Məhkəmə

"Tərtər işi" üzrə həbs cəzası çəkənin ailəsi baş prokurora müraciət edib

Esmira Cavadova
30 May, 2023
126

Açıq mənbələrdən götürülüb

Məhkəmə

"Tərtər işi" üzrə daha beş hərbçi onlara qarşı törədilən cinayətlərin araşdırılmasını istəyir. Onlar baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıblar. 

Beyləqan rayonu, Dünyamalılar kənd sakini Azər Lətifov bu barədə Toplum TV-yə bildirib. O, deyib ki, qardaşı, gizir rütbəli Lətif Lətifov xidmət yoldaşları olmuş Daşqın Heydərov, Zamiq Əlimanov, Elşən Qasımov və Ruslan Cavadovla birlikdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə ediblər. 2016-cı ilin noyabrında dövlətə xəyanət ittihamıyla həbs ediliblər.  

Ağır işgəncələrə məruz qalıblar, ailə üzvləriylə hədələniblər. Nəticədə cinayəti “etiraf” etmək məcburiyyətində qalıblar. 

Azər Lətifov: "Cinayət işi Respublika Hərbi Prokurorluğu tərəfindən başlanıb, iş üzrə istintaq aparılıb və sonradan qardaşım da daxil olmaqla adları çəkilən hərbi qulluqçular Füzuli Hərbi Məhkəməsinin 25 iyul 2018-ci il tarxli 1-1(097)-03/2018 saylı hökmü ilə biri ömürlük olmaqla uzun müddətlərə azadlıqdan məhrum etmə cəzalarına məhkum olunublar. İstər istintaq dövründə, istərsə də sonradan məhkəmə araşdırması dövründə verilən vəsatətlərin heç biri təmin olunmayıb. Qardaşım da daxil olmaqla hərbi qulluqçular tərəfindən işgəncəyə məruz qalmaları ilə bağlı məlumatlar tam və hərtərəfli araşdırılmayıb". 

https://toplum.tv/mehkeme/pldquoterter-isirdquo-uumlzre-beraet-almis-sexslere-361-min-manat-tezminat-oumldenecek-nbspp

Azər Lətifov deyir ki, iş üzrə ittiham aktı, Füzuli Hərbi Məhkəməsinin hökmü və yuxarı instansiya məhkəmələrinin qərarları Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Qasım Məmmədova təqdim edilib: "Övladlarımızın işlərinin yenidən araşdırılması ilə bağlı həm mən, həm də digər valideynlər tərəfindən dəfələrlə Baş Prokurorluğa ərizələrlə müraciətlər edilib. Hazırkı ərizə vasitəsilə bir daha bildirmək istəyirəm ki, ittihamların heç biri sübuta yetirilməyib. Bu işin yenidən araşdırılması adları çəkilən hərbi qulluqçuların cinayət törətmədiyini, onların şərləndiyini ortaya çıxara bilər. Xüsusən də işin hazırda 2021-ci ilin dekabr ayından etibarən şərti olaraq “Tərtər işi” adlandırılan işin təzələnmiş icraatı çərçivəsində yenidən araşdırılmasını istəyirik". 

Baş Prokurorluq tərəfindən 5 sentyabr 2022-ci il tarixdə yayılmış rəsmi məlumatda bildirilib ki, “Tərtər işi” ilə bağlı cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və digər cinayət əməlləri ilə bağlı əsaslı şübhələr müəyyən edilən Bəkir Orucov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib. Azər Lətifov deyir, Bəkir Orucov onun qardaşı və adlarını çəkdiyi digər hərbi qulluqçular saxlanılan zaman 2-ci Ordu korpusunun komandirinin müavini, qərargah rəisi vəzifəsində olub. Sonrakı tarixlərdə onun hərbi qulluqçulara işgəncə verməsi və əsassız azadlıqdan məhrum etməsi praktikası həmin şəxs tərəfindən bu qanunsuz addımların digər hərbi qulluqçulara qarşı da atdığına ciddi ehtimallar yaradır. 

Azər Lətifov baş prokurordan qardaşının və digər dörd hərbi qulluqçunun (biri ömürlük həbsdədir) İşinə yenidən baxılması üçun hüquqi addımların atılmasını xahiş edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Narkotikə görə tutulan inanclı: “Mədəniyyət evlərində narkotikə qarşı çıxışlar edirdik” 

Esmira Cavadova
19 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Nahid Qəhrəmanovun məhkəməsi başlayıb. Onun adı 7 ay əvvəl hökümətyönlü xəbər saytlarında “Kərimə dövləti qurmaq istəyən 32 nəfər”dən biri kimi qeyd olunurdu. Bildirilirdi ki, həmin 32 nəfər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də ibadət yerlərində, insanların toplaşdığı digər mərasimlərdə İran lehinə təbliğatlar aparıblar. Dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqlarını yerinə yetiriblər. Ancaq bu ad altında həbs olunanların işi məhkəməyə gəldikcə məlum olur ki, onlara qarşı həmin əməllə bağlı yox, satış məqsədilə külli miqdarda narkotik əldə edib saxlamaqla bağlı ittiham verilir. Elə Nahid...
Məhkəmə

İrana casusluqda ittiham olunan şəxslərin istintaq işi yekunlaşıb

Esmira Cavadova
19 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

İranda yaşayan və bu ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham olunan Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Toplum-un xəbərinə görə, cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim hakim Şəlalə Həsənovanın icraatındadır. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik təyin edilməyib. Qeyd edək ki, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq əməkdaşları bir qrup şəxsin İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində və dini təbliğat yolu ilə ələ alınaraq ölkə ərazisində sabitliyin pozulması istiqamətində törədəcəkləri cinayət əməllərinin qarşısının alınması məqsədilə...

Seçilmiş Videolar

Toplum TV loqo