Məhkəmə

Tərtər işi: Generala 9 il 6 ay həbs cəzası verildi

28 Dekabr, 2023
722

Açıq mənbələrdən götürülüb

Tərtər işi


“Tərtər işi”ndəki işgəncələrə görə generala və dörd hərbçiyə dekabrın 28-də hökm oxunub.  

Bakı Hərbi Məhkəməsinin icraatında olan və Sumqayıt Məhkəmə Kompleksində keçirilən “Tərtər işi” üzrə məhkəmə proseslərindən biri də başa çatıb. Söhbət “Bəkir Orucovgilin işi” kimi tanınan məhkəmə prosesindən gedir. 

Bu iş üzrə beş nəfər - Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin keçmiş rəisi, general-mayor Bəkir Orucov, Korpusun təhqiqat bölməsinin rəis müavini olmuş Rahib Məmmədov, İntiqam Məmmədov, Ülvi Rəşidov və snayper bölüyünün keçmiş komandiri, polkovnik-leytenant Ziya Kazımov mühakimə olunurdu. 
 
Məhkəmə iclası başlayan kimi təqsirləndirilən şəxslərdən biri Ziya Kazımov “son söz” çıxışı edib. (Ötən məhkəmə iclasında “son söz” demək növbəsi ona çatanda halı pisləşdiyi və təcili yardım briqadası çağırıldığı üçün məhkəmə təxir olmuşdu). Ziya Kazımov özünü təqsirli bilməyib və məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını istəyib. Sonra hakim heyəti müşavirə otağına yollanıb. Qayıtdıqdan sonra hökmü elan edib. Məhkəmənin hökmüylə 
Bəkir Orucov, Rahib Məmmədov, İntiqam Məmmədov, Ülvi Rəşidov, Ziya Kazımov azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan Ülvi Rəşidovla başqa yerə getməməklə bağlı iltizamlı olan Ziya Kazımov məhkəmə zalında qandallanıb.  

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurdular.

Məhkəmə Bəkir Orucov, Ziya Kazımov və Ülvi Rəşidovu 9 il 6 ay, İntiqam Məmmədov və Rahib Məmmədovu  isə 6 il 6 ay  həbs cəzasına məhkum edib. 

Beyləqan korpusundakı işgəncələr üzrə məhkəmə ötən aylar ərzində 62 zərərçəkmişi, 21 şahidi dindirib.  Bəkir Orucov və digər təqsirləndirilən şəxslər mart ayından davam edən məhkəmə proseslərində təqsirsiz olduqlarını bildirirdilər. Elə hökmü də narazı qarşılayıblar. Vəkillər Toplum TV-yə bildiriblər ki, müvəkkilləriylə bağlı hökmdən apellyasiya şikayəti verəcəklər. 

Xatırlatma 

Bəkir Orucov hələ ötən həftə “son söz” çıxışında 2-ci korpus komandiri Mais Bərxudarovu, müdafiə naziri Zakir Həsənovu, Müdafiə Nazxirliyinin keçmiş qərargah rəisi Nəcməddin Sadıkovu günahlandırmışdı. “İndi kimin adamı, pulu var, vəzifədədir. Bizi isə qurban seçiblər. Xainlər siyahısını kim tərtib eləyib nazirliyə göndərmişdi? O adamları ora yığdırıb işgəncə verdirən kim olmuşdu? Bərxudarov belə zəif idi ki, mən onu idarə edirdim? Korpus komandirinin xəbəri və icazəsi olmasaydı, təhqiqatçı gəlib nəinki kiməsə işgəncə vermək, heç içəri girə bilməzdi. Heç Rauf Kişiyev (Müdafiə Nazirliyinin Hüquq İdarəsinin o vaxtkı rəisi) gəlib orada kimisə həbs elətdirə bilməzdi”, - general ötən məhkəmə iclasındakı çıxışında demişdi. O, məhkəməyə bildirmişdi ki, baş verənlərdən narahatlığını Bərxudarova məruzə edib, ancaq bu, heç nəyi dəyişməyib. 

