Məhkəmə

Erməni diversanta 18 il həbs cəzası verildi - YENİLƏNİB

7 Dekabr, 2023
355

AzərTac

Qagik Voskanyan

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Toplum TV xəbər verir ki, Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə hakim Abdulla Məmmədov hökm oxuyub.

Təqsirləndirilən şəxs 18 il müddətə azadlıqdan məhrum edilib.

Voskanyan cəzasının ilk 5 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

​​​​​***

15:53

Dekabrın 7-də Sabunçu rayon Məhkəməsinin inzibati binasında Kəlbəcərdə saxlanılan erməni diversant Qagik Voskanyanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Bu iş Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun icraatında olsa da, məhkəmə prosesi Bakıda keçirilir. 

Səhər saatlarında başlayan məhkəmə iclasında dövlət ittihamçısı Müşfiq Rəhimov ittiham aktını elan edib. 

İttiham aktında göstərilib ki, Voskanyan Qagik Aşotoviç terror, milli ədavət və düşmənçilik niyyətiyilə bir qrup şəxslə əlbir olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz keçib. Odlu silah, onun komplekt hissələrini və döyüş sursatını da özüylə keçirib.

Hakim bildirib ki, qanunvericilikdə Voskanyana verilən maddələrdən birinə görə ömürlük, digərlərinə gözə 20 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. 

Qagik Voskanyansa məhkəməyə verdiyi ifadəylə özünü təqsirli bilməyib. Onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilib. 

Voskanyan ibtidai istintaqa verdiyi ifadəsində göstərib ki, 2023-cü ilin yayında Ermənistanda hərbi postlarda mühafizəni təşkil etmək üçün əsgər çatışmazlığı səbəbindən İrəvan Hərbi Komissarlığı tərəfindən səfərbərliklə iki həftəlik müddətli həqiqi hərbi xidmətə cəlb olunub.

Belə ki, Q.Voskanyan, 16.08.2023-cü il tarixdə saat 04 radələrində özbaşına postu tərk etdikdə, oradan uzaqlaşmasına kiminsə müqavimət göstərəcəyi təqdirdə müdafiə olunmaq niyyətilə əynindəki zirehli gödəkçəni çıxarmadan ona təhkim edilmiş silah-sursatı da özü ilə götürüb.

Postdan çıxıb dağ relyefli ərazidə təkbaşına təxminən iki kilometr məsafə qət etdikdən sonra artıq havanın qaranlıq vaxtı Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları ilə rastlaşıb. Belə ki, havanın qaranlıq olmasına baxmayaraq, təxminən 50 metr məsafədən 6-7 nəfərin Azərbaycan dilində danışdığını eşidib. Elə bu vaxtı normal yerişlə qarşı tərəfdən gələn Azərbaycan hərbi qulluqçuları onun da azərbaycanlı olduğunu zənn edərək, "salam qardaş" ifadəsi ilə salamlayarkən, onlara rus dilində "privet" cavabını verib. Onun "privet" cavabından Azərbaycan hərbçilərinin şübhələndiyini anlasa da, azərbaycanlı hərbçilər onun istiqamətində normal yerişlə hərəkətlərini davam etdirib, bununla belə o, əlindəki pulemyotun qoruyucusunu açaraq silahı döyüş vəziyyətinə gətirib Azərbaycan hərbi qulluqçularına tərəf 2-3 dəfə tək-tək rejimdə atəşlər açıb.

O ifadəsində göstərib ki, atəş açmaqla həmin şəxsləri şüurlu surətdə öldürməyə yol verib, lakin düzgün nişan ala bilmədiyindən və atəş açdığı şəxslər atəşlərdən yayındığından atdığı güllələr onlara dəyməyib.

Bu zaman azərbaycanlı hərbçilər ətrafa dağılışıb özləri üçün əlverişli döyüş mövqelərinə çəkildikdə, ona qarşı müqavimət göstərilmədiyi halda atəş açmasından qorxduğu üçün geri qaçmağa başlayıb və atəş açdığı yerdən 5-7 dəqiqə müddətində təxminən bir kilometr məsafədə uzaqlaşaraq dərədə gizlənib.

O, əlindəki pulemyotu atəş vəziyyətində saxlayıb ona tərəf gələn 2-3 nəfəri müşahidə edərkən, Azərbaycan hərbçilərinin atəş açmadan onu yaxalamaq istədiyini anladığından o, təslim olmamaq qərarına gəlib.

Müqavimət göstərmək məqsədilə əvvəlcə isti qış və zirehli gödəkçəsini əyninə geyinib, ardınca isə Azərbaycan hərbi qulluqçuları istiqamətində bir neçə atəş açıb. Yalnız bundan sonra onu öldürmədən tərksilah etmək məqsədilə üzərinə gələn üç Azərbaycan hərbçisindən birinin açdığı atəş nəticəsində ayağından yaralanaraq, ardınca yaxalanıb.

Fasilədən sonra davam edən məhkəmə iclasında zərərçəkən və şahidlər ifadə verib. Daha sonra prokuror ittiham çıxışı edib. O, məhkəəmnin nəzərinə çatdırıb ki, Voskanyana qarşı irəli sürülmüş ittihamlar məhkəmədə təsdiqi tapıb. Prokuror məhkəmədən 5 ilini ümumi, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Voskanyana 18 illik həbs cəzası istəyib. 

Voskanyan məhkəmədə son sözlə çıxış edib, məhkəmədən ədalətli qərar gözlədiyini bildirib. Hətta o, buna görə hakimə yalvarıb. 

Məhkəmə iclası hələ davam edir. Bu gün hökmün elanı gözlənilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Qan xərçəngindən əziyyət çəkən uşaqlara görə yığılmış pulların aqibəti necə oldu? 

29 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Nuridə Seyidovanın, Aynur Bayramovanın və Aysel Məmmədovanın məhkəməsi başlayıb.  Məhkəmə iclasına hakim Azad Məcidov sədrlik edir. Bu xanımlar talassemiyalı uşaqların xaricdə müalicəsi adı altında ayrı-ayrı vətəndaşlardan alınmış ümumilikdə 1 milyon manat civarında pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirlər. Xanımlara qarşı Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluğa görə 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. Hər şey ondan başlayıb ki, ötən ilin fevralında bir qrup vətəndaş “Urmedhelp” və “My Doc Tour Medical Tourism” şirkətlərinin sahibi Nuridə Seyidovadan, Aynur Bayramovadan, Aysel Məmmədovadan Prezidentə və Vitse-Prezidentə, Ombudsmana və başqa hüquq-mühafizə orqanlarına şikayətçi düşüb. Məsələn, 10 yaşlı övladı qan...
Məhkəmə

“Tərtər mollaları” işi üzrə məhkəmə davam edir 

28 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Məhkəmə iclasına Şəlalə Həsənova sədrlik edir. İbtidai istintaqın qənaətinə görə, bu şəxslər Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən dəstə üzvləri olub. Mühakimə olunanlar Tərtər rayonundan olduqlarından və orada dini mərasimlərdə mollalıq etdiklərindən işə şərti olaraq “Tərtər mollaları” adı verilib.   Təqsirləndirilən şəxslərin bəzilərinə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsiylə yanaşı 234-cü maddə də verilib.  İttiham aktında qeyd olunur ki, İranda yaşayan, həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif...

Seçilmiş Videolar

Toplum TV loqo