Məhkəmə

"Tərtər işi" ilə məşğul olan vəkilin təzyiqə məruz qaldığı deyilir

8 Avqust, 2023
278

Açıq mənbələrdən götürülüb

Tərtər işi

2017-ci ildə Tərtərdə hərbçilərə qarşı kütləvi işgəncələr nəticəsində həyatını itirən Elçin Quliyevin anası Validə Əhmədovanın hüquqlarını müdafiə edən vəkilin təzyiqə məruz qaldığı deyilir. 

Toplum Tv xəbər verir ki, bu barədə "Amerikanın Səsi"nə Validə Əhmədova məlumat verib.

https://toplum.tv/mehkeme/pterter-isi-ldquobuumltuumln-rehberlik-xeberdar-idi-isgencelerdenrdquonbspp

Əhmədovanın sözlərinə görə, avqustun 7-də səhər saatlarında onun vəkili Solmaz Kazımovanın evinə bir neçə nəfər axtarışa gəlib.

"Axtarış zamanı vəkildən başqa evdə 11 yaşlı bacısı qızı olub. Hər şey uşağın gözünün qabağında olub. Evdən kompüterini, telefonunu, sənədlərini götürüblər, Solmaz xanımı da aparıblar. Bilmirəm ki, axtarış aparanlar kimlərdir, onu hara aparıblar," - o bildirib.

Validə Əhmədova hesab edir ki, vəkilinə qarşı təzyiqlər məhz "Tərtər işi" ilə bağlıdır:

"'Tərtər işi' üzrə istintaq qrupunun rəhbəri Qasım Məmmədov Solmaz Kazımovanı çağırıb demişdi ki, cinayət işində generalların ifadələrini mediaya ötürürsən. Solmaz xanım da deyilənləri təkzib edib. Qasım Məmmədovun yanında olan, oğlumun qatili hesab etdiyim, amma bu gün azadlıqda olan, şahid kimi dindirilən şəxslərin adlarını vəkilə vermişdim. Demişdim ki, cinayət işinin materiallarını tam oxuya bilmirəm. Siz həmin adamların ifadələrini mənə verin ki, oxuyum. Vəkil də həmin adamların ifadələrini mənə vermişdi. O adamlar gəlib məhkəmədə ifadə verirlər. Məhkəmə də açıq keçirilir. Buna görə vəkilə təzyiq göstərmək nə dərəcədə doğrudur?"

Validə Əhmədovanın məlumatına görə, Solmaz Kazımova avqustun 7-də, axşam saat 6 radələrində sərbəst buraxılıb.

Baş Prokurorluq bu iddialarla bağlı hələlik mövqe bildirməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Qubad İbadoğlunun məhkəməsi, gənc fəalların oxşar motivli həbsləri

Esmira Cavadova
22 Sentyabr 2023

Toplum Tv

Toplum TV-də məhkəmə saatı verilişinə baxırsınız. Verilişdə səs-küylü məhkəmələrdən, yeni həbslərdən danışacağıq. Hüquqşünaslarla, ekspertlərlə birlikdə məhkəmələrin fəaliyyətinə işıq salmağa çalışacağıq.
Məhkəmə

Narkotikə görə tutulan inanclı: “Mədəniyyət evlərində narkotikə qarşı çıxışlar edirdik” 

Esmira Cavadova
19 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Nahid Qəhrəmanovun məhkəməsi başlayıb. Onun adı 7 ay əvvəl hökümətyönlü xəbər saytlarında “Kərimə dövləti qurmaq istəyən 32 nəfər”dən biri kimi qeyd olunurdu. Bildirilirdi ki, həmin 32 nəfər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də ibadət yerlərində, insanların toplaşdığı digər mərasimlərdə İran lehinə təbliğatlar aparıblar. Dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqlarını yerinə yetiriblər. Ancaq bu ad altında həbs olunanların işi məhkəməyə gəldikcə məlum olur ki, onlara qarşı həmin əməllə bağlı yox, satış məqsədilə külli miqdarda narkotik əldə edib saxlamaqla bağlı ittiham verilir. Elə Nahid...

Seçilmiş Videolar

Toplum TV loqo