Məhkəmə

Suriya işi: “Azəri camaatı”na qoşuldu, döyüşlərdə yaralandı 

Leyli Cəfərova
3 Fevral, 2023
190

Açıq mənbələrdən götürülüb

Məhkəmə

Suriyada silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan 45 yaşlı Akif Osmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.  

Toplum TV xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. 

İttihama görə, Akif Osmanov 2013-cü ildə iki nəfər tanışı - Elşad Cəfərov və Cavid Ağcəbəyovla birgə Gəncə hava limanından Türkiyəyə, oradan isə Suriyaya gedib. Suriyanın Artma şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlər keçib, odlu silah və partlayıcı maddələrdən istifadə qaydalarını mənimsəyib, radikalizm və dini düşmənçilik zəminində “Azəri Camaatı” adlı qanunsuz silahlı qruplaşmanın fəaliyyətində iştirak edib. Qrup üzvləri ilə birlikdə “Şeyx Süleyman” qəsəbəsi uğrunda gedən döyüşlərə qoşulub, yaralanıb, qəlpə yarası alıb. 

Təqsirləndirilən Akif Osmanov ona elan olunan ittihamla özünü təqsirli bilməyib. İfadəsində Suriyada altı ay qaldığını, aktiv döyüşlərdə iştirak etmədiyini, yalnız idman təlimlərinə qatıldığını deyib: ”Mən yalnız növbətçilik etmişəm. Silahı bizə iki-üç gündən bir növbəyə gedəndə verirdilər. Silahlı əməliyyatlarda iştirak etməmişəm”. 

A.Osmanov deyib ki, “Şeyx Şamil” qəsəbəsində mühasirəyə düşənlərə yardım etməyə gedərkən yaralanıb, uzun müddət müalicə olunub: ”Minaya düşdüm, yaralandım, müalicə olundum. Türkiyəyə qayıdıb uzun müddət İstanbulda yaşadım. Lakin Türkiyədəki İŞİD terror qruplaşmasının üzvü kimi həbs edildim. 2017-ci ildə məhkəmə oldu, cəza aldım, sonradan 2021-ci ilin oktyabrında terror qruplaşmasının üzvü olmaqla bağlı cinayət işi üzrə bəraət verildi. 2022-ci ilin aprelində Türkiyədən deportasiya olundum”. 

A.Osmanov ifadəsinin davamında Suriyaya qazanc məqsədilə getmədiyini və əməlindən peşman olduğunu deyib.  

Məhkəmə prosesi fevralın 7-də davam edəcək. 

https://toplum.tv/mehkeme/pisgence-vermekde-teqsirlendirilen-sexs-ldquobu-ceza-deyildi-muumlalice-uumlsulu-idirdquop

Qeyd edək ki, beynəlxalq terrorçuluqla mübarizə istiqamətində keçirilən əməliyyat-istintaq tədbirləri çərçivəsində silahlı terror təşkilatının Türkiyədə fəaliyyət göstərən birliklərinə üzv olma şübhəsi ilə bu ölkə ərazisində saxta pasportla Özbəkistan vətəndaşı İlyorjon İsanov kimi saxlanılan, lakin təqsiri sübuta yetirilmədiyi üçün azad edilən Azərbaycan vətəndaşı Akif Osmanovun dini düşmənçilik zəminində terror aktlarının törədildiyi silahlı münaqişələrdə iştirakına əsaslı şübhələr müəyyən olunub. 

Cinayət işi üzrə aparılan araşdırmalar nəticəsində məlum olub ki, A.Osmanov Suriyanın Artma şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlər keçib, odlu silah və partlayıcı maddələrdən istifadə qaydalarını mənimsəyib, radikalizm və dini düşmənçilik zəminində “Azəri Camaatı” adlı qanunsuz silahlı qruplaşmanın fəaliyyətində iştirak edib. A.Osmanovun qrup üzvləri ilə birlikdə “Şeyx Süleyman” qəsəbəsi uğrunda gedən döyüşlərə qoşularaq qəlpə yarası alması, habelə terror təşkilatı tərəfindən digər ölkələrin ərazisində sərbəst hərəkət edib cinayət məsuliyyətindən yayına bilməsi məqsədilə Özbəkistan vətəndaşının adına saxta pasport ilə təmin olunması və həmin pasportla müxtəlif ölkələrdə olmasına dair mötəbər dəlillər əldə edilib.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Olimpiya Kompleksindəki qətl məhkəmədə araşdırılacaq  

Leyli Cəfərova
15 Mart 2023

Açıq mənbələrdən götürülüb

Paytaxtın Şağan qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksində qətl törətməkdə ittiham olunan 20 yaşlı cüdoçu Ruslan Səfixanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.    Cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rasim Sadıxovun icraatındadır. Məhkəmənin hazırlıq iclası martın 28-nə təyin edilib.  https://toplum.tv/mehkeme/pmehkeme-genc-ana-1-yasli-koumlrpesini-zeherleyib-oumllduumlrmekde-teqsirlendirilirnbspp   Hadisə ötən il noyabrın 26-da saat 17 radələrində baş verib. Bakının Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 16 yaşlı Turan Rüstəmovun ölməsi barədə polisə məlumat daxil olub.    Aparılan araşdırmalarla Sumqayıt şəhər sakini Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla Turan Rüstəmovu qəsdən öldürməsinə əsaslı...
Məhkəmə

Məhkəmə: Gənc ana 1 yaşlı körpəsini zəhərləyib öldürməkdə təqsirləndirilir 

Leyli Cəfərova
15 Mart 2023

Açıq mənbələrdən götürülüb

Bir yaşlı körpəsinin yeməyinə dərman qataraq öldürməkdə ittiham olunan 20 yaşlı Nərgiz Bağıyevanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.  Toplum TV xəbər verir ki, cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.  İş hakim Əli Məmmədovun icraatındadır. Məhkəmənin hazırlıq iclası martın 17-nə təyin edilib.   https://toplum.tv/mehkeme/pdeleduzluqda-teqsirlendirilen-vekil-mehkemede-danismaqdan-imtina-etdinbspp   Hadisə ötən il sentyabrın 9-da paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Bir yaşlı uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.     Araşdırmalar zamanı körpənin anası Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib.    Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda...

Seçilmiş Videolar

Toplum TV loqo