Məhkəmə

Vəkil Elçin Sadıqov Əvəz Zeynallının məhkəməsində ifadə verməkdən imtina edib

8 Dekabr, 2023
276

Sosial Media

Elçin Sadıqov

Dekabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alma ittihamı ilə həbs edilmiş jurnalist Əvəz Zeynallı və “Səda TV” youtube kanalının rəhbəri Elnur Şükürovun məhkəməsi davam edib. Məhkəmə iclasına hakim Əli Məmmədov sədrlik edir

Məhkəmə iclası başlayan kimi vəkil Aqil Layıc iki hissəli vəsatət təqdim edib. 

Birinci hissədə vəkil Elçin Sadıqovun bu iş üzrə statusu təqsirləndirilən şəxs olduğu üçün ifadə verməsin. İkinci hissədə vəkil məhkəmədən ümumiyyətlə, Elçin Sadıqovun ifadəsinin sübutlar siyahından çıxarılmasını xahiş edib. Əvəz Zeynallının sigər vəkili Rəşad Əliyev də vəsatəti dəstəkləyib. Bildirib ki, təqsirləndirilən şəxsin eyni iş üzrə şahid qismində dindirilməsi prosessual baxımdan mümkün deyil: “Əvəz Zeynallı ilə Elçin Sadıqovun cinayət təqibi birlikdə olub. Sonradan Elçin Sadıqovun işi bu işdən ayrılıb və hazırda da istintaqı davam edir. Onun burda verəcəyi ifadə gələcəkdə istintaq orqanı tərəfindən öz əleyhinə istifadə oluna bilər. Bu səbəbdən də qanunla o, burada ifadə verə bilməz”. 
 
Prokuror məhkəmədən vəsatətin təmin olunmamasını istəyib: “Təqsirləndirilən şəxslərin vəkilləri hazırlıq iclasında belə bir vəsatət qaldırmayıblar. Üstəlik, Əvəz Zeynallı özü dəfələrlə Elçin Sadıqovun məhkəməyə gəlib ifadə verməsini tələb edib. 
Hakim heyəti müşavirəyə gedib qayıtdıqdan sonra hakim Əli Məmmədov qərar elan edib. Həmin qərara görə, məhkəmə Elçin Sadqovu şahid qismində dindirməliydi. 

Sonra Elçin Sadıqov ifadə vermək üçün məhkəmə zalına dəvət edilib. O, bildirib ki, eyni iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edildiyi üçün şahid kimi dindirilə bilməz. Təqsirləndirilən şəxs qismində ibtidai istintaqa verdiyim ifadəni təsdiqləyirəm”. 

Vəkillərin və məhkəmə heyətinin müzakirələrindən sonra hakim heyəti müşsvirəyə gedib. Qayıdandan sonra hakim elan edib ki, Konstitusiyanın 66-cı maddəsinə görə, şəxsin özünə və yaxınlarına qarşı ifadə verməmək hüququ var. Məhkəmə eyni iş üzrə təqsirləndirilən şəxs kimi keçdiyinə görə onun məhkəmədə verəcəyi şahid ifadəsi gələcəkdə öz əleyhinə istifadə olunmaması üçün o, şahid kimi dindirilə bilməz. 

Bundan sonra hakim Elçin Sadıqovun ibtidai istintaqa verdiyi ifadəsini elan edib. Elçin Sadıqovun ifadəsinə görə, o, ötən il sentyabrın əvvəlində Əvəz Zeynallının “Baku Steel Company” keçmiş sahibi, həbsdə olan Rasim Məmmədov barədə danışmaması üçün ona zərfdə 20 min manat verib.   

Elçin Sadıqov bildirib ki, ifadəsini təsdiqləyir və sualları cavablandırmaq istəmir. 

Daha sonra, hazırda həbsdə olan “Baku Steell Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun yoldaşı Mehriban Məmmədovanın və Rasim Məmmədovun sürücüsü Səxavət Hümbətovun istintaqdakı ifadəsi elan edilib. Əvəz Zeynallı vəsatət qaldıraraq Elnur Şükürovun ev dustaqlığına buraxılmasını istəyib. Məhkəmə müşavirə keçirdikdən sonra Elnur Şükürov barəsində qərar verilmənin hazırda prosesə uyğun olmadığını bildirib. Nəticədə vəsatət təmin edilməyib.
Məhkəmənin növbəti iclası dekarın 22-ə təxirə salınıb. 

Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.

Ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onun həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İddia olunmuşdu ki, Əvəz Zeynallı Rasim Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Qan xərçəngindən əziyyət çəkən uşaqlara görə yığılmış pulların aqibəti necə oldu? 

29 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Nuridə Seyidovanın, Aynur Bayramovanın və Aysel Məmmədovanın məhkəməsi başlayıb.  Məhkəmə iclasına hakim Azad Məcidov sədrlik edir. Bu xanımlar talassemiyalı uşaqların xaricdə müalicəsi adı altında ayrı-ayrı vətəndaşlardan alınmış ümumilikdə 1 milyon manat civarında pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirlər. Xanımlara qarşı Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluğa görə 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. Hər şey ondan başlayıb ki, ötən ilin fevralında bir qrup vətəndaş “Urmedhelp” və “My Doc Tour Medical Tourism” şirkətlərinin sahibi Nuridə Seyidovadan, Aynur Bayramovadan, Aysel Məmmədovadan Prezidentə və Vitse-Prezidentə, Ombudsmana və başqa hüquq-mühafizə orqanlarına şikayətçi düşüb. Məsələn, 10 yaşlı övladı qan...
Məhkəmə

“Tərtər mollaları” işi üzrə məhkəmə davam edir 

28 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Məhkəmə iclasına Şəlalə Həsənova sədrlik edir. İbtidai istintaqın qənaətinə görə, bu şəxslər Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən dəstə üzvləri olub. Mühakimə olunanlar Tərtər rayonundan olduqlarından və orada dini mərasimlərdə mollalıq etdiklərindən işə şərti olaraq “Tərtər mollaları” adı verilib.   Təqsirləndirilən şəxslərin bəzilərinə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsiylə yanaşı 234-cü maddə də verilib.  İttiham aktında qeyd olunur ki, İranda yaşayan, həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif...

Seçilmiş Videolar

Toplum TV loqo