Məhkəmə

Şahid: Dustaq olduğuma görə müstəntiq nə dedisə, onu yazdım

Leyli Cəfərova
3 Noyabr, 2022
1070

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Səbuhi Səlimovun məhkəməsi davam edir. Səlimova qarşı irəli sürülmüş ittihama görə o, İranın xüsusi xidmət orqanlarıyla əməkdaşlıq edib.  Ötən məhkəmə iclasında hakim eyni ittihamla 14 illik həbsə məhkum edilmiş və hazırda cəza çəkən Mehman Rzayevin cəzaçəkmə müəssisəsindən gətirilərək şahid qismində dindirilməsi barədə qərar çıxarmışdı. Bu dəfə həmin şahid dindirilib.

Məhkəmə salonuna qolları qandallı gətirilən Mehman Rzayev deyib ki, Səbuhi Səlimovu tanımır: “Mən bu adamı tanımıram, onunla hər hansı ünsiyyətim olmayıb. Özüm isə iki dəfə Məşhəd ziyarətində olmuşam. İranın heç bir qurumuyla tanışlığım, əməkdaşlığım olmayıb. Həbsimə səbəb partiya sədri Hacı İlhama xidmət etməyim olub”, - o, məhkəməyə bildirib.

Hakim Eldar İsmayılov şahidin ibtidai istintaqa verdiyi ifadəsini elan edib. Mehman Rzayev həmin ifadəsində göstərib ki, İlham Əliyevlə iki dəfə İranda – Məşhəd ziyarətində olub. İlham Əliyev Azərbaycan İslam Partiyasının sədr əvəzi seçildikdən sonra onun tapşırığıyla Bakıda ayrı-ayrı vaxtlarda üç nəfər İran vətəndaşıyla görüşü olub. İranlılar ona içərisində ABŞ dolları əskinazları olan bağlamalar verib, o da həmin bağlamaları İlham Əliyevə sonuncunun mənzilində təhvil verib. Səbuhinin adını da görüşlərdən birində iranlılardan eşidib: “Soruşdu ki, bəs Səbuhi hanı, niyə gəlmir? Mən də soruşdum ki, o kimdir? İranlı Səbuhinin kimliyi barədə mənə heç nə demədi. Mən də soruşmadım”. (Mehman Rzayev elə 2020-ci ilin fevralında iranlılarla “Qarayev” metrostansiyasının yaxınlığında görüşüb pulu götürəndə DTX tərəfindən saxlanılıb. İlham Əliyevlə birlikdə mühakimə olunub. İlham Əliyev də 16 illik həbsə məhkum edilib).

https://toplum.tv/mehkeme/saxta-qetnamelere-gore-mehkeme-qarsisina-cixarilan-hakim-ozunu-teqsirli-bilmir

Hakim şahidin ibtidai istintaqa verdiyi ifadəsini elan etdikdən sonra ondan bu barədə soruşub. Şahidsə deyib ki, o, məcburiyyət qarşısında müstəntiqə iranlıların Səbuhinin xəbər aldıqlarını deyib: “Mən nardaranlıyam, iranlılar da bunu bilirdi, onlar məndən kəndçim olan Hacı Əlikramı xəbər almışdılar. Mən də müstəntiqə belə demişdim. Ancaq müstəntiq məcbur elədi ki, ifadəmdə Əlikramın yox, Səbuhinin adını yazım. Dustaq olduğuma görə başqa yolum qalmamışdı, nə dedilərsə, onu da yazdım”.

https://toplum.tv/mehkeme/prokuroru-hamam-goruntuleriyle-santaj-edenler-mehkeme-qarsisindadir

Şahid tərəflərin suallarını cavablandırdıqdan sonra hakim növbəti məhkəmə iclasını noyabrın 17-nə təyin edib.

Səbuhi Səlimov ötən ilin oktyabrında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. O, İranın xüsusi xidmət orqanı olan “SEPAH”la əməkdaşlıqda təqsirləndirilir. Özü ittihamı qəbul etmir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Nərmin Quliyevanın ailəsi İlkin Süleymanova ömürlük həbs tələb edir - yenə məhkəmə olacaq

Esmira Cavadova
29 Sentyabr 2023

Toplum TV

Toplum TV-də “Məhkəmə saatı” verilişinə baxırsınız. Verilişdə səs-küylü məhkəmələrdən, yeni həbslərdən danışacağıq. Hüquqşünaslarla, ekspertlərlə birlikdə məhkəmələrin fəaliyyətinə işıq salmağa çalışacağıq.
Məhkəmə

Şeyx Sərdar 17 il azadlıqdan məhrum edilib

Toplum TV
28 Sentyabr 2023

Sosial media

İlahiyyatçı Sərdar Babayevin (Şeyx Sərdar) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Toplum TV “Qafqazinfo”-ya istinadən bildirir ki, bu barədə sentyabrın 28-i Bakı Ağır Cinayətlər Məhkəməsində hökm verilib. Dövlətə xəyanətdə ittiham olunan dindar barədə 17 il həbs cəzası verilib. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) irəli sürülüb. https://toplum.tv/mehkeme/psuriyada-doumlyuumlsen-sexsin-noumlvbeti-mehkemesi-keccedilirilibp Bildirək ki, Şeyx Sərdar 2021-ci il oktyabrın 19-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılmışdı.

Seçilmiş Videolar

Toplum TV loqo