Məhkəmə

Polkovnik məhkəmə qarşısına çıxarılacaq

27 Noyabr, 2023
248

Açıq mənbələrdən götürülüb

Məhkəmə

1 il əvvəl həbs olunmuş polkovnik məhkəmə qarşısına çıxarılacaq

SToplum TV xəbər verir ki, söhbət Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzinin Maliyyə xidmətinin rəisi olmuş Rəşad Məlikzadədən gedir. O, ötən ilin sentyabrında DTX tərəfindən həbs edilmişdi. Rəşad Məlikzadə 9 milyon 369 min manatlıq yeyintidə təqsirləndirilir. Bu iş üzrə materiallar Bakı Hərbi Məhkəməsinə göndərilib. İş hakim Rafiq Abbasovun icraatına verilib. Məhkəmə baxışı dekabrın 8-ə təyin edilib.

https://toplum.tv/mehkeme/pinancliya-narkotike-goumlre-3-illik-hebs-kesilibnbspp

Rəşad Məlikzadə Müdafiə Nazirliyindəki yeyintilərə görə 2022-ci ilin sentyabrında həbs olunub. O, 2022-ci ilin fevralından DTX tərəfindən Müdafiə Nazirliyi sistemindəki yeyintilərlə bağlı başlanmış zəncirvari həbslərin bir halqasıdır. DTX tərəfindən aparılmış istintaq zamanı Rəşad Məlikzadə 9 milyon manat civarında yeyintidə iştirak etdiyi üzə çıxıb. Rəşad Məlikzadəyə qarşı Cinayət Məcəlləsinin 179.4-cü və 313-cü maddələriylə ittiham irəli sürülüb. 

İndiyədək bu cinayət işi üzrə həbs olunanlar arasında Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov, Satınalmalar və Təchizat İdarəsinin keçmiş rəisləri Məlikməmməd Qurbanov və Mahir Şirvanov, Maliyyə İdarəsinin rəisi, polkovnik Rəfael Xəlilov, Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayram Bayramov, “N” saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fərahim Sərkərov, Vüsal Əlizadə və digərləri də olub. Onların bəziləri hazırda Bakı Hərbi Məhkəməsində mühakimə olunur. 

İstintaqın qənaətinə görə, bu cinayət işi üzrə 100 milyonlarla manatlıq yeyinti aşkarlanıb. 

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Qan xərçəngindən əziyyət çəkən uşaqlara görə yığılmış pulların aqibəti necə oldu? 

29 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Nuridə Seyidovanın, Aynur Bayramovanın və Aysel Məmmədovanın məhkəməsi başlayıb.  Məhkəmə iclasına hakim Azad Məcidov sədrlik edir. Bu xanımlar talassemiyalı uşaqların xaricdə müalicəsi adı altında ayrı-ayrı vətəndaşlardan alınmış ümumilikdə 1 milyon manat civarında pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirlər. Xanımlara qarşı Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluğa görə 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. Hər şey ondan başlayıb ki, ötən ilin fevralında bir qrup vətəndaş “Urmedhelp” və “My Doc Tour Medical Tourism” şirkətlərinin sahibi Nuridə Seyidovadan, Aynur Bayramovadan, Aysel Məmmədovadan Prezidentə və Vitse-Prezidentə, Ombudsmana və başqa hüquq-mühafizə orqanlarına şikayətçi düşüb. Məsələn, 10 yaşlı övladı qan...
Məhkəmə

“Tərtər mollaları” işi üzrə məhkəmə davam edir 

28 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Məhkəmə iclasına Şəlalə Həsənova sədrlik edir. İbtidai istintaqın qənaətinə görə, bu şəxslər Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən dəstə üzvləri olub. Mühakimə olunanlar Tərtər rayonundan olduqlarından və orada dini mərasimlərdə mollalıq etdiklərindən işə şərti olaraq “Tərtər mollaları” adı verilib.   Təqsirləndirilən şəxslərin bəzilərinə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsiylə yanaşı 234-cü maddə də verilib.  İttiham aktında qeyd olunur ki, İranda yaşayan, həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif...

Seçilmiş Videolar

Toplum TV loqo