Rüşvətxorluqda təqsirləndirilən məmur məhkəməyə çıxarılır
Açıq mənbələrdən götürülüb
Rüşvət
Gömrük rəsmiləşdirilməsi müqabilində rüşvət almaqda ittiham olunan vəzifəli şəxslərin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Toplum TV xəbər verir ki, cinayət işi üzrə materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Fəhmin Hümbətovun icraatındadır. Məhkəmənin hazırlıq iclası noyabrın 20-nə təyin edilib.
İttiham aktında yazılıb ki, avqustun 16-da Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Dövlət Gömrük Komitəsi tərəfindən birgə əməliyyat keçirib. Ölkəyə idxal edilmiş məhsulların gömrük rəsmiləşdirilməsi prosesində süni maneələr yaradaraq sonradan gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi müqabilində vətəndaşdan rüşvət alan bir gömrükçünü, bir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşını, bir şirkət sahibini həbs edib.
https://toplum.tv/mehkeme/paytac-eliyevaya-9-il-hebs-cezasi-istenilirp
İstintaq yolu ilə müəyyən edilib ki, Bakı Baş Gömrük İdarəsinin Gömrük Dəyərləndirilməsi Şöbəsinin inspektoru Məzahir İsmayılova bu məsələdə vasitəçiliyi Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialının müdiri Elşan Abdullayev və “ƏR TRANSPORT” MMC-nin faktiki rəhbəri Ədalət Quliyev edib. Onlar süni maneələr nəticəsində avtomobil ehtiyat hissələri gömrükdə “ilişib qalmış” vətəndaşdan “malın gömrükdən daha sürətli keçirilməsi üçün” 8 min manat alıblar.
Məzahir İsmayılov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), Elşan Abdullayev və Ədalət Quliyev isə 32.5, 308.2, 32.5, 311.3.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və külli miqdarda rüşvət almaqda köməkçilik) maddələrilə təqsirləndirilir. Cinayət işi üzrə zərərçəkmiş qismində Bakı Baş Gömrük İdarəsi tanınıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Vəkil Elçin Sadıqov Əvəz Zeynallının məhkəməsində ifadə verməkdən imtina edib
Sosial Media
AzərTac
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?