Məhkəmə

Rasim Məmmədov: «Baku Steel Company»nin pullarını «Azeristeel-2009» MMC oğurlayırdı  

Leyli Cəfərova
23 Sentyabr, 2022
637

“Baku Steel Company”nin sahibinin deməyindən belə çıxır ki, o işləyir, “Azeristeel-2009” sahibi qazanırmış.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə “Baku Steel Company”-nin sahibi Rasim Məmmədovun məhkəməsi davam edir. Məhkəmə şahidlərin dindirilməsi mərhələsindədir. Sentyabrın 23-də Rasim Məmmədova verilmiş 13 milyon 284 min 572 min manatın xəzinədən mənimsənilməsi epizodu ilə bağlı şahidlər ifadə verib. Məhkəmənin dindirdiyi ilk şahid “Baku Steel Company”nin xəzinədarı Zemfira Əliyeva olub. 

Şahid ifadəsində göstərib ki, 2017-ci ildən şirkətin xəzinəsində 13 milyon 284 min 572 manat çatışmaması ilə bağlı şirkət direktoru Süleyman Məmmədovun maliyyə işləri üzrə müavini Çingiz Həsənova və baş mühasib Kamran Qəhrəmanova dəfələrlə məlumat verib, Hər dəfə aldığı cavabsa “öz işlərinlə məşğul ol, heç nəyə qarışma, yoxsa işdən azad olunarsan” olub.  

7 yanvar 2021-ci ildə Zemfira Əliyeva DTX-ya gedərək binanın girişindəki poçt qutusuna həmin pul çatışmazlığıyla bağlı məktub atıb. Vəkillər ondan kəsirlər barədə 2017-ci ildən məlumatlı olduğu halda niyə DTX-ya məhz 2021-ci ilin yanvarında getməsiylə maraqlanıblar. Şahid deyib ki, pul kəsirləri vaxtaşırı aradan qalxır və sonradan yenə yaranırdı. DTX-nın poçtuna məktub atmasına gəlincə, o, özünü sığortalamaq üçün bunu etdiyini deyib. 

Vəkillər şahidə xeyli sual veriblər. Şahid deyib ki, xəzinədar olsa da, onun işi qəbzlər yazmaqdan ibarət olub: “Mən pulları yalnız sistemdə - virtual görürdüm, faktiki pul görməmişəm. İşim də qəbz yazmaqdan ibarət olub. 

Şahid sualları cavablandırarkən həyəcan keçirir, dolaşıq cavablar verirdi. Bundan əsəbiləşən Rasim Məmmədov üzünü şahidə tutub: - Zenfira xanım, bax, sən burda bunları deməklə öz işini ağırlaşdırırsan. Xəzinədə pul olmayıb axı, necə görə bilərdin. O pulları görməyin heç mümkün deyildi. Çünki o pullar “Baku Steel”in xəzinəsinə girmirdi, bankdan çıxıb birbaşa “Azərsteel-2009” MMC-nin xəzinəsinə gedirdi. Yəni “Azeristeel-2009” MMC “Baku Steel Company”nin pullarını oğurlayırdı”. 

Vəkil Pərviz Məmmədov şahidə sual verib: - Siz xəzinədarsız, pullara cavabdehsiz. Necə izah edə bilərsiz, bu kəsir necə əmələ gəlmişdi? 

Şahid (həyəcanla): - Mən pul görməmişəm. Banklardan pul gəlirdi, mən hesabatını aparırdım, pul otururdu sistemə. Mən pulu ancaq sistemdə görürdüm, faktiki görmürdüm. 

Prokuror: - Heç deyirdinizmi ki, kəsirlər düzəlməsə şirkətin sahibinə məlumat verəcəm və sair.  

Şahid: - Mənə deyidilər sənin işin deyil, özümüz bilərik. 

Bu şahid ibtidai istintaqa verdiyi ifadəsində xəzinədə görmədiyi pulların Rasim Məmmədov tərəfindən götürüldüyünü yazıb. Ancaq məhkəmədə bildirib ki, yazdıqlarının birbaşa şahidi olmayıb, bunları kimlərdənsə eşidib. 

Sonra “Baku Steel Company”in baş mühasibi işləyən Kamran Qəhrəmanov şahid qismində dindirilib. O, sualları cavablandırarkən bildirib ki, hesabdan çıxan pullar "Baku Steel Company"in kassasına daxil olmadan “Azeristeel – 2009” MMC-nin xəzinəsinə gedib. Metal satışından sonra aparılan kassa əməliyyatları zamanı isə 13 milyon 200 min manat kəsr yaranıb: “Metal satışları zamanı kəsrlər olurdu, sonra bağlanırdı. Amma həmişə bir quyruq qalırdı. 13 milyon 200 min maast isə bir ilin kəsiridir”. Şahid prokurorun suallarını cavablandıran zaman çatışmazlıqlarla bağlı maliyyə idarəsinin rəisi Çingiz Həsənova məlumat verdiyini, lakin hər dəfə eyni cür aldığını bildirib: “Deyirdi, zavodun yiyəsinin öz puludur, istəyər yeyər, istəyər xərcləyər”.

