Səbail bələdiyyəsinin keçmiş sədri məhkəmə qarşısına çıxarıldı
Açıq mənbələrdən götürülüb
Məhkəmə
Bakı Ağır Cinayətlər Məhkəməsində Səbail bələdiyyəsinin keçmiş sədri Əhməd Hüseynovun məhkəməsi başlayıb.
Toplum TV xəbər verir ki, yanvarın 16-da bu iş üzrə hazırlıq iclası keçirilib. Məhkəmə iclasına hakim Məhəmməd Əkbərov sədrlik edir.
Hakim baxış iclasını yanvarın 25-nə təyin edib.
Keçmiş bələdiyyə sədri bələdiyyə torpaqlarını sataraq 1 milyon manatdan çox pulu mənimsəməkdə təqsirləndirilir. İlk vaxtlar barəsində həbs-qətimkan tədbiri seçilsə də, istintaq dövründə o, ev dustaqlığına buraxılıb.
Bu iş üzrə ibtidai istintaqı Baş Prokurorluğun İstintaq İdarəsi aparıb.
Cinayət işi üzrə Səbail Bələdiyyəsi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti zərərçəkmiş kimi tanınıb. İş üzrə zərərin 1 milyon manatdan çox olduğu bildirilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Məhkəmə: Saxta müqavilələr, maliyyə arayışları, təkrar satılan mənzillər
Açıq mənbələrdən götürülüb
Əlillərin Bərpa Mərkəzinin baş həkimi bir ildə iki dəfə məhkum edildi
Açıq mənbələrdən götürülüb