Məhkəmə

Sabiq rektor: “Tapşırmışdım döysünlər, bir də eşitdim ki, öldürüblər”

22 Yanvar, 2024
544

Açıq mənbələrdən götürülüb

Müşfiq Atakişiyev - Tariyel Əhmədov

“Tapşırmışdım döysünlər, bir də eşitdim ki, öldürüblər”. 

Toplum TV xəbər verir ki, bunu yanvarın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində Elm və Təfəkkür Universitetinin sabiq rektoru Müşfiq Atakişiyev deyib. O, universitetin prorektoru Tariyel Əhmədovun qətlini sifariş verməkdə təqsirləndirilir. 

Müşfiq Atakişiyev ifadəsində həmçinin bildirib ki, rektor təyin olunanadək prorektor Tariyel Əhmədovla yaxşı münasibətləri olub. Vəzifəyə təyin olunandan sonra isə Tariyel Əhmədov buna qısqanclıqla yanaşıb və ayağının altını qazmaqla məşğul olub. O da bacısı oğlu Dəyanətə tapşırıb ki, Tariyel Əhmədov “dərs” versin.  

https://toplum.tv/mehkeme/pterter-isi-generala-9-il-6-ay-hebs-cezasi-verildip

“Tariyel Əhmədov mənim rektor təyin edilməyimə qısqanclıqla yanaşırdı. Deyirdi ki, səni bir yolla həbs etdirəcəm. O, hər zaman düşünürdü ki, mən onu aldadıram. Onun güclü əlaqələri olduğu üçün məni həbs etdirmək potensialı var idi. Məni şantaj edirdi. Təqsirləndirilən şəxs Dəyanət Quliyev mənim bacım oğludur. Ona atalıq etmişəm və o ailəyə mən baxmışam. Mən 2011-ci ilin avqustunda məzuniyyətdən qayıdanda dedilər ki, sentyabrda Tariyeli sənin yerinə təyin edəcəklər.

Dəyanəti çağırıb dedim ki, o adama elə xəsarət yetir ki, 2 ay işə çıxmasın. Dəfələrlə dedim ki, onu öldürmə, çünki işi məndən biləcəklər. Ancaq sonradan eşitdim ki, Tariyel aldığı xəsarətlərdən ölüb. Mən özümü Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilmirəm. Bu hadisədən sonra Dəyanət məndən 4 min manat pul istədi. Mənə dedi ki, qumarda pul uduzub, təcili lazımdır, mən isə qumar amilinə görə vermədim. O dedi ki, özümü öldürəcəm və hər şeyi polisə deyəcəm”. 

İstintaqın gəldiyi qənaətə görə, Müşviq Atakişiyev yaxın qohumu olan və Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsində işləyən polis zabiti Dəyanət Quliyevə prorektorun qətlini sifariş edib. Sonuncu da bu işi həmkəndlisi olan taksi sürücüsü Samir Quliyevə tapşırıb. Əgər prorektoru “aradan götürərsə”, bunun müqabilində sürücüyə 40 min ABŞ dolları və gələcəkdə ailəsi üçün sosial təminat da vəd edib. Samir Quliyev hər gün Yasamal rayonu ərazisindəki idman meydançasında idmanla məşğul olan Tariyel Əhmədovu bir neçə gün izləyib. 2011-ci ilin 16 sentyabrında ona yaxınlaşaraq küt əşyayla başına və bədəninə çoxsaylı zərbələr endirərək aradan çıxıb. Ekspertin verdiyi rəyə görə, ölümə səbəb başa dəyən zərbələr olub. 

Məhkəmədə dindirilən Dəyanət Quliyev qətllə bağlı bunları deyib: 

“Rəhmətlik Tariyel Əhmədovla çox yaxşı münasibətim olub. Ancaq son vaxtlar fikir verirdim ki, mənə qarşı soyuq davranır. Samirlə uşaqlıq dostu olmuşuq, ona maddi cəhətdən əl tuturdum. Bir gün ona dedim ki, bir nəfər var, son vaxtlar məni incidir, onu bir az əzişdirmək, “dərs” vermək lazımdır. Maşınımın baqajındakı dəmir “turbanı” da ona verdim. Aparıb Tariyel müəllimin hər gün keçdiyi və idmanla məşğul olduğu idman meydançasını da ona göstərdim. Sonra eşitdim ki, Tariyel müəllim həmin meydançada öldürülüb. Polis bölməsində işləyirdim, özüm ərizə yazaraq daxili işlər orqanlarından uzaqlaşmışam. Dayıma gəlincə, ondan dəfələrlə 4 min manat pul istədim, vermədi. Çoxlu borcum var idi, özümü öldürmək həddinə çatmışdım. Bir gün də qərara gəldim ki, cinayəti açıb, etiraf edim. Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng vurdum, hər şeyi olduğu kimi danışdım”. 

