Məhkəmə

Vaqif Xaçatryana hökm oxundu - YENİLƏNİB

Esmira Cavadova
7 Noyabr, 2023
371

Toplum TV

Vaqif Xaçatryan

Bu gün Bakı Hərbi Məhkəməsində  Vaqif Xaçatryana hökm oxunub.

Hökmə əsasən, Xaçatryan 15 il müddətinə azadlıqdan məhrum olunub.

Xaçatryan cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

***

11:11

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində qətliam törədənlərdən birinin – Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Toplum TV-nin xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçririlən prosesdə dövlət ittihamçısı, Baş prokurorun köməkçisi Müqəddəs Sultanov çıxış edib.

O, Vaqif Xaçatryanın 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror həmçinin çıxışında niyə Meşəli qətliamını törətməkdə təqsirləndirilənlərdən Vaqif Xaçatryana 15 il cəza tələb etməsinin səbəbini izah edib.

Belə ki, onun ittiham olunduğu soyqırım, sülh və müharibə əlehinə olan cinayətlərə görə cəzanın ən yuxarı həddi ömürlük azadlıqdan məhrumetmə cəzasıdır.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hökm çıxarılanadək 65 yaşı tamam olan şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsi qadağandır.

V.Xaçatryanın 65 yaşı keçməsi səbəbindən ona ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsi mümkün deyil.

Bundan başqa, hazırda Azərbaycan qanunvericiliyinə görə, 65 yaşından yuxarı şəxslərə ittiham olunduğu ağır cinayətlərə görə 20 il azadlıqdan məhrumetmə cəzası ən yuxarı hədd sayılır.

Lakin Vaqif Xaçatryan cinayət əməllərini 1991-ci ildə törədib. Azərbaycanın 2014-cü ilə qədər qüvvədə olan qanunvericiliyində sülh və müharibə əlehinə olan cinayətlərə görə cəza müddəti 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə olub. 

Azərbaycanın qoşulduğu Beynəlxalq Konvensiyalara da əsasən, şəxs hadisəni törətdiyi vaxta uyğun olan qanunvericiliyə görə cəzalanmalıdır. Yəni Vaqif Xaçatryan hazırki qanunvericilikdə olan sanksiya həddində yox, əməlin törədildiyi vaxtda mövcud olan qanunvericiliklə cəzalanması hüquqi baxımdan doğrudur.

Bu səbəbdən prokuror çıxışında Meşəli qatilinə qanunvericiliyə əsasən ittiham olunduğu maddələr üzrə ən yuxarı həddə olan 15 il azadlıqdan məhrumetmə cəzası tələb edib.

"Xaçatryan cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir", -  Sultanov çıxışında bildirib. 

Vəkil müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib. Prosesdə fasilə elan edilib.

https://toplum.tv/mehkeme/pxaccedilatryanin-mehkemesi-quotkende-huumlcuma-o-rehberlik-edirdiquotp

Qeyd edək ki, Meşəli qətliamı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Vəkil Elçin Sadıqov Əvəz Zeynallının məhkəməsində ifadə verməkdən imtina edib

Esmira Cavadova
8 Dekabr 2023

Sosial Media

Dekabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alma ittihamı ilə həbs edilmiş jurnalist Əvəz Zeynallı və “Səda TV” youtube kanalının rəhbəri Elnur Şükürovun məhkəməsi davam edib. Məhkəmə iclasına hakim Əli Məmmədov sədrlik edir.  Məhkəmə iclası başlayan kimi vəkil Aqil Layıc iki hissəli vəsatət təqdim edib.  Birinci hissədə vəkil Elçin Sadıqovun bu iş üzrə statusu təqsirləndirilən şəxs olduğu üçün ifadə verməsin. İkinci hissədə vəkil məhkəmədən ümumiyyətlə, Elçin Sadıqovun ifadəsinin sübutlar siyahından çıxarılmasını xahiş edib. Əvəz Zeynallının sigər vəkili Rəşad Əliyev də vəsatəti dəstəkləyib. Bildirib ki, təqsirləndirilən şəxsin eyni iş üzrə şahid qismində dindirilməsi prosessual baxımdan mümkün deyil: “Əvəz Zeynallı ilə Elçin...
Məhkəmə

Erməni diversanta 18 il həbs cəzası verildi - YENİLƏNİB

7 Dekabr 2023

AzərTac

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Toplum TV xəbər verir ki, Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə hakim Abdulla Məmmədov hökm oxuyub. Təqsirləndirilən şəxs 18 il müddətə azadlıqdan məhrum edilib. Voskanyan cəzasının ilk 5 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. ​​​​​*** 15:53 Dekabrın 7-də Sabunçu rayon Məhkəməsinin inzibati binasında Kəlbəcərdə saxlanılan erməni diversant Qagik Voskanyanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.  Bu iş Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun icraatında olsa da, məhkəmə prosesi Bakıda keçirilir.  Səhər saatlarında başlayan məhkəmə iclasında dövlət ittihamçısı Müşfiq Rəhimov ittiham aktını elan edib. ...

Seçilmiş Videolar

Toplum TV loqo