Məhkəmə

Rasim Məmmədov işi: Hakimləri qorxudan fotolarda kim var? 

 

Leyli Cəfərova
11 Noyabr, 2022
465

Bakı Ağır Cinayətlər Məhkəməsində “Baku Steel Company”nin keçmiş sahibi Rasim Məmmədovun məhkəməsi sənədlərin tədqiqiylə davam edib. 

Noyabrın 11-də keçirilən məhkəmə iclasında “Baku Steel Company”də aparılmış audit yoxlamaların protokolları araşdırılıb. Rasim Məmmədov məhkəmədə yenə ittihamlar səsləndirib: “Təkcə Yusifə hər ay 50 min manat maaş vermişəm. Mən özüm heç o qədər maaş almamışam. Bu da 10 il ərzində 6 milyon manat edir. Deməli, 6 milyonu götürən Yusif özü üçün küçədə sərbəst gəzir. “Azeri steel”də hər işlərini görüb, özlərini təmizə çıxarıblar, hər şeyi atıblar mənim üstümə...” 

“Filankəslərlə elə-belə foto çəkdirmişəm?”

Rasim Məmmədov bu gün olduqca emosional və uzun çıxışlar edib. Sən tonunu yüksəldib, qəzəbli danışıb: “İşlərini görüblər, pullarını götürüblər, indi də “Azeri Stell”in hər işini atırlar mənim üstümə... Bəlkə məni psixoloji xəstəxanaya göndərib yoxlatdırasız… Bəlkə mən dəli olmuşam?.. Filankəslərlə elə-belə foto çəkdirmişəm? Mənim funksiyam nə olub? Mən kiməm? Deyirsiz ki, o qədər pulu mən mənimsəmişəm. Mən həyatda çox şey fikirləşə bilərdim. Amma belə bir anekdot heç vaxt ağlıma gəlməzdi. Canım çıxıb o zavodu alıb quranacan... 10 il o zavodu tikmişəm. Nə maaş verdilər, nə bir şey... İndi məndən nə istəyirsiz? Bu zavodların yiyəsi vardısa, gedərdi cənab prezidentin yanına, canı çıxardı, zavodlarını açardı da... Gələrdi də Əli, Vəli, deyərdi ki, Rasim, sən get dur qıraqda, biz zavodu açırıq. Adminstrasiyaya iclaslara gedərdi də... Eləyəydi də biri bunu... Mən 10 il Adminstrasiyaya iclaslara getmişəm. Ortada pul qazananlar, maaş alanlar qalıb indi qıraqda, mən 24 aydır ki, həbsdəyəm. Nə pislik etmişəm?.. Zavodlar tikmişəm də... Mən o zavodları almasaydım, necə olacaqdı?.. Hesab edin ki, heç almamışam. Nə olacaqdı?.. Alıb pislik eləmişəm?..” 

Rasim Məmmədovun xatırlatdığı fotolara gəlincə... 

Ötən məhkəmə iclaslarından birində Rasim Məmmədov onun həbsinə səbəbkar olmuş, onunla bağlı prezidentə yalan məlumat vermiş şəxsdən danışıb, ancaq yenə adını çəkməyib. O, hakimlərə həmin şəxsin yer aldığı fotolar da təqdim etmişdi, fotoların tarixçəsindən danışmışdı: “... Baxın, yəhudi iş adamlarıyla görüşümdür. Görüşdə məndən başqa bir nəfər də var. Hələlik kim olduğunu açıqlamıram, siz də deməyin. Tanıdınız da... (Gülür). Köməkçi hakim Novruz Kərimov dodaqaltı gülümsəmişdi. Hakim Leyla Məmmədova fotolara baxıb Rasim Məmmədova qaytarmaq istəyəndə o, “yox, yox, yox, qoy sizdə qalsın, işə əlavə edin”, demişdi. Ancaq hakimlər təkidlə fotoları ona qaytarmış, o isə “qorxdunuz?” deyib, gülmüşdü.  

15 milyon kimin adına çıxıb? 

Bu günkü məhkəmə iclasında Rasim Məmmədov yenə foto mövzusuna qayıdıb. Sonra o, bütün pulların qeydiyyatını apardığını bir daha vurğulayıb: “Möhtərəm hakim, mən quldurluq eləməmişəm. Məni həbs edəndə dedilər ki, sənin borcun var. Soruşdum nə qədər borcum var? Dedilər 15 milyon manat. Araşdırdılar, mənim adıma çıxan 15 milyon manat da başqasında çıxdı. Burda adını çəkmək istəmirəm. Dedim ki, yaxşı, 10 il ərzində mən 15 milyon götürmüşəm? Bu nə arifmetikadır? Pul qoyan mən, zavod tikən mən, türməyə düşən də mən? Əmlaklarımı da satmışam, əlimdən çıxıb. Uşaqlarım xaricə qaçıb. Möhtərəm hakim, mən ona görə sizə deyirəm ki, məni xəstəxanaya göndərin. Bəlkə doğurdan da mənim beynim qaçıb?” 