Şahid 13 milyon 200 min manatın Rasim Məmmədova çatıb-çatmadığını bilmədiyini deyib. Ancaq bu pulun zavod üçün xərclənmədiyini də bildirib: “Hesabdan pul çıxırdı, gəlib kassaya çatmırdı, “Azərstell -2009” MMC-nin kassasına gedirdi, ordan da hara gedirdi, onu bilmirdik”. 

İfadələrdən bəlli olur ki, “Azeristeel – 2009” MMC-nin ofis və xəzinəsi də elə “Baku Steel Company”nin ərazisində yeləşirmiş. Banklardan qəbzlər yuxarı mərtəbəyə – “Baku Steel Company”nin mühasibatlığına, banklardan inkasasiya maşınlarıyla gələn pullarsa aşağı mərtəbəyə - “Azeristeel – 2009” MMC-nin xəzinəsinə gedirmiş.   

Vəkil Zübeydə Sadıqova şahidə sualları davam etidirir: - Yeyinti ilə bağlı nə vaxtsa hüquq-mühafizə orqanlarına şikayət etmisiniz? 

Şahid: - Yox, belə bir şey Rasim Məmmədova qarşı çıxmaq olardı. 

Rasim Məmmədov şahidin ifadəsinə münasibət bildirərkən 13 milyon 200 min manatın yeyinti olmadığını deyərək pulun hara getdiyini izah edib: “Yadındadırsa, Dövlət Əmlak Komitəsi bizə metal satacaqdı, biz onlara 10 milyon dollar verdik, bizə 8 milyon 800 dollarlıq metal göndərdilər. Bu günə kimi komitənin zavoddakı indiki təzə kişilərə (yəni zavodu hazırda işlədənlərə) 1 milyon 200 min dollar borcu var. Mən hələ həbs olunmamışdan əvvəl Mikayıl Cabbarovla da görüşüb, həmin pulun qaytarılması barədə danışmışdım. 2 milyon 500 min manat da Bakı Poladtökmə zavodunun rəhbəri Loğman Zülfüqarlıya verilib, zavod alınıb. Deməli, pul verilib, zavod alınıb, sonradan təzədən o pulu mənim üstümə yazırlar. Zavod alınıb da o pula.... Ötən məhkəmə iclasında bu vəkil (zərərçəkmişlərin vəkilini göstərir) özü burda dedi ki, filan obyektin tikintisinə pul gedib. Və bir də qalan pul tapşırıqla başqa yerlərə gedib, özünüz yaxşı bilirsiniz”. 

Şahid istintaqa ifadəsində isə yığılan pulların bir hissəsinin Çingiz Həsənovun vasitəsiylə Rasim Məmmədova çatdığını, Rasim Məmmədov həmin pulları restoran, geyim və başqa şəxsi məqsədlərinə istifadə etdiyini yazıb. 

Hakim “Azeristeel Company” şirkətində fəhlə işləyən Xəyal Əhmədov olub. Xəyal Əhmədov ibtidai istintaqa verdiyi ifadəsində şirkətin Samir adlı işçisinin ona vaxtaşırı içərisində 100, 200, 500 min pul olan bağlamalar verdiyini, o isə həmin bağlamaları “Baku Steel Company”nin direktorunun maliyyə işləri üzrə müavini Çingiz Həsənova apardığını, Çingiz Həsənovun pulları şəxsi istifadəsi üçün Rasim Məmmədova verdiyini yazıb. Şahid məhkəmədə ifadəsini inkar edib, bildirib ki, ona bir dəfə kiçik sellofanda pul verilib, o da pulu Çingiz Həsənovun katibəsinə aparıb. Məbləğdən xəbəri olmayıb.  

Hakim Növbəti məhkəmə iclasını sentyabrın 30-na təyin edib. 

Xatırladaq ki, Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Erməni diversanta 18 il həbs cəzası verildi - YENİLƏNİB

7 Dekabr 2023

AzərTac

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Toplum TV xəbər verir ki, Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə hakim Abdulla Məmmədov hökm oxuyub. Təqsirləndirilən şəxs 18 il müddətə azadlıqdan məhrum edilib. Voskanyan cəzasının ilk 5 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. ​​​​​*** 15:53 Dekabrın 7-də Sabunçu rayon Məhkəməsinin inzibati binasında Kəlbəcərdə saxlanılan erməni diversant Qagik Voskanyanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.  Bu iş Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun icraatında olsa da, məhkəmə prosesi Bakıda keçirilir.  Səhər saatlarında başlayan məhkəmə iclasında dövlət ittihamçısı Müşfiq Rəhimov ittiham aktını elan edib. ...
Məhkəmə

Söyüdlü sakininin məhkəməsi: “Plakatları hazırladığım üçün narkotiklə şərlədilər” 

Esmira Cavadova
7 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Gədəbəyin Söyüdlü kənd sakini olan Coşğun Musayevin məhkəməsi başlayıb.  Məhkəmə iclasına hakim Eldar İsmayılov sədrlik edir. Coşğun Musayev narkotikə görə ittiham olunsa da, o, həbsinin birbaşa Söyüdlü hadisələriylə əlaqəli olduğunu deyir.  Xatırlatma  Bu il iyunun 20-də və 21-də Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20...

Seçilmiş Videolar

Toplum TV loqo