Məhkəmə

Yeni doğulmuş uşağın ölümünə görə iki həkimə cinayət işi açıldı

2 Fevral, 2024
411

Açıq mənbələrdən götürülüb

Xəstəxana

Sabirabadda yenidoğulmuş uşağın ölüm faktı ilə bağlı cinayət işi başlanıb.

Toplum TV Trend-ə istinadən xəbər verir ki, ötən il noyabrın 4-də 1989-cu il təvəllüdlü Günay Ağayevanın Sabirabaddakı Perinatal Mərkəzin doğum evində yenidoğulmuş uşağının ölməsi faktı ilə bağlı prokurorluqda araşdırma aparılıb.

https://toplum.tv/mehkeme/pgeneralin-mehkemesi-herbi-hisselere-ayrilmis-143-milyon-manat-nece-menimsenilibnbspp

Araşdırma nəticəsində Mərkəzin Doğum şöbəsinin həkim mama-ginekoloqu Naibə Mahmudova və həkim neonatoloqu Gülnarə İmanova tərəfindən tibbi yardımın tam həcmdə göstərilmədiyi qeyd edilib:

"Yəni doğuşdan öncə dölün vəziyyətinin düzgün qiymətləndirilməməsi, Günay Ağayevaya diaqnozun düzgün təyin edilməməsi, tibbi göstəriş olmasına baxmayaq, əməliyyatın gecikdirilməsi, həmçinin, yenidoğulmuşun real vəziyyətinin düzgün qiymətləndirilməməsi və zəruri tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində yeni doğulmuş uşağın ölməsinə əsaslı şübhələr müəyyən edilib".

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Tofiq Yaqublunun həbs müddəti uzadılıb 

6 Aprel 2024
Aprelin 6-da Nərimanov rayon Məhkəməsində Müsavat Partiyasının və Milli Şuranın üzvü olan Tofiq Yaqublunun həbsdə saxlama müddətinin uzadılmasına dair prokurorun təqdimatına baxılıb və təmin edilib. Həbs müddəti daha iki ay müddətinə uzadılıb.  Tofiq Yaqublu ötən ilin dekabrında həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham edilir. Həmin vaxt məhkəmə Tofiq Yaqublu barəsində dörd aylıq həbs-qətimkan tədbiri seçmişdi. Həbs müddəti başa çatdığına görə prokuror müddətin daha iki ay müddətinə uzadılması üçün məhkəməyə təqdimat göndərib və qeyd olunduğu ki, müddət...
Məhkəmə

Bəxtiyar Hacıyev məhkəmədə: “İlham Əliyev çağırdı, gəldim, çox peşmanam” 

6 Aprel 2024
“Praqaya köçmüşdüm, işimi qurmağa çalışırdım. Məqsədim də həmişəlik orada qalmaq idi. İlham Əliyev məmurlarla xəbər göndərdi ki, qayıtsın, gəlsin. Mən də yığışıb qayıtdım. Kaş ki, qayıtmayaydım, çox peşmanam”.  Bunu Bakı Ağır Cinayətlər Məhkəməsində üç aydan çoxdur ki, mühakiməsi davam edən ictimai fəal Bəxtiyar Hacıyev deyib. O, vurğulayıb ki, 2013-cü ildə getdiyi Praqadan 2015-ci ildə İlham Əliyevim çağırışıyla qayıdıb və az sonra şirkətlərini yaradıb. Ancaq elə ilk vaxtlardan sıxışdırılıb.  Bəxtiyar Hacıyev il yarıma yaxındır ki, həbsdədir. O, 2022-ci ilin dekabrında Ülviyyə Alovluya qarşı xuliqanlıq, icra məmuru Orxan Abdullayevə xəsarət yetirmə, məhkəməyə hörmətsizlik ittihamları ilə həbs olunub. Sonradan yeni hallar kimi QHT...

Seçilmiş Videolar

Toplum TV loqo