Məhkəmə

Prokuroru hamam göröntüləriylə şantaj edənlərə cəza istənilib

Leyli Cəfərova
27 Fevral, 2023
120

Açıq mənbələrdən götürülüb

Məhkəmə

Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror Tariyel Qurbanovu hamam görüntüləriylə şantaj etməkdə təqsirləndirilən dəstənin məhkəməsi yekunlaşmaq üzrədir. 

Toplum TV xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı müttəhimlərə cəza tələb edib.  
 
Dövlət ittihamçısı çıxışında bildirib ki, Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədova qarşı irəli sürülmüş ittiham məhkəmə araşdırmasıyla sübuta yetirilib. İttihama görə isə, həmin şəxslər əlbir olaraq 2021-ci ilin sentyabrından 2022-ci ilin fevralınadək bir neçə dəfə hamam görüntüləri olduğunu bildirərək pul alıblar.  

https://toplum.tv/mehkeme/pldquobaku-steelrdquo-in-keccedilmis-sahibi-emlakini-geri-teleb-edir-nbspp
 
Prokuror Ümman Əliyevin 9 il, İlqar Əliyevin 8 il, Natiq Nuriyein 8 il, Sahilə Məmmədovanın 6 il, Elnur Eldaovun 8 il 6 ay, Ələkbər Nuriyevin 7 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib.  
  
Prokuror digər təqsirləndirilən Pərvin Yusifovun barəsində olan cinayıt təqibinə xitam verilməsini, onun cinayət məsuliyyətindən azad olunmasını istəyib. Buna səbəb təqsirləndirilən şəxs tərəfindən zərərçəkmişə dəymiş ziyan - 3175 manat Baş Prokurorluğun depozit hesabına, həmçinin qanunun tələb ilə cinayət yolu ilə əldə olunan pulun 25 faizi olan - 793 manatı isə dövlət büdcəsinə ödənilməsi olub.  

Müdafiə nitqi ilə çıxış edən Pərvin Yusifovun vəkili prokurorun çıxışı ilə razı olduğunu bildirib.  
 
Sahilə Məmmədovanın vəkili isə onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.  
 
Təqsirləndirilən şəxslər məhkəmə ifadələrində göstərmişdilər ki, onlar prokuroru şantaj etməyiblər. İstintaq vaxtı müstəntiq onları belə yazmağa məcbur edib.  
 
Tariyel Qurbanov uzun müddət Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub. 

Bu ilin mart ayında vəzifəsindən azad olunan Tariyel Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub. 

Tariyel Qurbanov həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır. 

Prokuror bir vaxtlar sol əllə hərbi salam verməsi ilə gündəmə gəlmişdi. 
 
Cinayət işi üzrə Tariyel Qurbanovdan başqa Mirvasif Mahmudov ad-soyadlı şəxs də zərərçəkmiş kimi tanınıb.  
 
Məhkəmə prosesi davam edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Olimpiya Kompleksindəki qətl məhkəmədə araşdırılacaq  

Leyli Cəfərova
15 Mart 2023

Açıq mənbələrdən götürülüb

Paytaxtın Şağan qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksində qətl törətməkdə ittiham olunan 20 yaşlı cüdoçu Ruslan Səfixanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.    Cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rasim Sadıxovun icraatındadır. Məhkəmənin hazırlıq iclası martın 28-nə təyin edilib.  https://toplum.tv/mehkeme/pmehkeme-genc-ana-1-yasli-koumlrpesini-zeherleyib-oumllduumlrmekde-teqsirlendirilirnbspp   Hadisə ötən il noyabrın 26-da saat 17 radələrində baş verib. Bakının Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 16 yaşlı Turan Rüstəmovun ölməsi barədə polisə məlumat daxil olub.    Aparılan araşdırmalarla Sumqayıt şəhər sakini Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla Turan Rüstəmovu qəsdən öldürməsinə əsaslı...
Məhkəmə

Məhkəmə: Gənc ana 1 yaşlı körpəsini zəhərləyib öldürməkdə təqsirləndirilir 

Leyli Cəfərova
15 Mart 2023

Açıq mənbələrdən götürülüb

Bir yaşlı körpəsinin yeməyinə dərman qataraq öldürməkdə ittiham olunan 20 yaşlı Nərgiz Bağıyevanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.  Toplum TV xəbər verir ki, cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.  İş hakim Əli Məmmədovun icraatındadır. Məhkəmənin hazırlıq iclası martın 17-nə təyin edilib.   https://toplum.tv/mehkeme/pdeleduzluqda-teqsirlendirilen-vekil-mehkemede-danismaqdan-imtina-etdinbspp   Hadisə ötən il sentyabrın 9-da paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Bir yaşlı uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.     Araşdırmalar zamanı körpənin anası Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib.    Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda...

Seçilmiş Videolar

Toplum TV loqo