Məhkəmə

Suriyada döyüşməkdə ittiham olunan azərbaycanlıların məhkəməsi başlayıb

Esmira Cavadova
16 Noyabr, 2023
216

Açıq mənbələrdən götürülüb

Məhkəmə

Suriyada “Taifatul Mansura” adlı qanunsuz silahlı dəstənin tərkibində döyüşlərdə iştirak etməkdə ittiham olunan 13 nəfər azərbaycanlının cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

Toplum TV xəbər verir ki, cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əhməd Quliyevin icraatındadır. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik təyin edilməyib.

Qeyd edək ki, bu ilin iyununda Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində Azərbaycan vətəndaşlarından ibarət, ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə qeyri-leqal yollarla Suriya Ərəb Respublikasının ərazisinə keçdikdən sonra həmin dövlətin İdlib şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlərə cəlb olunaraq müxtəlif növ odlu silahlardan istifadə qaydalarına yiyələnib, “Taifatul Mansura” adlı qanunsuz silahlı dəstənin tərkibində döyüşlərdə iştirak etmiş sabit qrupun üzvləri müəyyən olunmuş və barələrində beynəlxalq axtarış elan edilib.

https://toplum.tv/mehkeme/pprokurorluq-ldquotefekkuumlrrdquo-universitetinin-prorektorunun-qetlini-sabiq-rektor-sifaris-edibp

Başlanılmış cinayət işi üzrə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə qeyd olunan cinayət əməllərini törətmiş 13 nəfər Azərbaycan vətəndaşının -  Şəmil Abdullayev, Murad Ağamətov, Murad Quliyev, Fərhad Rüstəmov, Sultan Sultanov, Nəcməddin Hüseynov, Hikmət Mahmudov, Mais Əliyev, İsmayıl İsmayılov, Şəhriyar Babayev, Hacı Muradov, Əlövsət Baxışov və İntiqam Əsədovun xarici ölkə ərazisində gizləndikləri yerlər müəyyənləşdirilmiş və onlar beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində müvafiq tədbirlərlə saxlanılaraq Azərbaycana gətiriliblər.

Adları çəkilən şəxslər Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.


 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Vəkil Elçin Sadıqov Əvəz Zeynallının məhkəməsində ifadə verməkdən imtina edib

Esmira Cavadova
8 Dekabr 2023

Sosial Media

Dekabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alma ittihamı ilə həbs edilmiş jurnalist Əvəz Zeynallı və “Səda TV” youtube kanalının rəhbəri Elnur Şükürovun məhkəməsi davam edib. Məhkəmə iclasına hakim Əli Məmmədov sədrlik edir.  Məhkəmə iclası başlayan kimi vəkil Aqil Layıc iki hissəli vəsatət təqdim edib.  Birinci hissədə vəkil Elçin Sadıqovun bu iş üzrə statusu təqsirləndirilən şəxs olduğu üçün ifadə verməsin. İkinci hissədə vəkil məhkəmədən ümumiyyətlə, Elçin Sadıqovun ifadəsinin sübutlar siyahından çıxarılmasını xahiş edib. Əvəz Zeynallının sigər vəkili Rəşad Əliyev də vəsatəti dəstəkləyib. Bildirib ki, təqsirləndirilən şəxsin eyni iş üzrə şahid qismində dindirilməsi prosessual baxımdan mümkün deyil: “Əvəz Zeynallı ilə Elçin...
Məhkəmə

Erməni diversanta 18 il həbs cəzası verildi - YENİLƏNİB

7 Dekabr 2023

AzərTac

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Toplum TV xəbər verir ki, Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə hakim Abdulla Məmmədov hökm oxuyub. Təqsirləndirilən şəxs 18 il müddətə azadlıqdan məhrum edilib. Voskanyan cəzasının ilk 5 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. ​​​​​*** 15:53 Dekabrın 7-də Sabunçu rayon Məhkəməsinin inzibati binasında Kəlbəcərdə saxlanılan erməni diversant Qagik Voskanyanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.  Bu iş Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun icraatında olsa da, məhkəmə prosesi Bakıda keçirilir.  Səhər saatlarında başlayan məhkəmə iclasında dövlət ittihamçısı Müşfiq Rəhimov ittiham aktını elan edib. ...

Seçilmiş Videolar

Toplum TV loqo