Məhkəmə

"Müsəlman Birliyi" Hərəkatının üzvü işgəncəyə məruz qaldığını bildirir

Esmira Cavadova
24 May, 2023
112

Açıq mənbələrdən götürülüb

Abbas Hüseyn

Mayın 24-də Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə həbsdə olan "Müsəlman Birliyi" Hərəkatının fəalı Abbas Hüseynin apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. Açıq məhkəmə iclası olsa da, jurnalistlər zala buraxılmayıb.  
 
Məsələ ondan ibarətdir ki, bu il aprelin 27-də 1 saylı Cəzaçəkmə müəssisəsinin rəhbərinin təqdimatı əsasında Bakının Nizami Rayon Məhkəməsi Abbas Hüseynin 1 il müddətinə Qobustan qapalı həbsxanasına köçürülməsi barədə qərar qəbul edib. Abbas Hüseynin müdafiəçiləri məhkəmənin bu qərarından apellyasiya şikayəti verdiyi üçün o, mayın 18-də 1 saylı Bakı İstintaq Təcridxansına köçürülüb.  


 
Abbas Hüseynin vəkili Fəxrəddin Mehdiyev məhkəmə salonuna buraxılmayan jurnalistlərə bildirib ki, müvəkkili məhkəmə iclasında hakimə 7 saylı Cəzaçəkmə Müəssisəsində döyülməsi nəticəsində yaranmış izləri göstərib.  
 
Məhkəmədə iştirak edən hüquq müdafiəçisi Fikrət Cəfərov da jurnalistlərə deyib ki, Abbas Hüseynin bədənində işgəncə izləri aydın görünür.  
 
Hakim növbəti məhkəmə iclasını mayın 30-na təyin edib.  
 
Bir neçə gün əvvəlsə Abbas Hüseynin sosial şəbəkələrdə audio müraciəti yayılıb. O, saxlanıldığı Cəzaçəkmə Müəssisəsində həyatına hər an təhlükə olduğunu bildirirdi.  
 
2015-ci ilin noyabrında Daxili İşlər Nazirliyi Nardaranda əməliyyat keçirib. “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırzadəni, Abbas Hüseyni və başqa dindarlar həbs olunub. Onlar terrorizm, qanunsuz silah saxlamaq, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd, polisə müqavimət və başqa maddələrilə təqsirləndirilərək 12 ildən 20 ilədək həbsə məhkum ediliblər. Abbas Hüseyn 20 il azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri Abbas Hüseyn və onunla həbsdə olan digər fəalları siyasi məhbus kimi tanıyıb. Həmin məhbusların çoxu əfv edilib, bəzilərinin həbs müddəti başa çatıb. Hazırda Nardaran hadisələri ilə bağlı həbsə məhkum edilən fəallardan yalnız 5 nəfəri həbsdədir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

İlkin Süleymanov: "Ağlıma da gəlməzdi ki, bu cinayət mənim üstümdə qalacaq"  

Esmira Cavadova
2 İyun 2023
İyunun 2-də Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzun Dondar Quşçu kəndinin sakini İlkin Süleymanovun məhkəməsi davam edib. O, həmkəndlisi olan 10 yaşlı Nərmin Quliyevanı oğurlayaraq 47 gün evində gizlətməkdə, öldürməkdə, cəsədini yandırmaqla təqsirləndirilir. İlkin Süleymanovun məhkəməsi iki ildən çoxdur gedir və bu gün o, son söz deyib.  Məhkəmə iclası başlayan kimi hakim Dadaş İmanov İlkin Süleymanova üzünü tutub və ona son söz deməyi təklif edib. İlkin Süleymanov sözə öz ailəsindən başlamaq istəyib: "Mən bir ziyalı ailəsində doğulmuşam.  Hakim sözünü kəsir: - İlkin Süleymanov, bu şeylərə ehtiyac yoxdur. Qısa danış.  İlkin Süleymanov: "Hörmətli məhkəmə, mən yanan meyiti görüb polisə xəbər verəndə ağlıma...
Məhkəmə

Prokuror attaşeyə 8 illik həbs cəzası tələb edib

Esmira Cavadova
2 İyun 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycanın Koreyadakı Səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş 33 yaşlı Nəcib Osmanovun cinayəti işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib. Məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək Nəcib Osmanovun 8 il azadlıqdan məhrum edilməsini və  məhkəmə zalında həbs olunmasını istəyib.  Məhkəmə prosesi iyunun 5-də davam edəcək.   İttihama görə, Nəcib Osmanov 2021-ci ilin mayından 2022-ci ilin fevral ayına qədər səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişləri üçün ayrılan 347 min vəsaiti internet üzərindən mərc və qumar oyunlarına yönəldib. Ödəniş tapşırıqlarını səfirə möhürlətdirib təsdiqlətdirdikdən sonra vəsaitləri bankdan çıxarıb. Lakin həmin pullar təyinatı üzrə xərclənməyərək mərc oyunlarına yönləndirilib. Sabiq attaşeyə qarşı...

Seçilmiş Videolar

Toplum TV loqo