Məhkəmə

Şəhid anasını aldadaraq pulunu alanların məhkəməsi yekunlaşıb

23 Yanvar, 2023
461

Şəhid ailəsinə qarşı dələduzluqda təqsirli bilinən İxtiyar Orucov və Balaxan Hüseynlinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Toplum TV xəbər verir ki, prosesdə hökm oxunub. Hökmə əsasən, İxtiyar Orucov 7 il, Balaxan Hüseynli isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Onlar barəsində cinayət işi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırılıb.

Araşdırma zamanı şəhid İsa Məmmədlinin döyüşdə həlak olandan sonra yaşadığı rayonda dəfn edildiyi, amma övladının ölümünə inanmayan ananın falçılara müraciət etdiyi müəyyənləşdirilib.

Bildirilir ki, Xəzər rayonunda yaşayan falçı Elmira Orucova 100 manat müqabilində şəhid anası Rəna Məmmədovanın falına baxaraq oğlunun müharibədə ölmədiyini və əsirlikdə olduğunu deyib.

Sonradan falçının oğlu İxtiyar Orucov və şəhidin yaxın qohumu Balaxan Hüseynlinin ünsiyyəti yaranıb. Onlar əlbir olaraq şəhid İsa Məmmədlinin ailə üzvlərinə dövlət tərəfindən ayrılan pulu, eləcə də onların əlində olan əlavə maddi vəsaiti dələduzluq yolu ilə ələ keçirmək barədə razılığa gəliblər.

Həmin şəxslər mərhumun fotolarını montaj edərək guya onun əsirlikdə sağ olmasını əks etdirən yeni şəkillər hazırlayıblar. Onlar hətta qrim ustasının yanına gedərək guya İsa Məmmədli haqqında sənədli film çəkiləcəyini deyərək Balaxan Hüseynlinin qrim vasitəsilə şəhidə bənzədilməsinə nail olublar. Sonradan həmin şəkilləri və videogörüntüləri şəhidin anasına göstərərək onu övladının sağ olduğuna inandırıblar.

Niyyətlərini həyata keçirmək məqsədilə mərhumun qohumu Balaxan Hüseynli öz səsini şəhid qohumunun səsinə bənzədib, bir neçə dəfə İxtiyar Orucovun telefonunda şəhidin anası Rəna Məmmədova ilə danışıb və sağ olduğuna dair onlarda yanlış təsssürat yaradıb.

Daha sonra hər iki şəxs şəhidin anasından və qohumlarından pul almaq üçün guya əsirlikdə olan İsa Məmmədlini qonşu ölkələrdən biri vasitəsilə Azərbaycana gətirəcəkləri adı ilə aldadaraq onlardan 100 min manat pul istəyiblər və müxtəlif vaxtlarda hissə-hissə şəhidin qohumlarından 26 min 800 manat alıblar.

İkinci Qarabağ müharibəsində həlak olan İsa Məmmədli 2002-ci il yanvarın 1-də İmişli şəhərində dünyaya gəlib.

Laçın uğrunda gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən İsa Məmmədli ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Qan xərçəngindən əziyyət çəkən uşaqlara görə yığılmış pulların aqibəti necə oldu? 

29 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Nuridə Seyidovanın, Aynur Bayramovanın və Aysel Məmmədovanın məhkəməsi başlayıb.  Məhkəmə iclasına hakim Azad Məcidov sədrlik edir. Bu xanımlar talassemiyalı uşaqların xaricdə müalicəsi adı altında ayrı-ayrı vətəndaşlardan alınmış ümumilikdə 1 milyon manat civarında pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirlər. Xanımlara qarşı Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluğa görə 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. Hər şey ondan başlayıb ki, ötən ilin fevralında bir qrup vətəndaş “Urmedhelp” və “My Doc Tour Medical Tourism” şirkətlərinin sahibi Nuridə Seyidovadan, Aynur Bayramovadan, Aysel Məmmədovadan Prezidentə və Vitse-Prezidentə, Ombudsmana və başqa hüquq-mühafizə orqanlarına şikayətçi düşüb. Məsələn, 10 yaşlı övladı qan...
Məhkəmə

“Tərtər mollaları” işi üzrə məhkəmə davam edir 

28 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Məhkəmə iclasına Şəlalə Həsənova sədrlik edir. İbtidai istintaqın qənaətinə görə, bu şəxslər Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən dəstə üzvləri olub. Mühakimə olunanlar Tərtər rayonundan olduqlarından və orada dini mərasimlərdə mollalıq etdiklərindən işə şərti olaraq “Tərtər mollaları” adı verilib.   Təqsirləndirilən şəxslərin bəzilərinə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsiylə yanaşı 234-cü maddə də verilib.  İttiham aktında qeyd olunur ki, İranda yaşayan, həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif...

Seçilmiş Videolar

Toplum TV loqo