Məhkəmə

Ramin Hacılı məhkəmədə: “Almaniyada AXCP adından saxta araşyış düzəldənlər var”

Leyli Cəfərova
17 Avqust, 2022
448

Sosial Media

 “Mən bu adama özüm saxta arayış təklif etməmişəm. Demişəm ki, Almaniyada bu işlə məşğul olan adamlar var. Bunu elə hamı deyir də...”   
 
Bu sözləri avqustun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi 3 aydır ki, davam edən “No Border Travel Agency” MMC-nin rəhbəri, ictimai fəal Ramin Hacılı dedi. 

Ramin Hacılı turizm fəaliyyəti adı altında dələduzluq etməkdə təqsirləndirilir. İndiyədək məhkəmə iclasında xeyli şahid və zərərçəkmiş dindirilib. Məhkəmə iclası başlayan kimi Səlim Ağayev adlı şahid ifadə verdi. Bildirdi ki, yaxın qohumuna Fransa səfirliyindən viza düzəldilməsi üçün Ramin Hacılıya müraciət edib. Ramin Hacılı müəyyən məbləğ müqabilində sənədləri hazırlayaraq Fransa səfirliyinə təqdim edib. Ancaq səfirlik viza verməkdən imtina edib. Səlim Ağayev bir müddət Ramin Hacılıdan pulunu geri tələb edib, ancaq onun pulu yalnız sonuncunun həbsindən sonra – istintaq zamanı özünə qaytarılıb.  

https://toplum.tv/mehkeme/selim-muslumov-20-milyon-manat-zerer-odeyib

Şahidin qısa ifadəsi və sorğu-sualdan sonra tərəflər şahidlərin məhkəməyə gəlməmələri məsələsinə toxundular. Ramin Hacılı şahidlərin məcburi gətirilməsi üçün məhkəməyə yazılı vəsatət verdi.  

Hakim vəsatəti təmin etdi: “Ötən məhkəmə iclaslarında şahidlərin məcburi gətirilməsiylə bağlı qərar çıxarılıb, yenə cəmi iki şahid gəlib. Növbəti məhkəmə iclaslarında da şahidlər məcburi gətiriləcəklər.  
 
Prokuror:  Möhtərəm hakim, yay vaxtıdır, o şahidlərin hərəsi bir tərəfdə dincəlir, eləsi var ki, istintaq vaxtı ifadəsini verib, sonra da xarici ölkəyə gedib, geri qayıtmayıb.  
 
Ramin Hacılı: Xeyr. Orda elə şahidlər var ki, mənim əleyhimə ifadə veriblər. Mən onları burda görmək istəyirəm, gəlsinlər, o sözləri üzümə desinlər. Gəlmirlər, məhkəmə məcburi gətirsin”.  
  
Sonra məhkəməyə məcburi gətirilmə qərarıyla xəbərdarlıqdan sonra gələn Nurlan Məmmədov şahid qismində ifadə verdi. Bildirdi ki, Almaniyaya getmək üçün 2015-ci ildə Ramin Hacılıya müraciət edib. Ramin Hacılı bu işə görə ondan 9 min manat istəyib. O da məbləğin 5 min manatını verib. Ramin Hacılı sənədləri hazırlayıb təqdim etsə də, səfirlik viza verməyib: “Viza verilmədi, Ramin Hacılı həmin pulu mənə hissə-hissə qaytardı. Heç bir şikayətim yoxdur”.  
 
Hakim: Vəssalam?  
 
Şahid: Vəssalam.  
 
Hakim: İstintaqa verdiyiniz ifadəni təsdiqləyirsiniz?  
 
Şahid: Bəli.  
 
Hakim (sənədləri vərəqləyir): Baxın, burda ifadənizdə qeyd etmisiniz ki, Ramin Hacılı sizin Almaniyada oturum almağınız üçün AXCP arayışı düzəldəcəyinə söz verib. Bu məsələyə nə deyirsiz?  
 