Rasim Məmmədov “Xural” TV-nin rəhbəri, hazırda həbsdə olan Əvəz Zeynallının da adını çəkib: “Əvəz Zeynallı bütün günü danışır, söyür türmədə... O bilsəydi ki, türməyə düşəcək... İnsanı şərləməzlər. Kimisə yalandan şərləyib türməyə aparmaq... bu günün sabahı var axı. Mən nə istəyirəm ki?.. Deyirəm ki, hara qol çəkib o pulları götürmüşəm?.. Göstərin də... Heç nə yoxdur axı... Mənim nəyim var satdılar, götürdülər”. 

Azeri Steelin kreditlərini mənə ödətdilər

Rasim Məmmədov deyib ki, “Azeri Steel”in kreditlərini ona ödətdiriblər: “Şirkəti işlədən Yusif, ayda 50 min maaş alan Yusif, buxalteri təyin edən Yusif, amma aldıqları krediti də mənə ödətdirdilər - 10 milyon manat... Mən 2017-ci ildə “Azeri Steel”i ortadan çıxarmaq istəmişəm. Çünki Mikayıl Cabbarovla danışdım, dedi ki, Rasiim, bu işləri qurtarmaq lazımdır. Gəldim Çingizi də, Yusifi də oturtdum, dedim ki, daha belə eləməyin, sistemi dəyişdirin. Amma nə oldu?.. 2018-ci ildə zəng gəldi, yoxlama oldu. Yusifə yenə 200 min manat verdim. Bütün bunlardan sonra 19 ay orada (DTX) oturdum, 4 aydır bura gəlib-gedirəm. Dövlət bundan nə xeyir görəcək?.. Bu günə kimi kimsə gedib mənim kimi Əmlak Komitəsindən sınıq-salxaq zavod alıb işlək vəziyyətə gətirib?.. “Azərboru”da olmusuz?.. Oranı pis düzəltmişəm?.. İndi də hər 5-ci gün məni bura gətirirsiz, 6 saat əsəblərimi korlayırsız. Nə istəyirsiz məndən?..”

Məhkəmə “Baku Steel Company”də audit yoxlamalar aparanları da əlavə şahid qismində dindirib. 

Rasim Məmmədov 2021-ci ilin yanvarından həbsdədir. O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.

Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Cinayət işində 13 milyon 200 min manatın mənimsənilməsi, 42 milyon manatlıq məhsulun israf edilməsindən söhbət gedir.

Rasim Məmmədova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələrilə ittiham verilib.

Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Rasim Məmmədov ittihamları qəbul etmir, özünü təqsirli bilmir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Olimpiya Kompleksindəki qətl məhkəmədə araşdırılacaq  

Leyli Cəfərova
15 Mart 2023

Açıq mənbələrdən götürülüb

Paytaxtın Şağan qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksində qətl törətməkdə ittiham olunan 20 yaşlı cüdoçu Ruslan Səfixanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.    Cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rasim Sadıxovun icraatındadır. Məhkəmənin hazırlıq iclası martın 28-nə təyin edilib.  https://toplum.tv/mehkeme/pmehkeme-genc-ana-1-yasli-koumlrpesini-zeherleyib-oumllduumlrmekde-teqsirlendirilirnbspp   Hadisə ötən il noyabrın 26-da saat 17 radələrində baş verib. Bakının Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 16 yaşlı Turan Rüstəmovun ölməsi barədə polisə məlumat daxil olub.    Aparılan araşdırmalarla Sumqayıt şəhər sakini Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla Turan Rüstəmovu qəsdən öldürməsinə əsaslı...
Məhkəmə

Məhkəmə: Gənc ana 1 yaşlı körpəsini zəhərləyib öldürməkdə təqsirləndirilir 

Leyli Cəfərova
15 Mart 2023

Açıq mənbələrdən götürülüb

Bir yaşlı körpəsinin yeməyinə dərman qataraq öldürməkdə ittiham olunan 20 yaşlı Nərgiz Bağıyevanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.  Toplum TV xəbər verir ki, cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.  İş hakim Əli Məmmədovun icraatındadır. Məhkəmənin hazırlıq iclası martın 17-nə təyin edilib.   https://toplum.tv/mehkeme/pdeleduzluqda-teqsirlendirilen-vekil-mehkemede-danismaqdan-imtina-etdinbspp   Hadisə ötən il sentyabrın 9-da paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Bir yaşlı uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.     Araşdırmalar zamanı körpənin anası Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib.    Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda...

Seçilmiş Videolar

Toplum TV loqo