Məhkəmə

Saxta qətnamələrə görə məhkəmə qarşısına çıxarılan hakim özünü təqsirli bilmir

31 Oktyabr, 2022
357

Açıq mənbələrdən götürülüb

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində elə həmin məhkəmənin keçmiş hakimi İlyas Mahmudovun məhkəməsi başlayıb.

İlyas Mahmudov öz iş otağında hazırladığı və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin möhürüylə möhürlədiyi saxta Qətnamələri vətəndaşlara  satmaqda təqsirləndirilir. İş üzrə tanınmış zərəçəkmiş tərəfsə Dövlət Sosial Müdafiə Fondudur.

Oktyabrın 31-də keçirilən birinci məhkəmə baxış iclasında vəkillər təqsirləndirilən şəxsin şüşə qəfəsdən çıxarılaraq onların yanında oturdulmasına görə vəsatət qaldırıblar. Hakim vəsatəti təmin edib. Sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

https://toplum.tv/mehkeme/prokuroru-hamam-goruntuleriyle-santaj-edenler-mehkeme-qarsisindadir

İttihamlardan biri ondan ibarətdir ki, İlyas Mahmudov Sumqayıt Ağır Cinayətlər Məhkəməsində işlədiyi müddətdə 2008-2019-cu illərdə icraatında olan bir neçə mülki iş üzrə rüşvət alaraq ədalətsiz qərar çıxarıb. Belə ki, ittihama görə, hakim İlyas Mahmudov vətəndaş Həcər Hacıyevanın “Azərişığ”a qarşı borcun silinməsi iddiasını 250 manat rüşvət qarşılığında qismən təmin edib. Müşgünaz Şükürovanın digər şəxsin torpaqdan çıxarılmasına dair iddiasını təmin etmək üçün 1000 manat alıb və ədalətsiz Qətnamə çıxarıb. Zeynəb İmayevanın digər şəxsə qarşı pul tələbinə dair iddiasını da 3500 manat alaraq təmin edib.

Başqa ittiham İlyas Mahmudovun ayrı-ayrı vətəndaşlara əmək stajı və əlilliyin müəyyən edilməsi ilə bağlı saxta Qətnamələr verməsi ilə bağlıdır.

Keçmiş hakim 18 vətəndaşa Sumqayıt şəhəri 2 saylı Tikinti Trestində, Karl Marks adına kolxozda, Bakı şəhəri 3 saylı Tikinti Trestində, Sumqayıt şəhəri Rayonlararası Tikinti Trestində, Sumqayıt şəhəri Texniki İstehsalat Komplektləşdirmə İdarəsində, Ağdam rayonu Lenin adına kolxozda və başqa idarələrdə vaxtilə əmək fəaliyyətiylə məşğul olmaları (rəngsaz, xadimə, fəhlə və sair) barədə yalan məlumatlar yazmaqla, hər birinə uzunmüddətli iş stajı qeyd etməklə saxta Qətnamələr çıxarmaqda da təqsirləndirilir.

İrəli sürülmüş ittihamlardan biri də bir neçə vətəndaşın əlil olması barədə saxta Qətnamələrə aiddir. İttiham aktında qeyd olunub ki, hakim vətəndaş Məhərrəm Məhərrəmovun Müdafiə Nazirliyinə qarşı hüquqi faktın müəyyən edilməsi iddiası üzrə guya həmin şəxsin 1992-ci ildə 1-ci Qarabağ döyüşlərində iştirak edib yaralanmasına dair saxta Qətnamə çıxarıb.

İttiham aktında göstərilib ki, İlyas Mahmudov yalan məlumatlar daxil etdiyi Qətnamələr DSMF-nin Sumqayıt, Abşeron, Zəngilan və başqa şöbələrinə təqdim edilib və icra olunub. DSMF illər ərzində saxta əlillərə və saxta əmək təqaüdçülərinə cəmi 243 min 441 manat məbləğində pensiya ödəyib.

Dövlət ittihamçısı İttiham aktının nəticəvi hissəsini elan etdikdən sonra hakim təqsirləndirilən şəxsə üz tutub.

Hakim: Özünüzü ittiham üzrə təqsirli bilirsinizmi?

Keçmiş hakim: Əlbəttə ki, yox.

Hakim: İfadə verirsizmi?

Keçmiş hakim: Mənim ifadəm geniş olacaq deyə, hazır deyiləm, hazırlaşmağa məhkəmədən vaxt istəyirəm,

Hakim: Bir neçə saat ərzində hazırlaşa bilərsizmi?

Keçmiş hakim: Yox, epizodlar çoxdur, işin həcmi böyükdür, mən ifadəmi həm də yazılı şəkildə təqdim edəcəm.

Hakim növbəti məhkəmə iclasını noyabrın 14-nə təyin etdi.

https://toplum.tv/mehkeme/selim-muslumov-isi-bir-saat-icerisinde-yaradilmis-sirketler-tikintilerden-gelen-otkatlar

İlyas Mahmudova Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Mühasibi intihar edən lombardın sahibinə 5 il həbs cəzası verildi

Leyli Cəfərova
31 Yanvar 2023

Açıq mənbələrdən götürülüb

Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan lombard sahibi, “Gold Kredit 10” MMC-nin rəhbəri, iş adamı Kazım Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.    Araşdırmalar zamanı lombarddan 39 nəfər şikayətçinin olması, onların ümumilikdə 1,5 kiloqram qızıl-zinyət əşyalarının mənimsənilməsi məlum olub. Bu qızılların bazar qiyməti isə təxminən 76 min manatdan çox olub.    “Pulları ələ keçdirdi, sonda da özünü öldürdü”     Təqsirləndirilən Kazım Məmmədov ifadəsində vəziyyətin bu yerə çatmasında şirkətin keçmiş mühasibi Nahidənin günahkar olduğunu bildirib. O, mühasibin lombarda qoyulmuş qızıllara görə toplanan 200 min manata yaxın vəsaiti ələ keçirdiyini, lakin əməlləri üzə çıxdıqdan sonra intihar etdiyini deyib: ...
Məhkəmə

MTN işi: Mövlam Şıxəliyev iranlı casusun prezidentə sui-qəsd cəhdindən danışdı

Leyli Cəfərova
30 Yanvar 2023
“Biz prezidentə sui-qəsdin qarşısını almışdıq. Heydər Əliyev mərkəzinin qarşısında iranlı casus ev kirayələmişdi, yüksək dəqiqliklə vuran snayperlə prezidentə sui-qəsd hazırlanmışdı. Vüsal Ələkbərov və Sahib Ələkbərovun sayıqlığı nəticəsində onun qarşısı alındı. O, uzunmüddətli həbsə göndərildi”. Bunu yanvarın 30-da ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin  İstintaq Baş İdarəsinin keçmiş rəisi general-mayor Mövlam Şıxəliyev Bakı Apelyasiya Məhkəməsində keçirilən apelyasiya şikayəti üzrə məhkəmə prosesindəki çıxışında deyib. “Hacı Məmmədovun dəstəsi Bakıya vəlvələ salmışdı. Biz necə çətinliklə onun qarşısını aldıq” Keçmiş rəislə bərabər müttəhimlər kürsüsünə 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərov çıxarılıblar. Onlar məhkəmə...

Seçilmiş Videolar

Toplum TV loqo