Məhkəmə

Prokuroru hamam görüntüləriylə şantaj edənlər məhkəmə qarşısındadır

Leyli Cəfərova
28 Oktyabr, 2022
785

Açıq mənbələrdən götürülüb

“Qardaşım Ümman dəfələrlə polisə düşüb, Tariyel müəllim ona kömək edib, hər dəfə zəng vuraraq Ümmanı buraxdırıb. Mən kənddə, qardaşımsa Bakıda yaşayıb. Tariyel müəllimi şantaj etməmişəm, heç nədən də xəbərim yoxdur. Tariyel müəllimdən nə qədər pul aldıqlarını da bilmirəm. Mənə kəndə pul göndəriblər, mən də gedib bankomatdan çıxartmışam. Şantajla əldə olunduğunu bilməmişəm, indi də bilmirəm.  Pulu kəndə göndəriblər, məndə bankomatdan götürmüşəm. Həmin 2 min manat pulu da mənə maşın almaq üçün göndəriblər”.

Bunu məhkəmə ifadəsində prokurora qarşı dələduzluq törətməkdə, həmçinin, hamam görüntüləriylə şantaj edərək pul almaqda təqsirləndirilən şəxslərdən biri İlqar Əliyev öz ifadəsində deyib.

Bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində 7 nəfərdən ibarət dəstə üzvləri İlqar Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, Elnur Eldarov və Sahilə Məmmədovanın məhkəməsi təqsirləndirilən şəxslərin ifadələriylə davam edir. Məhkəmə iclasına hakim Azər Paşayev sədrlik edir.

https://toplum.tv/mehkeme/ramin-hacili-hakime-azad-mecidov-mtn-deki-movlamin-aqibeti-haminizi-gozleyir

Təqsirləndirilən şəxs İlqar Əliyev ifadəsinə davam edərək deyib ki, o, Tariyel Qurbanovu cəmi bir dəfə görüb: “Məni xəbərdarlıq elədi, dedi, qardaşına tapşır, bir də məni narahat eləməsin. Mən də onun dediklərini qardaşıma çatdırdım. Başqa heç nədən xəbərim olmayıb”.

Digər təqsirləndirilən Natiq Nuriyev də ifadə verib. Ona qarşı irəli sürülmüş ittihama görə, o, Tariyel Qurbanovdan ayrı-ayrı vaxtlarda olmaqla, toplam 29 min manat alıb. Ancaq Natiq Nuriyev ittihamı qəbul etməyib: “Mənə Ümman 8 min manat verib. Ümmanın adına 15 min manat pul köçürülməsindən xəbərim olmayıb. Ümmangilin ailəsində problem var idi, qardaşı xəstə idi. Pulu Tariyel müəllimdən alırdı. Deyirdi ki, guya telefonunda şəkil var. Ancaq şəkil-filan olmayıb.  Sahilə isə (digər təqsirləndirilən şəxs Sahilə Məmmədova nəzərdə tutulur) mənim həm qonşum, həm də qohumumdur. Tariyel müəllimə zəng vurub, ondan 1800 manat almışdı. Uşağı xəstə idi, çətinliyi var idi. Orda yazılıb ki, guya aldığı pulu mənimlə bölüşdürüb, yalandır, mənə pul verməyib.

Hakim: İbtidai istintaqa verdiyiniz ifadəni oxumuşdunuz?

Təqsirləndirlən şəxs: Yox,  müstəntiq oxumağa imkan vermədi, mənə təzyiq göstərirdi, mən ifadəni oxumadan imzalamışam.

Hakim: Tariyel Qurbanova zəng etməyi Sahilə Məmmədovaya siz təklif etmisiniz?

Təqsirləndirilən şəxs:Ümman mənim yanımda Tariyel Qurbanova mesaj yazıb pul istəyəndə mən də Tariyel Qurbanovun nömrəsini özümdə qeyd eləmişdim. Sonralar nömrəni Sahiləyə verdim, dedim, zəng vur, de ki, səndə onun hamam şəkilləri var, pul istə. Ancaq bizdə Tariyel müəllimin heç bir şəkli olmayıb”.

Təqsirləndirilən şəxs sorğu-sual olunandan sonra hakim növbəti məhkəmə iclasını noyabrın 11-nə təyin edib.

Qeyd edək ki, dəstənin başçısı hesab olunan və ötən məhkəmə iclasında ifadə verən Ümman Əliyev bildirmişdi ki, Tariyel Qurbanovdan qardaşının müalicəsi və son vaxtlar özünün işsiz qalması ilə əlaqədar 2021-ci ilin sentyabrında 2022-ci ilin fevralınadək bir neçə dəfə pul alıb. Aldığı pulun məbləği yadında qalmayıb. Pulun istənilməsində və almasında heç kimlə əlbir olmayıb. Əvvəllər hamamda işlədiyini bilən müstəntiq ona təzyiq göstərərək “yaz ki, Tariyeli hamam şəkilləriylə şantaj edirdim” deyib, o da yazıb.

https://toplum.tv/mehkeme/belediyye-sedrinin-mehkemesinde-sahid-bize-189-min-500-manat-zerer-vurub

Qeyd edək ki, Tariyel Qurbanov uzun müddət Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.

Bu ilin mart ayında vəzifəsindən azad olunan Tariyel Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub.
Tariyel Qurbanov həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

Prokuror bir vaxtlar sol əllə hərbi salam verməsi ilə gündəmə gəlmişdi.

Cinayət işi üzrə Tariyel Qurbanovdan başqa Mirvasif Mahmudov ad-soyadlı şəxs də zərərçəkmiş kimi tanınıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Nərmin Quliyevanın ailəsi İlkin Süleymanova ömürlük həbs tələb edir - yenə məhkəmə olacaq

Esmira Cavadova
29 Sentyabr 2023

Toplum TV

Toplum TV-də “Məhkəmə saatı” verilişinə baxırsınız. Verilişdə səs-küylü məhkəmələrdən, yeni həbslərdən danışacağıq. Hüquqşünaslarla, ekspertlərlə birlikdə məhkəmələrin fəaliyyətinə işıq salmağa çalışacağıq.
Məhkəmə

Şeyx Sərdar 17 il azadlıqdan məhrum edilib

Toplum TV
28 Sentyabr 2023

Sosial media

İlahiyyatçı Sərdar Babayevin (Şeyx Sərdar) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Toplum TV “Qafqazinfo”-ya istinadən bildirir ki, bu barədə sentyabrın 28-i Bakı Ağır Cinayətlər Məhkəməsində hökm verilib. Dövlətə xəyanətdə ittiham olunan dindar barədə 17 il həbs cəzası verilib. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) irəli sürülüb. https://toplum.tv/mehkeme/psuriyada-doumlyuumlsen-sexsin-noumlvbeti-mehkemesi-keccedilirilibp Bildirək ki, Şeyx Sərdar 2021-ci il oktyabrın 19-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılmışdı.

Seçilmiş Videolar

Toplum TV loqo