Məhkəmə

Ramin Hacılı hakimə: Azad Məcidov, MTN-dəki Mövlamın aqibəti hamınızı gözləyir  

Leyli Cəfərova
26 Oktyabr, 2022
980

Oktyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Ramin Hacılının sonuncu məhkəməsi keçirilib. 

Məhkəmə iclası başlayan kimi hakim vəkil Rəşad Əliyevə müdafiə çıxışı etməsini təklif edib. Ancaq Ramin Hacılı indiyədək məhkəməyə təqdim etdiyi vəsatətlərə münasibət bildirilməsini istəyib. Hakimsə ona qulaq asmayıb. 

Bundan qəzəblənən Ramin Hacılını susdurmaq mümkün olmayıb. 

O, məhkəmə iclası boyu qışqıraraq gah vəsatətlərinə münasibət bildirilməsini, gah təcili yardım çağırılmasını tələb edib. 

Ramin Hacılı: 
- Mən təcili yardım çağırılmasını tələb edirəm. Bir həftədir ki, quru aclığa başlamışam, halsızam. Bir həftəyə sağ qalacağımı da bilmirəm. 
Hakim üzünü vəkilə tutur: 
- Məhkəmə çıxışına başla. 
Ramin Hacılı: 
- Mən bu ölkənin vətəndaşıyam, ya yox? Mənim vəsatətlərim qəbul olunmur, bu ölkədə qanun var, ya yox? 
Hakim vəkilə: 
- Ya məhkəmə çıxışına başla, ya da təqdimat yazılacaq. 
Ramin Hacili səsini qaldırır: 
- Mənim vəkilimi hədələməyin. Mənə başa salın, bilinməyən mütəşəkkil dəstə nə deməkdir ki, prokuror mənə bu bilinməyən mütəşəkkil dəstənin üzvü kimi 9 il iş istəyib? Bilinməyən dəstənin üzvləri sözünü mənə başa salın. Mən gözə görünməzlərlə, cinlərlə əlbir olub cinayət törətmişəm? 
Hakim bu dəfə vəkilin üstünə səsini qaldırır: 
- Siz müdafiə çıxışına başlayın, ona qulaq asmayın, vaxtımız gedir. 
Vəkil: 
- Hörmətli məhkəmə, gərək təqsirləndirilən şəxs sözünü bitirsin ki, mən çıxışa başlayım, mənim çıxışımı eşidən olmayacaq axı. 
Hakim: 
- Sən danış, biz eşidəcəyik. 
Ramin Hacılı qışqırır: - Bu dövlətin bir vətəndaşa münasibəti belə ola bilməz. Mən 6 gündür su da içmirəm, Bakı İstintaq Təcridxanasında bir adam gəlib maraqlanmır. 
Hakim vəkilə bu dəfə daha möhkəm qışqırır: 
- Çıxışını elə. 

Yalnız bundan sonra vəkil Rəşad Əliyev müdafiə çıxışına başlayır. O, çıxış edəndə də Ramin Hacılı susmur. Hakim nəzarətçiləri məhkəmə zalına çağırır. 

Ramin Hacılısa hakimə qışqırır: 
- Azad Məcidov, Milli Təhlükəsizlik Nazirliyində Mövlamı tanıyırsınız da, bilirsiniz də indi hardadır. Onun aqibəti hamınızı gözləyir. 

Hakim yenə vəkildən çıxışını dayandırmamasını tələb edir. Elə bu səs-küyün içərisində vəkil müdafiə çıxışını Ramin Hacılıya bəraət hökmü çıxarılmasını istəməklə yekunlaşdırır: “Qanunsuz miqrasiya və dövlət sərhədini qanunsuz keçmə ittihamı verilib. Bu maddə o halda verilə bilər ki, şəxs dövlət sərhəd buraxılış məntəqələrindən kənar yollarla keçər. Ramin Hacılının xaricə getməyə kömək etdiyi adamlar hamısı dövlət sərhəd buraxılış məntəqələrində sənəd təqdim etməklə keçib. Ona görə də bu maddə də əsassızdır. Ona görə də Ramin hacılıya qarşı irəli sürülmüş maddələrə xitam verilməsini, bəraət hökmü çıxarılmasını xahiş edirəm”.

Hakim Ramin Hacılıya son söz deməyi təklif etdi. Ramin Hacılı Son söz deməyə hazırlaşmaq üçün vaxt istədi. Hakim bildirdi ki, ötən məhkəmə iclasında vaxt istənilib, daha vaxt verilə bilməz. Ramin Hacılı ötən məhkəmə iclasında vaxt istəmədiyini desə də, hakim “məhkəmə sizin son söz deməməyinizi son söz deməkdən imtina etməyiniz kimi qiymətləndirir”, - deyib və müşavirəyə gedib. 

Bir neçə dəqiqədən sonra məhkəmə zalına qayıdaraq hökmü elan etdi. Həmin hökmlə Ramin Hacılı 7 il 7 ay 14 gün müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan Respublikasının vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər. 

Ramin Hacılı məhkəmə boyu ittihamları qəbul etməyib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Qubad İbadoğlunun məhkəməsi, gənc fəalların oxşar motivli həbsləri

Esmira Cavadova
22 Sentyabr 2023

Toplum Tv

Toplum TV-də məhkəmə saatı verilişinə baxırsınız. Verilişdə səs-küylü məhkəmələrdən, yeni həbslərdən danışacağıq. Hüquqşünaslarla, ekspertlərlə birlikdə məhkəmələrin fəaliyyətinə işıq salmağa çalışacağıq.
Məhkəmə

Narkotikə görə tutulan inanclı: “Mədəniyyət evlərində narkotikə qarşı çıxışlar edirdik” 

Esmira Cavadova
19 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Nahid Qəhrəmanovun məhkəməsi başlayıb. Onun adı 7 ay əvvəl hökümətyönlü xəbər saytlarında “Kərimə dövləti qurmaq istəyən 32 nəfər”dən biri kimi qeyd olunurdu. Bildirilirdi ki, həmin 32 nəfər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də ibadət yerlərində, insanların toplaşdığı digər mərasimlərdə İran lehinə təbliğatlar aparıblar. Dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqlarını yerinə yetiriblər. Ancaq bu ad altında həbs olunanların işi məhkəməyə gəldikcə məlum olur ki, onlara qarşı həmin əməllə bağlı yox, satış məqsədilə külli miqdarda narkotik əldə edib saxlamaqla bağlı ittiham verilir. Elə Nahid...

Seçilmiş Videolar

Toplum TV loqo