Prokuror bloqeri qətlə yetirən şəxsə 10 il 6 ay cəza istədi
Sosial media
25-də Bakı Ağır Cinayətlər Məhkəməsində bloqer Əvəz Hafizlini öldürməkdə təqsirləndirilən Əmrulla Güləliyevin məhkəməsi davam etdi.
Ötən məhkəmə iclasında Əvəz Hafizlinin hüquqi varislərindən biri olan qardaşı Təbriz Şıxməmmədov təqsirləndirilən şəxsə yüngül, digər hüquqi varisi anası isə ağır cəza verilməsini istəmişdi. Bugünkü prosesdə Təbriz Şıxməmmədov bildirdi ki, Əmrulla Güləliyev onun ailə üzvlərindən biridir və o, zərərçəkmişin hüquqi varisi kimi onu bağışlayır. Təbriz Şıxməmmədov anasının da şikayətçi olmadığı barədə arayışı məhkəməyə təqdim etdi.
Sonra məhkəmədə ekspertiza rəyləri elan edildi. Həmin rəylərə görə, Əvəz Hafizlinin ölümünə səbəb boyun nayihəsindən aldığı bıçaq zərbələri olub. Hakim məhkəmə istintaqının yekunlaşdığını elan etdi və məhkəmə çıxışı üçün sözü dövlət ittihamçısına verdi.
Dövlət ittihamçısı təqsirləndirilən şəxsin məhkəmədə etirafedici ifadələrini, zərərçəkmişin hüquqi varislərinin ondan şikayətçi olmadıqlarını önə çəkərək təqirləndirilən şəxsə 10 il 6 ay cəza istədi.
Təqsirləndirilən şəxsin vəkili isə müdafiə çıxışında prokurorun tələb etdiyi cəzanın ağır olduğunu vurğuladı. O, hakimlərdən cəza təyin edilərkən təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmadığını, əməlindən peşmançılığını, zərərçəkmişin hüquqi varislərinin şikayətçi olmadıqlarını nəzərə alınmasını xahiş etdi: “Əmrulla Güləliyev cəmiyyət üçün yararlı insandır, heç bir psixi pozğunluğu yoxdur. Ona görə də belə bir insanı uzun müddətə cəmiyyətdən təcrid etməyə zərurət yoxdur. Dövlət ittihamçısının təklif etdiyi cəza ağırdır. Ona verilən cəza ədalətli olmalıdır, yüngülləşdirici hallar nəzərə alınmalıdır”.
Əmrulla Güləliyevsə son sözə hazırlaşmaq üçün məhkəmədən vaxt istədi. Hakim növbəti məhkəmə iclasını iyulun 29-na təyin etdi. Həmin gün təqsirləndirilən şəxs son söz dedikdən sonra məhkəmə hökmü elan ediləcək.
İttihama görə, qətl hadisəsi bu il fevralın 22-də saat 16 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində baş verib. 24 yaşlı Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı Əvəz Şıxməmmədovu sonuncunu yaşadığı ünvanda bıçaqla qətlə yetirib. O, məhkəmədə bu əməlini mərhumun həyat tərzini bəyənməməsiylə izah edib.
İstintaq orqanı tərəfindən Əmrulla Güləliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Əvəz Şıxməmmədov (Hafizi) bloger kimi fəaliyyət göstərirdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Qubad İbadoğlunun məhkəməsi, gənc fəalların oxşar motivli həbsləri
Toplum Tv
Narkotikə görə tutulan inanclı: “Mədəniyyət evlərində narkotikə qarşı çıxışlar edirdik”
Açıq mənbələrdən götürülüb