Məhkəmə

Xəstəxananın şöbə müdiri məhkəmə qarşısına çıxarılır 

Esmira Cavadova
6 Sentyabr, 2023
401

Açıq mənbələrdən götürülüb

Məhkəmə

TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Salyan rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Vərəm şöbəsinin müdiri Xanış Abbasovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Toplum xəbər verir ki, cinayət işi üzrə materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İstintaq zamanı Xanış Abbasovun vəzifə səlahiyyətlərindən sui-istifadə edib aldığı rüşvət müqabilində saxtakarlığa yol verərək şəxsin xəstəxanada guya stasionar qaydada müalicə almasına dair xəstəlik tarixindən çıxarış təqdim etməsinə əsaslı şübhələr müəyyən edilib.

https://toplum.tv/mehkeme/pterter-isi-ldquomuumltesekkil-destenin-basccedililari-azadliqda-gezirrdquop

İş üzrə toplanmış sübutlar əsasında Xanış Abbasov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək yaşı və səhhəti nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Erməni diversanta 18 il həbs cəzası verildi - YENİLƏNİB

7 Dekabr 2023

AzərTac

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Toplum TV xəbər verir ki, Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə hakim Abdulla Məmmədov hökm oxuyub. Təqsirləndirilən şəxs 18 il müddətə azadlıqdan məhrum edilib. Voskanyan cəzasının ilk 5 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. ​​​​​*** 15:53 Dekabrın 7-də Sabunçu rayon Məhkəməsinin inzibati binasında Kəlbəcərdə saxlanılan erməni diversant Qagik Voskanyanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.  Bu iş Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun icraatında olsa da, məhkəmə prosesi Bakıda keçirilir.  Səhər saatlarında başlayan məhkəmə iclasında dövlət ittihamçısı Müşfiq Rəhimov ittiham aktını elan edib. ...
Məhkəmə

Söyüdlü sakininin məhkəməsi: “Plakatları hazırladığım üçün narkotiklə şərlədilər” 

Esmira Cavadova
7 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Gədəbəyin Söyüdlü kənd sakini olan Coşğun Musayevin məhkəməsi başlayıb.  Məhkəmə iclasına hakim Eldar İsmayılov sədrlik edir. Coşğun Musayev narkotikə görə ittiham olunsa da, o, həbsinin birbaşa Söyüdlü hadisələriylə əlaqəli olduğunu deyir.  Xatırlatma  Bu il iyunun 20-də və 21-də Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20...

Seçilmiş Videolar

Toplum TV loqo