşlı uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.     Araşdırmalar zamanı körpənin anası Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib.    Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda...

Seçilmiş Videolar

Toplum TV loqo