General baş verənlərə görə müdafiə naziri Zakir Həsənovu da günahlandırmışdı: “Müdafiə Nazirliyində 140 milyonluq yeyinti aşkarlanır, nazir deyir ki, xəbərim yoxdur. Satınalmalardakı korrupsiya üzə çıxır, deyir, xəbərim yoxdur. Bu boyda Tərtər hadisələri baş verir, yenə deyir, xəbəri yoxdur. Bəs bu nazirin nədən xəbəri var”?  

2021-ci ilin dekabrında Baş Prokurorluğun İstintaq İdarəsində “Tərtər hadisələri” ilə bağlı yenidən araşdırmalar başlanan zaman 2017-ci ilin mayında Beyləqanda da baş verən cinayətlər araşdırılıb. Əslində bu işi “Beyləqan işi” adlandırmaq olar. Çünki proseslər təkcə Tərtərdə yox, Beyləqanda da baş verib. Beyləqandakı hərbi hissələrdən birində işgəncə yeri düzəldilib və hərbçilərə işgəncələr verilib. İşgəncələr nəticəsində bir hərbi qulluqçu Adil Sabirli dünyasını dəyişib. Beyləqan işgəncələri də “Tərtər işi” çərçivəsində araşdırılıb. Çünki 1-ci Ordu Korpusunda (Tərtər) və 2-ci Ordu Korpusunda (Beyləqan) baş vermiş hadisələr eyni vaxta təsadüf edir. Bu səbəbdən də hər iki Korpusdakı hadisələr “Tərtər işi” kodu altında birləşir. Bu işləri eyni istintaq qrupu ayrı-ayrı icraatlarda araşdırıb. Məhkəməyə də beş nəfərdən ibarət qrup şəklində göndərilib. “Tərtər işi” kodu altında Tərtər ərazisindəki hərbi hissələrdə və köhnə qərargah binalarındakı işgəncələrlə bağlı digər tutulanların da işləri ayrı-ayrı icraatlara bölünüb və daha üç qrupun işi məhkəməyə göndərilib. Bunlardan “Vüsal Ələsgərovgilin işi” üzrə qrupa (dörd hərbçi) artıq hökm oxunub. “Maşıyevgilin işi” və “Fuad Ağayevgilin işi” isə hələ davam edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Qan xərçəngindən əziyyət çəkən uşaqlara görə yığılmış pulların aqibəti necə oldu? 

29 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Nuridə Seyidovanın, Aynur Bayramovanın və Aysel Məmmədovanın məhkəməsi başlayıb.  Məhkəmə iclasına hakim Azad Məcidov sədrlik edir. Bu xanımlar talassemiyalı uşaqların xaricdə müalicəsi adı altında ayrı-ayrı vətəndaşlardan alınmış ümumilikdə 1 milyon manat civarında pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirlər. Xanımlara qarşı Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluğa görə 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. Hər şey ondan başlayıb ki, ötən ilin fevralında bir qrup vətəndaş “Urmedhelp” və “My Doc Tour Medical Tourism” şirkətlərinin sahibi Nuridə Seyidovadan, Aynur Bayramovadan, Aysel Məmmədovadan Prezidentə və Vitse-Prezidentə, Ombudsmana və başqa hüquq-mühafizə orqanlarına şikayətçi düşüb. Məsələn, 10 yaşlı övladı qan...
Məhkəmə

“Tərtər mollaları” işi üzrə məhkəmə davam edir 

28 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Məhkəmə iclasına Şəlalə Həsənova sədrlik edir. İbtidai istintaqın qənaətinə görə, bu şəxslər Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən dəstə üzvləri olub. Mühakimə olunanlar Tərtər rayonundan olduqlarından və orada dini mərasimlərdə mollalıq etdiklərindən işə şərti olaraq “Tərtər mollaları” adı verilib.   Təqsirləndirilən şəxslərin bəzilərinə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsiylə yanaşı 234-cü maddə də verilib.  İttiham aktında qeyd olunur ki, İranda yaşayan, həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif...

Seçilmiş Videolar

Toplum TV loqo