Digər təqsirləndirilən şəxs Samir Quliyev prorektoru necə öldürməsindən danışıb:
 
“Dəyanət həmkəndlimdir. Eyni məhəllədə böyümüşük. Bir gün dedi ki, bir nəfər var, məni də, Müşfiq dayımı da ölümlə hədələyir, təhdid edir. Məni Yasamal rayonu ərazisindəki bir idman meydançasına apardı, dedi, həmin adam hər gün burada idmanla məşğul olur. Ancaq həmin adam kimdir, hansı vəzifənin sahibidir, bu barədə mənə məlumat vermədi. Dedi ki, həbsxanaya düşsən, sənə kömək edəcəyik. Həmin adamı mənə göstərdi, hər gün idman meydançasına gedib, onun orada idmanla məşğul olmasını izləyirdim. Bir gün gördüm ki, meydançada təkdir. Yürüş edirdi. Dəyanət mənə dəmir dəyənək vermişdi ki, həmin adamı vurum. Ətrafda heç kəs yox idi. Arxadan yaxınlaşdım, başına iki dəfə dəyənəklə möhkəm vurdum, yerə yıxıldı, sonra nə oldu, bilmədim. Meydançadan çıxıb, taksiyə mindim, birbaşa İmişliyə qayıtdım, Dəyanətə o adamı vurduğumu dedim”. 

Samir Quliyev vurğulayıb ki, sifarişi yerinə yetirdiyinə görə Dəyanət Quliyev ona pul verib. 

Məhkəmə iclası yanvarın 31-də şahid ifadələriylə davam edəcək. 

Müşviq Atakişiyev və Dəyanət Quliyev Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (sifarişlə adam öldürmədə təşkilatçı), Samir Quliyev isə həmin Məcəllənin 120.2.5-ci (sifarişlə adam öldürmədə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib. 

Elm və Təfəkkür Universiteti 2017-ci ildə fəaliyyətini dayandırıb.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Qan xərçəngindən əziyyət çəkən uşaqlara görə yığılmış pulların aqibəti necə oldu? 

29 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Nuridə Seyidovanın, Aynur Bayramovanın və Aysel Məmmədovanın məhkəməsi başlayıb.  Məhkəmə iclasına hakim Azad Məcidov sədrlik edir. Bu xanımlar talassemiyalı uşaqların xaricdə müalicəsi adı altında ayrı-ayrı vətəndaşlardan alınmış ümumilikdə 1 milyon manat civarında pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirlər. Xanımlara qarşı Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluğa görə 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. Hər şey ondan başlayıb ki, ötən ilin fevralında bir qrup vətəndaş “Urmedhelp” və “My Doc Tour Medical Tourism” şirkətlərinin sahibi Nuridə Seyidovadan, Aynur Bayramovadan, Aysel Məmmədovadan Prezidentə və Vitse-Prezidentə, Ombudsmana və başqa hüquq-mühafizə orqanlarına şikayətçi düşüb. Məsələn, 10 yaşlı övladı qan...
Məhkəmə

“Tərtər mollaları” işi üzrə məhkəmə davam edir 

28 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Məhkəmə iclasına Şəlalə Həsənova sədrlik edir. İbtidai istintaqın qənaətinə görə, bu şəxslər Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən dəstə üzvləri olub. Mühakimə olunanlar Tərtər rayonundan olduqlarından və orada dini mərasimlərdə mollalıq etdiklərindən işə şərti olaraq “Tərtər mollaları” adı verilib.   Təqsirləndirilən şəxslərin bəzilərinə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsiylə yanaşı 234-cü maddə də verilib.  İttiham aktında qeyd olunur ki, İranda yaşayan, həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif...

Seçilmiş Videolar

Toplum TV loqo