Məhkəmə

Ramin Hacılının məhkəməsində prokuror: “Şahidlər zərərçəkmiş kimi tanınsın”

27 Sentyabr, 2022
218

Sosial Media

Müttəhim: “O şahidlərin heç biri heç biri dələduzluqla pullarını mənimsədiyimi demədi” 

Sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Ramin Hacılının məhkəməsi prokurorun vəsatətiylə davam etdi. Prokuror Fariz Rzayevin vəsatəti indiyədək məhkəmədə dindirilmiş şahidlərin məhkəməyə dəvət edilərək zərərçəkmiş qismində tanınması ilə bağlı idi: “Konstitusiya Məhkəməsinin qərarına görə, rüşvət verməyə təhrik ittihamı üzrə şahid qismində tanınmış şəxslər zərərçəkmiş kimi tanına bilər”. 

Ramin Hacılının vəkili Rəşad Əliyev vəsatətə etiraz etdi, bildirdi ki, qanunun geriyə qüvvəsi o halda şamil olunur ki, şəxsin vəziyyətini yaxşılaşdırsın. Şəxsin vəziyyətini ağırlaşdırdığı halda qanunun qüvvəsi geriyə şamil oluna bilməz. 

https://toplum.tv/mehkeme/selim-muslumov-isi-protez-zavodunun-fehlesi-nece-sirketler-sahibi-oldu

Ramin Hacılı da etiraz etdi: “Əgər hər şeyi bu məhkəmədə sıfırdan başlamaq istəyirsinizsə, elə işi göndərin ibtidai istintaqa, istintaq təzədən başlasın. O şahidlərin iki nəfər xaric heç biri burda onlara qarşı dələduzluq etdiyimi demədi. O iki nəfərinsə vizası düzlməyib, verdikləri pulun bir qismini qaytarmışam, qalan qismini də həbs olunduğum üçün qaytara bilməmişəm". 

Ramin Hacılı ötən məhkəmə iclasında ifadə vermişdi, bu dəfə vəkil ona suallar verdi. O, Ramin Hacılıdan əcnəbilərə viza verməsi ilə bağlı ittiham ətrafında soruşdu:  

Vəkil: - Siz xarici vətəndaşlara viza təşkilində kömək etmisiz? 

Ramin Hacılı: - Xeyr. Çünki əcnəbi vətəndaşlara çox vaxt səfirliklər viza verməkdən imtina edirdi. 

Vəkil məhkəmənin nəzərinə çatdırdı ki, Ramin Hacılıya qanunsuz miqrasiyanın təşkili maddəsiylə ittiham verilib. Həmin maddə ondan ibarətdir ki, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ölkəyə qanunsuz gəlməsidir. Ancaq Ramin Hacılının fəaliyyətində belə bir məsələ olmayıb. 

Ramin Hacılı onu da bildirdi ki, istintaq vaxtı şahidlərə qəsdən yazdırılıb ki, guya onlardan alınan pulların bir qisminin hansısa vəzifəli şəxsə çatdırıldığını deyib:  “Müstəntiq ucdantutma hamısına belə yazdırıb, ancaq vəzifəli şəxsi də üzə çıxarmayıb, sənədlərdə “istintaqla müəyyən edilməyən şəxs” kimi qeyd edib. Bunu mənim vəziyyətimi ağırlaşdırmaq üçün edib. Mən daha nəyə and içməliyəm ki, müstəntiqin “istintaqla müəyyən edə bilmədiyi” şəxs deyilən biri yerli-dibli olmayıb və onun uydurmasıdır”. 

Hakim bütün vəsatətlərə müşavirə otağında hüquqi qiymət veriləcəyini bildirdi və növbəti məhkəmə iclasını oktyabrın 5-nə təyin etdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

MTN işi: Mövlam Şıxəliyev yenə məhkəmə qarşısına çıxarılır

29 Noyabr 2022

Açıq mənbələrdən götürülüb

Baş Prokurorluğun Mövlam Şıxəliyevə qarşı protest vermə müddəti bərpa olunub, iş materialları yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb. Toplum Tv xəbər verir ki, məhkəmə iclası dekabrın 5-nə təyin edilib. Bakı Hərbi Məhkəməsində sabiq Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyev, 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai İstintaq İdarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərovun cinayət işi üzrə Baş Prokurorluğun protest vermə müddəti bərpa olunub. Eyni qərarla cinayət işi üzrə zərərçəkən, mərhum Cahangir Məmmədovun hüquqi varisi tanınan həyat yoldaşı və digər zərərçəkən Elşən Mədətov apellyasiya şikayəti vermə müddətləri...
Məhkəmə

Səlim Müslümov işində şahid: “20 min manat verib DSMF-nin şöbə müdiri oldum”

Leyli Cəfərova
28 Noyabr 2022
Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş nazir Səlim Müslümovun məhkəməsi davam edir. Məhkəmə iclasına hakim Faiq Qəniyev sədrlik edir.  Məhkəmə hələ də şahidləri dindirir. Bu günkü məhkəmə prosesində Şükür Osmanov ifadə verərək göstərib ki, əlillər üçün Şabranda 5 fərdi ev tikiblər. Rayon rəhbərliyinin iştirakıyla evlər əlillərə təhvil edilib. Hakim şahidin nəzərinə çatdırıb ki, istintaq zamanı tenderlərdə iştirak edən və onun sahibi olduğu tikinti şirkətində 12 min 201 manatlıq çatışmazlıq aşkar edilib.  Barmaqlar ölən şahidə tuşlanır  Hakim şahiddən Maliyyə Nazirliyinin apardığı yoxlamalarda iştirak edib-etmədiyini soruşub. Şükür Osmanov cavabında deyib ki, tikinti şirkətnin sahibi Müşfiq Qurbanov (dünyasını dəyişib) olub.  Şahid: - Tenderlərdə də...

Seçilmiş Videolar

Toplum TV loqo