Açıq mənbələrdən götürülüb
Məhkəmə
Bakı Ağır Cinayətlər Məhkəməsində "Bina Tikinti Kampaniyası" MMC-nin rəhbəri olmuş Üzeyir Həsənovun məhkəməsi keçirilir. Məhkəmə iclasına hakim Məhəmməd Əkbərov sədrlik edir.
İbtidai istintaqın gəldiyi nəticəyə görə, Üzeyir Həsənov Müdafiə Nazirliyinin sifarişi ilə bölgələrdən birində silah-sursat anbarının tikintisi, o cümlədən, ərazinin abadlaşdırılması və mebel avadanlıqlarının quraşdırılması işlərinin icrası zamanı öhdəliklərini tam yerinə yetirməyib, sənədlərdə qiymətləri şişirdib. O, 2011-2017-ci illərdə bu yolla 7 milyon 353 min manat mənimsəməkdə ittiham olunur.
Keçmiş şirkətinə qarşı Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Daha bir ittihama görə, Ü.Həsənov 2018-2019-cu illərdə Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişi əsasında Tarix Muzeyinin ekspozisiyasının təkmilləşdirilməsi, təmir-bərpa işlərinin aparılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Əvəzində dövlətin 1,8 milyon manatını mənimsəyib.
Yanvarın 18-də keçirilən növbəti məhkəmə iclasında vəkillər vəsatət verib ki, məhkəmə qapalı keçirilsin. Onlar bunu kommersiya sirrinin səsləndirilməsi ilə əsaslandırıblar.
“Hazırlıq iclasından sonra xəbər saytları yazıb, erməni və rus saytları da götürüb, tərcümə edib, paylaşıb. Bu isə dövlətimizə xələl gətirir”,- vəkillərdən biri belə deyib.
Hakim üzünü məhkəmə salonuna tutaraq jurnalistlərə səslənib: “Durun, çıxın çölə...”
Vəkillər məhkəmənin qapalı keçirilməsiylə bağlı vəsatəti hazırlıq iclasında da vermişdilər. Ancaq hakim təmin etməmişdi. O bildirmişdi ki, kommersiya sirri sayıla biləcək məlumatlar səsləndirilərkən iclasları qapalı keçirmək olar. Ancaq yanvarın 18-də hakim vəsatət verilər-verilməz mətbuat işçilərini tələsik zaldan çıxardı.
Üzeyir Həsənova gəlincə, o, ötən məhkəmə iclasında deyib ki, niyə həbs olunduğunu bilmir, yeyinti ittihamıyla da razılaşmır. Ancaq çatışmazlıq varsa, həbsdən buraxılsa, həmin problemləri yoluna qoymağa hazırdır: “Çatışmayan nəsə varsa, ödəyərəm. Əmlakım varsa, həbs qoyulubsa, daha mən niyə həbs olunuram?”
Ü.Həsənovun müdafiəçiləri işə baxılarkən onun nüfuzunun, müharibə dövründə orduya göndərdiyi yardımların, avtomobillərin nəzərə alınmasını istəyiblər.
Vəkillər bildirib ki, Maliyyə Nazirliyinin əməkdaşları yoxlama aparıb, bir akt tərtib edib, onun əsasında ekspertiza rəy verib: “Maliyyə Nazirliyinin yoxlayıcılarının yazdıqlarını köçürüb, ekspert rəyi hazırlayıblar. Ona görə xahiş edirik, təkrar mühasibatlıq ekspertizası keçirilsin”.
Hazırda məhkəmə qapalı davam edir
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
MTN işi: Mövlam Şıxəliyev iranlı casusun prezidentə sui-qəsd cəhdindən, Hacı Məmmədovu tutmasından danışdı
Məhkəmə: Saxta müqavilələr, maliyyə arayışları, təkrar satılan mənzillər
Açıq mənbələrdən götürülüb