Açıq mənbələrdən götürülüb
- Möhtərəm hakim, xahiş edirəm, heç olmasa məhkəmənin bircə iclasını qapalı edin, mən burada adlar çəkim, kimlər var bu işin içində, kimlər nə işlər görüb və mən kimlərə görə ortada qalmışam, mən burda faktlar açıqlamaq istəyirəm, bəlkə dövlət bir tədbir görə...
- Siz niyə istəyirsiniz ki, məhkəmə qapalı keçirilsin, elə belə də deyin də...
- Düşünürəm ki, gizli saxlanılması zəruri olan məlumatlar ola bilər.
- Hazırlıq iclasında məhkəmənin açıq keçirilməsi ilə bağlı qərar elan edilib, məhkəmə öz qərarını geri oxuya bilməz.
Sentyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal, “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılıyla hakim Azad Məcidov arasında olub.
https://toplum.tv/multimedia/rasim-memmedov-elcin-sadiqovdan-sikayetci-deyilem
Ramin Hacılı dələduzluqda ittiham olunur, 3 aydır ki, məhkəmə qarşısına çıxarılıb. O, turizm şirkətinin sahibi kimi ayrı-ayrı şəxslərə xarici ölkələrə vizaların hazırlanmasında, viza üçün müracidət etmiş şəxslərdən pul almaqla dələduzluq etməkdə təqsirləndirilir. Hacılı hələ məhkəmənin əvvəlində bildirmişdi ki, məhkəmə ifadəsini şahid dindirmələri başa çatdıqdan sonra verəcək. Şahid dindirmələri geridə qalıb və bu gün Ramin Hacılı təqsirləndirildiyi 17 epizod üzrə ifadə verib. Ramin Hacılı əvvəlcə deyib ki, özünü təqsirli bilmir. İttiham müstəntiqin ehtimalları üzərində tərtib olunub.
Ramin Hacılı Əhmədağa Məhərrəmovun, Nurlan Məmmədovun, Anar Abdullayevin, Elnur Qəmbərovun, Eldar Muxtarovun və daha bir neçə nəfərin xaricə göndərilməsi üçün vizanın alınmasında ona qarşı sürülən ittihamlarda yazılanları yalanlayıb: “Deyirlər, pul almışam, bəs iş görürəmsə, pul almalıyam da... Adam işi pul qazanmaq üçün qurmur ki?.. Qanuni şəkildə işimi görüb, pulumu qazanmışam. Özünüz də gördünüz ki, bura gələn zərərçəkmişlərin heç biri məni tanımadı. Dedilər, bu adamı ilk dəfə görürük. Tanıyanlarsa dedilər ki, ödənişimizi etmişik, vizamızı düzəldib, xaricə gedib, qayıtmışıq”.
Ramin Hacılı həbsinin səbəblərini anlamadığını deyib: “Bu ölkədə mənim kimi viza alınması işiylə məşğul olan yüzlərlə şirkət, minlərlə adam var. Hamı da eyni qaydalarla görür bu işi... Məni niyə tutublar, hələ də anlamıram”.
Ramin Hacılı məhkəməyə 11 bənddən ibarət vəsatət də təqdim edib. Həmin vəsatətlərdən biri iclaslardan birinin qapalı keçirilməsiylə bağlı olub. Hakim səbəbiylə maraqlananda deyib ki, məhkəmədə adlar çəkmək istəyir: “Mən burda adlar çəkmək istəyirəm. Müstəntiq niyə mənə bu oyunu qurub, onu açıqlamaq istəyirəm. Kimlər nə iş görüb, məhkəməyə demək istəyirəm”.
Prokuror məhkəmənin açıq keçirilməsiylə bağlı əvvəlcədən qərar olduğunu əsas gətirərək vəsatətin təmin olunmamasını xahiş edib. Hakim də bildirib ki, hazırlıq iclasında bu məsələylə bağlı qərar verilib: “Məhkəmə öz qərarını geri oxuya bilməz”, - hakim deyib.
Vəsatətlərdən biri Ramin Hacılının keçmiş işçisi Şəfəq Əsgərlinin əlavə şahid kimi dəvət olunaraq dindirilməsi ilə bağlı olub: “O adam başımın üstündən, məndən xəbərsiz işlər görüb, saxta arayışlar verib, mənim bunlardan xəbərim olmayıb. Onun ibtidai istintaqda alınmış ifadəsi var. Ancaq müstəntiqə sərf etmədiyi üçün adını şahidlər siyahısından çıxartdı.
Hakim: - Ancaq yazılı vəsatətinizdə Şəfəq Əsgərlinin, bir də Asif Vəliyevin əlavə şahid kimi dəvət olunmasını yox, işin içindəki şahid ifadələrinin elan edilməsini istəmisiniz axı...
Ramin Hacılı: - Elan edilsin.
Hakim (cildləri vərəqləyərək): - Həmin ifadələr 13 cilddədir. Növbəti məhkəmə iclasında elan edərik.
Ramin Hacılının daha bir vəsatəti əvvəllər məhkəmələrin onun barəsində çıxardığı hökm və qərarların tədqiq olunması ilə bağlı olub. Prokuror vəsatətin baxılmamış saxlanmasını xahiş edib.
Növbəti məhkəmə iclası sentyabrın 27-nə təyin olunub.
İttihama görə, “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan Respublikasının vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyasını təşkil ediblər. Ramin Hacılı ittihamları qəbul etmir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
İlkin Süleymanov: "Ağlıma da gəlməzdi ki, bu cinayət mənim üstümdə qalacaq"
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür