Məhkəmə

"MTN işi”: Mövlam Şıxəliyev həbsdə qaldı  

Leyli Cəfərova
4 Aprel, 2023
568

Açıq mənbələrdən götürülüb

Mövlam Şıxəliyev

Bakı Apellyasiya Məhkəməsində keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev və nazirliyin istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovla bağlı hökmdən verilmiş protest və şikayətlər üzrə qərar verilib. Qərara əsasən Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.  
 
Hakim İlqar Murquzovun səsləndirdiyi qərara əsasən prokurorun verdiyi protest və tərəflərin şikayətləri əsassız hesab olunaraq rədd olunub.  
 
Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti təqdim edən Mövlam Şıxəliyevlə suç ortaqları bəraət istəyirdilər. Bundan başqa Mövlam Şıxəliyevin ailə üzvləri də, prokuror da, iş üzrə zərərçəkənlər də apellyasiya instansiyasına şikayətlərini təqdim etmişdilər. Mövlam Şıxəliyevlə tabeliyində işləmiş, onunla birgə mühakimə olunan şöbə rəislərinin, dövlət ittihamçısının, zərərçəkənlərin narazı qaldığı hökm 21 sentyabr 2022-ci ildə, Bakı Hərbi Məhkəməsində çıxarılıb. Həmin hökmə əsasən,  12 il azadlıqdan məhrum olunan Mövlam Şıxəliyevin general-mayor rütbəsi alınıb.  

https://toplum.tv/mehkeme/pldquomtn-isirdquonde-zererccedileken-ldquooglum-moumlvlam-sixeliyeve-pulu-idman-ccedilantasinda-getirmisdirdquonbspp
 
Aprelin 4-də verilən qərarla Mövlam Şıxəliyev general, digər 3 müttəhim polkovnik rütbələrindən məhrum ediliblər.  
 
Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən keçmiş şöbə rəislərindən Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum ediliblər. İş üzrə ibtidai istintaq zamanı Mövlam Şıxəliyev və ailə üzvlərinin - həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyevanın adına olan, 7 milyon manatdan çox dəyəri olan əmlakların üzərinə həbs qoyulmuşdu. Bakı Hərbi Məhkəməsində çıxarılan hökmlə Mövlam Şıxəliyevin ailə üzvlərinə məxsus əmlaklar geri qaytarıldı. Bu isə təxminən 3 milyon 500 min manatlıq əmlak demək idi. Şıxəliyevin ailə üzvlərinə qaytarılan əmlaklar arasında Bakının mərkəzində - “Sahil” metrostansiyasının üstündəki binada 8 mənzil, Fəvvarələr meydanında, Nizami küçəsində, Ağdaşda evlər, obyektlər, Novxanıda bağ evi və başqa əmlaklar vardı. Bakı Hərbi Məhkəməsinin hökmündən zərərçəkmişləri narazı salan əsas məqam da məhz bu idi. Onlar Mövlam Şıxəliyevin ailə üzvlərinin adına olan, üzərinə həbs qoyulmuş əmlakların əhəmiyyətli bir hissəsinin geri qaytarılmasından narazı idilər. 
 
Zərərçəkənlər vaxtilə MTN-də onlardan və yaxınlarından hədə-qorxu ilə alınmış pulların geri qaytarılması tələbi ilə Bakı Hərbi Məhkəməsində baş tutan prosesin əvvəlində mülki iddialar qaldırmışdılar. Bununla yanaşı Mövlam Şıxəliyevin ailə üzvlərinin də cinayət yolu ilə əldə olunmuş əmlakların leqallaşmasında iştirak etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunmaları üçün vəsatətlə çıxış etmişdilər. Məhkəmə vəsatətləri baxılmamış saxlasa da, zərərçəkənlərdən mülki iddia qaldırmış 16 nəfərinin iddiasını təmin edib. Ümumilikdə isə zərərçəkənlər Mövlam Şıxəliyev və hər 3 polkovnikin daha ağır cəzalara məhkum edilmələrini də tələb edirlər. Eyni zamanda zərərçəkənlər müsadirəyə götürülmüş əmlakların yenidən qiymətləndirilməsini istəyirdirlər. Deyirdilər ki, müsadirə olunan əmlaklara real bazar dəyərindən 2 dəfə ucuz qiymət qoyulub. Əmlakların yenidən qiymətləndirilməsi üçün alternativ ekspertiza təyin olunması da zərərçəkənlərin apellyasiya şikayətlərində yer almışdı.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Suriyada döyüşən şəxsin növbəti məhkəməsi keçirilib

Esmira Cavadova
27 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Suriyada silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Şahin Salayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.   İttiham aktına görə, dini ləqəbi “Abu Muhəmməd” olan Şahin Salayev Suriya ərazisindəki silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə 2020-ci ilin ortalarında İdlib şəhərinə gedib. Orada dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində yaradılaraq fəaliyyət göstərən, “Taifatul Mansura” adlı qanunsuz silahlı qruplaşmaya qoşulub və 2021-ci ilin sonlarınadək həmin qruplaşmanın tərkibində silahlı münaqişələrdə iştirak edib.  Təqsirləndirilən Şahin Salayev ona elan olunan ittihamla özünü təqsirli bilməyib. İfadəsində üç dəfə nikah bağladığını, birincinin rəsmi, digər iki nikahın isə qeyri rəsmi...
Məhkəmə

Məhkəmədə ittiham olunan şəxs: Məmurun mənə 4 milyon manat borcu var

Esmira Cavadova
27 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan külli miqdarda pul tələb edən Vahid Xələfovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Hikmət Xəlilov ifadə verib.  O ifadəsində deyib ki, təqsirləndirilən Vahid Xələfovu 2006-cı ildən tanıyır: "Polkovnik dostum bizi tanış etdi. O, dedi ki, qonşum işləmək istəyir, ona kömək edim. Mən də onu SOCAR-da Sosial şöbəsində olan tanıdığımla tanış etdim. Dedim baxın, işindən razı qalsaz, buna da iş verin".  https://toplum.tv/mehkeme/pprokuror-sabiq-icra-basccedilisina-13-illik-hebs-cezasi-teleb-edibnbspp Zərərçəkmiş ona 3 sifariş verdiyini bildirib: "Əvvəl atamın evini, daha sonra oğlumun evini sifariş etdim. Sonradan qardaşım oğlunun evini...

Seçilmiş Videolar

Toplum TV loqo