Məhkəmə

Suriyada döyüşən şəxsin növbəti məhkəməsi keçirilib

Esmira Cavadova
27 Sentyabr, 2023
304

Açıq mənbələrdən götürülüb

Məhkəmə

Suriyada silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Şahin Salayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.  

İttiham aktına görə, dini ləqəbi “Abu Muhəmməd” olan Şahin Salayev Suriya ərazisindəki silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə 2020-ci ilin ortalarında İdlib şəhərinə gedib. Orada dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində yaradılaraq fəaliyyət göstərən, “Taifatul Mansura” adlı qanunsuz silahlı qruplaşmaya qoşulub və 2021-ci ilin sonlarınadək həmin qruplaşmanın tərkibində silahlı münaqişələrdə iştirak edib. 

Təqsirləndirilən Şahin Salayev ona elan olunan ittihamla özünü təqsirli bilməyib. İfadəsində üç dəfə nikah bağladığını, birincinin rəsmi, digər iki nikahın isə qeyri rəsmi olduğunu, dini nikahda yaşadığını deyib.  2010-cu ildə qeyri-rəsmi nikahda olduğu arvadı və övladı ilə birgə Dubaya, daha sonra İsgəndəriyyəyə, oradan isə Qahirəyə gedərək universitetdə təhsil alıblar. Qahirədə olarkən Azərbaycanda yaşayan tanışları ona dini nikahda olduğu ikinci arvadının övladlarını götürüb Suriyaya getdiyini öyrənib. 

https://toplum.tv/mehkeme/pmehkemede-ittiham-olunan-sexs-memurun-mene-4-milyon-manat-borcu-varp

Ş.Salayevin ifadəsinə görə, ailə üzvlərini tapıb Qahirəyə gətirmək məqsədilə onların arxasınca Suriyaya yollanıb. Hələb şəhərinə çatdıqda şəhərin müharibə nəticəsində dağıntılara məruz qaldığını görüb, ailə üzvlərini axtarsa da, tapa bilməyib:” Türkiyə ilə sərhədə yaxın ərazidə parça alveri ilə məşğul olurdum. Həmin ərəfədə yaşadığım ev bombalandığına görə bütün sənədlərim məhv edildi. Yol ilə hərəkətin mümkünsüz olduğunu görüb üsyançılar olan əraziyə getdim. Hələb şəhəri Suriya ordusu tərəfindən alınandan sonra Laziqiyyə deyilən əraziyə gələrək orada ev tutub yaşamağa başladım”. 

“Abu Muhəmməd” ifadəsində “Əl Qaidə” terror təşkilatının yaşadığı əraziyə hücum etdiyini və onları əsir götürdüklərini göstərib:”Həmin ərazidə azərbaycanlılar olduğuna görə onların evinə qonaq getmişdim, ünsiyyətimiz yaranmışdı. Döyüş zonası olduğuna görə harasa gedərkən tanışlarımın silahını götürürdüm. Özümün şəxsi silahım yox idi. “Əl Qaidə” bizi əsir götürdükdən sonra ölkədən çıxardı”. 

“Abu Muhəmməd”lə birgə “Taifatul Mansura” adlı silahlı qruplaşmanın tərkibində İdlib şəhərinin “Türkmən dağı”ərazisində “rebat”a çıxan, həmin bölgəni “Cəbhətul Nusra” silahlı birləşməsindən qoruyan, hazırda həbsdə olan bir neçə əqidə yoldaşları da dindirilib. Onlar bildiriblər ki, təxminən 28 oktyabr 2021-ci ildə “Cəbhətul Nusra” camaatı onların qruplaşmasına hücum etdiyinə görə baş vermiş döyüşdə məğlub olublar. Qrupun bir neçə üzvü öldürülüb, sağ qalanlar isə əsir götürülüblər, “Cəbhətul Nusra” tərəfindən İdlibin Darkuş bölgəsində nəzarətdə saxlanılıblar. 

Qeyd edək ki, S.Salayev 2023-cü ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Azərbaycana gətirilib. İstintaq araşdırmaları zamanı məlum olub ki, Suriya-İraq ərazisində 10 illik döyüş təcrübəsi olan Ş.Salayev 2016-cı ildə Suraxanı rayon Məhkəməsinin qətnaməsi ilə xaricdəki silahlı münaqişələr zamanı ölmüş elan edilib. 

Ona qarşı Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan  Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma, qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Məhkəmənin hökmünə əsasən, Şahin Salayev 7 il müddətinə azadlıqdan məhrum edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Ermənistana casusluqda təqsirləndirilən şəxsə hökm oxunub

Esmira Cavadova
30 Noyabr 2023

Açıq mənbələrdən götürülüb

Ermənistana casusluqda ittiham olunan Aydın Zəkiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.  Toplum TV xəbər verir ki, prosesdə hökm oxunub. Hökmə əsasən, Aydın Zəkiyev 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Aydın Zəkiyevin Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə Ermənistan xüsusi xidmət orqanlarına casusluqda və dövlətə xəyanət etməkdə ittiham olunurdu. https://toplum.tv/mehkeme/pmehkemede-belediyye-sedrine-beraet-istenilibnbspp Həmçinin onun digər şəxslərin həmin xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlığa cəlb edilməsində vasitəçilik etməsi barədə tapşırıq aldığı bildirilirdi.  Məlum olub ki, Aydın Zəkiyev Ermənistan xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlığa razılıq verdikdən sonra qarşılıqlı sövdələşməyə uyğun olaraq...
Məhkəmə

Məhkəmə: Dövlətə xəyanətdə təqsirləndirilən Behişti özünü təqsirli bilmir 

Esmira Cavadova
30 Noyabr 2023
“Deyirlər, Məclisin İranda dayaqları var, yalandır. Heç yerdə sahibimiz, dayağımız olmayıb. Yığışırdıq, gündəlik həyatdan, ibadətdən danışırdıq, dağılışırdıq”.  Bunu “Behişti” ləqəbli Əli Əliyevin məhkəməsində noyabrın 29-da şahid qismində dindirilmiş Yaşar Əliyev deyib. Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Əli Əliyevin (Hacı Əli Behişti) məhkəməsi yeni başlayıb. Bu iş hakim Azər Tağıyevin icraatındadır.  İttiham  Əli Əliyev Bakının Binə qəsəbəsinin sakinidir. Bu ilin aprelində həbs olunub. Ona Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi qaldırılıb. İttihamsa bundan ibarətdir ki, o, 16 il əvvəl İranın Qum şəhərində həmin ölkənin xüsusi xidmət orqanı SEPAH-la əməkdaşlıq barədə razılığa gəlib. 2007-2014-cü illərdə Bakının...

Seçilmiş Videolar

Toplum TV loqo