Rasim Məmmədovun vəkilləri: "Elçin Sadıqovun ofisindən sənədlər götürülüb"
Açıq mənbələrdən götürülüb
"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən bugünkü iclasda Rasim Məmmədovun vəkilləri vəsatət qaldıraraq digər vəkil Elçin Sadıqovun ofisində axtarış aparılan zaman sənədlərin götürüldüyü bildiriblər və bu səbəbdən prosesin təxirə salınmasını istəyiblər.
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra təqsirləndirilən şəxs sərbəst ifadə verib.
Rasim Məmmədov bildirib ki, 2008-ci ildən “Baku Stell Company”-də işləməyə başlayıb. 2011-ci ildə isə 30 milyon manat ödəyərək şirkətin tək sahibi olub: "Əvvəl zavodun 25 faiz payı mənə, 75 faizi əcnəbilərə məxsus idi. 3-4 milyon gəlir həmin adamlar üçün maraqlı deyildi. Dedilər ki, “Balaxanı Oil” yatağına maraqları var, kömək edim, oranı alsınlar. Mən də kömək etdim. Sonradan “Baku Steel”dəki paylarını 30 milyon manata mənə satdılar. “Balaxanı Oil” məsələsinə görə o vaxt Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüşüb, detalları razılaşdırdıq. Əvvəl 300 milyona razılaşdıq, sonra məbləği 350, daha sonra 400, ardınca da 450 milyona qaldırdılar. Hər dəfə qiymətin qaldırılması narahatlıq yaradırdı. Mən zavodu alanda o qədər pis vəziyyətdə idi ki, heç kimə lazım deyildi. Mənə heç kim pul ödəməyib, zavodu tək almışam. Deyirlər ki, zavodu talan eləmisən, əksinə mən oranı düzəltmişəm. Əvəz Zeynallı da ancaq mənim pis işlərimi işıqlandırıb. Deyir, türmədə mənə şərait yaradıblar. Hansı şərait? Mən iki ildir ana-atamı görmürəm".
https://toplum.tv/multimedia/senbe-gecesi-hebs-elcin-sadiqov-ve-evez-zeynallini-nece-tutdular
Bundan əvvəl sentyabrın 5-də baş tutan məhkəmədə Rasim Məmmədov ilkin razılaşmanın onunla Ramiz Mehdiyev və Bəylər Əyyubov arasında olduğunu iddia edirdi. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayətin predmeti ilə bağlı əlavə şahid kimi dindirilməsini tələb edilmişdi
“Düzdür, vəkilimin vəsatətini müdafiə edirəm. Amma qoca kişidir, 85 yaşı var, qoy oturub…”, – vəkilinin vəsatətinə iş adamının münasibəti belə olmuşdu.
R. Məmmədov bugünkü məhkəmədə də Ramiz Mehdiyevin də adını çəkib. Ancaq bu dəfə fərqli:
"Mən Ramiz Mehdiyev və Bəylər Əyyubovu həmişə atam qədər istəmişəm. İşdən sonra Ramiz Mehdiyevi gəzdirmişəm, xəstə olub yanına getmişəm".
Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını da cavablandırıb.
Prokuror ilk olaraq Rasim Məmmədovdan nəyə görə aldığı şirkətləri öz adına rəsmiləşdirmədiyini soruşub.
"Bu cür rahat olur", - deyə Rasim Məmmədov cavab verib.
"Nəyə görə pis vəziyyətdə olan zavodu almaq qərarına gəldiniz" sualına isə təqsirləndirilən şəxs "oranın potensialına bələd idim" cavabını verib.
Rasim Məmmədov 13 milyon manat mənimsəmə ilə bağlı epizodu qəbul etməyib:
"Mən kassadan pul götürməmişəm, ümumiyyətlə, "Baku Steel Company" şirkətinin kassası olmayıb.
Deyirlər ki, xəyanət etmisən... Kimə xəyanət etmişəm?"
Rasim Məmmədova "Baku Steel Company" şirkətində işləyənlərə qanunsuz göstərişlər verilməsi ilə bağlı dediklərinə dair də sual verilib. O, suala cavab vermək istəməyib.
Proses sentyabrın 16-da davam etdiriləcək.
Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Mənimsəmədə ittiham olunan bələdiyyə sədrləri məhkəmə qarşısına çıxarılır
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür