Məhkəmə

Torpağa basdırılmış oğurluq qızıl: Cəza kəsildi 

13 Fevral, 2024
264

Açıq mənbələrdən götürülüb

məhkəmə

Bakı Ağır Cinayətlər Məhkəməsində “Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlunun evindən külli miqdarda oğurluq etməkdə ittiham olunan 44 yaşlı Ruzan Cabbarovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Toplum TV xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ruzan Cabbarova 11 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

İttihama görə, Ruzan Cabbarova Orxan Qədimbəylinin Səbail rayonu ərazisindəki mənzilində xadimə işlədiyi müddətdə ayrı-ayrı vaxtlarda mənzildən qızıl-zinət əşyaları və nağd pul oğurlayıb. Ev sahibi Orxan Qədimbəyli və onun xanımı Fəridə Qədimovaya ümumilikdə 803 min 118 manat ziyan dəyib.

https://toplum.tv/mehkeme/pldquobravo-isirdquonde-zererccedileken-teqsirlendirilen-sexsleri-bagislamaq-fikrim-yoxdurnbspp

R.Cabbarova oğurladığı qızıl-zinət əşyalarını Zabrat qəsəbəsindəki evinin həyətində torpaq sahəsinə basdırıb. İşin üstü açılandan sonra pul, qızıl və digər əşyaların yerini polislərə özü göstərib. Oğurluq əşyaların bir qismi polis tərəfindən tapılaraq sahiblərinə qaytarılıb.

İstintaq orqanı tərəfindən Ruzan Cabbarova Cinayət Məcəlləsinin 177.4 (xüsusi ilə külli miqdarda oğurluq etmək) maddəsi ilə ittiham elan edilib.

İş üzrə zərərçəkmiş qismində Orxan Qədimbəyli və onun həyat yoldaşı Fəridə Qədimova tanınıb.

Zərərçəkmiş O.Qədimbəylinin “Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədimovun oğlu olduğu bildirilir.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Qan xərçəngindən əziyyət çəkən uşaqlara görə yığılmış pulların aqibəti necə oldu? 

29 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Nuridə Seyidovanın, Aynur Bayramovanın və Aysel Məmmədovanın məhkəməsi başlayıb.  Məhkəmə iclasına hakim Azad Məcidov sədrlik edir. Bu xanımlar talassemiyalı uşaqların xaricdə müalicəsi adı altında ayrı-ayrı vətəndaşlardan alınmış ümumilikdə 1 milyon manat civarında pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirlər. Xanımlara qarşı Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluğa görə 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. Hər şey ondan başlayıb ki, ötən ilin fevralında bir qrup vətəndaş “Urmedhelp” və “My Doc Tour Medical Tourism” şirkətlərinin sahibi Nuridə Seyidovadan, Aynur Bayramovadan, Aysel Məmmədovadan Prezidentə və Vitse-Prezidentə, Ombudsmana və başqa hüquq-mühafizə orqanlarına şikayətçi düşüb. Məsələn, 10 yaşlı övladı qan...
Məhkəmə

“Tərtər mollaları” işi üzrə məhkəmə davam edir 

28 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Məhkəmə iclasına Şəlalə Həsənova sədrlik edir. İbtidai istintaqın qənaətinə görə, bu şəxslər Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən dəstə üzvləri olub. Mühakimə olunanlar Tərtər rayonundan olduqlarından və orada dini mərasimlərdə mollalıq etdiklərindən işə şərti olaraq “Tərtər mollaları” adı verilib.   Təqsirləndirilən şəxslərin bəzilərinə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsiylə yanaşı 234-cü maddə də verilib.  İttiham aktında qeyd olunur ki, İranda yaşayan, həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif...

Seçilmiş Videolar

Toplum TV loqo