Şahid: Bu arayışı Ramin yox, getsəydim, Almaniyada olanlar düzəldəcəkdi. Ramin deyirdi ki, Almaniyada bu işlə məşğul olanlar var.  
 
Ramin Hacılı (ayağa qalxaraq müdaxilə edir): Möhtərəm hakim, istintaq vaxtı müstəntiq çox çalışdı belə bir görüntü yaratsın ki, sanki AXCP adından saxta arayışları ölkədən gedənlərə mən düzəltmişəm. Mən bu adama söhbətlərimiz əsnasında sadəcə demişəm ki, oralarda bu işlərlə məşğul olanlar var. Ancaq adama konkret ad çəkməmişəm, deməmişəm ki, get, filankəsə adımdan müraciət elə, sənə bu arayışı düzəltsin”.  

https://toplum.tv/mehkeme/dovlete-xeyanetde-teqsirlendirilen-dini-inancli-israilin-bayragini-oz-heyetimde-yandirmali-oldum
  
Şahidlə sorğu-sual bitdikdən sonra hakim növbəti məhkəmə iclaslarını avqustun 24 və 26-na təyin etdi.  
 
İttihama görə, “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan Respublikasının vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.

Məhkəmə

“New Life” məhkəməsi: Gedirdi ifadə verməyə, meyiti yolda tapıldı

Leyli Cəfərova
4 Oktyabr 2022

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Novxanıdakı bağlar massivində yerləşən, narkomaniya və alkoqolizmdən xilas olmaq istəyənlər üçün “New Life” Reabilitasiya Mərkəzinin sahibi Orucəli Əliheydərovun və Mərkəzin başqa işçiləri Elvüsal Hüseynov, Famil Rzayev, Qənbər Həsənov və Sərxan Əliyevin məhkəməsi davam edir. Bu şəxslər Mərkəzdə müalicə və psixoloji yardım alan pasientlərə əzab verməkdə təqsirləndirilirlər. Oktyabrın 4-də baş tutan məhkəmə iclasında Mərkəzin sahibi Orucəli Heydərov ifadə verib. 13 il narkotik aludəsi olduğunu deyən Orucəli Heydərov özü 2018-2019-cu illərdə Maştağadakı “Yeni Nəsil” Reabilitasiya Mərkəzində müalicə alıbmış. Ancaq müalicənin köməyi olmayıb, Mərkəzi tərk edəndən sonra yenə əvvəlki vərdişlərini davam etdirib: “Özüm bu işlə məşğul olmağa qərar verdim....
Məhkəmə

“Baku Steel” işi: Uşaqlıq dostları məhkəmədə üz-üzə qalıb

Leyli Cəfərova
3 Oktyabr 2022
Rasim Məmmədov:  - Mən elə bilirdim sən mənim uşaqlıq dostumsan, indi başa düşürəm ki, biz heç vaxt dost olmamışıq.  Şahid:  - Rasim, sən istəyirsən hamı desin ki, pulları biz götürmüşük, sənin də guya heç nədən xəbərin olmayıb?..   Oktyabrın 3-də “Baku Steel Company”nin faktiki sahibi olmuş Rasim Məmmədovla keçmiş müavini Çingiz Həsənov bir-birlərinə qarşılıqlı ittiham irəli sürüblər. Məhkəmə Çingiz Həsənovu şahid kimi dəvət etmişdi.  Çingiz Həsənovla Rasim Məmmədov uşaqlıq dostu olublar.  Sonradan - Rasim Məmmədov tutulanadək münasibətləri işgüzar müstəvidə davam edib. Belə ki, Rasim Məmmədov bir neçə il əvvəl Çingiz Həsənovu özünə maliyyə işləri üzrə müavin götürüb.  Rasim Məmmədov tutulanda...

Seçilmiş Videolar

Toplum TV loqo