Məhkəmə

Səlim Mülümovun məhkəməsində rüşvət söhbətləri

Leyli Cəfərova
17 Oktyabr, 2022
400

Açıq mənbələrdən götürülüb

Keçmiş nazir Səlim Müslümovun məhkəməsində ifadə vermək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) keçmiş vəzifəli şəxsləri məhkəmə iclaslarına polis gücünə gətiriləcək. Belə bir qərarı oktyabrın 17-də məhkəmə iclasına sədrlik edən hakim çıxarıb. Hakim bildirib ki, Asif Məcidov və Səadət Baxşəliyevaya şahid qismində ifadə vermək üçün dəfələrlə bildiriş göndərilsə də, gəlmirlər. Ona görə də məcburi gətiriləcəklər.

Qeyd edək ki, Səlim Müslümovun nazir işlədiyi dövrdə Asif Məcidov Nazirliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru, Səadət Baxşəliyeva isə həmin Mərkəzin təchizat şöbəsinin müdiri olub.

Daha sonra məhkəmə digər şahidlərin dindirilməsiylə davam edib. İfadə verən Həbib Məmmədov deyib ki, tikinti şirkətinin sahibidir. 2015-ci ildə ƏƏSMN Qarabağ əlilləri və şəhid ailələrinə Naftalan, Zərdab, Şamaxı, Tərtər və Qaxda ev tikilməsi ilə bağlı tender elan edib. O da tenderdə iştirak edib və qalib olub: “Tender keçirilməmişdən əvvəl tikilməkdə olan obyektlərin rəhbəri Natiq Əzizovla görüşdüm. Danışığımız belə oldu ki, tenderin qalibi olandan sonra hər tikəcəyim ev üçün ona 3 min manat verməliyəm. 13 ev tikmişəm, hamısının da pulunu dediyi qədərində ona ödəmişəm. Ümumilikdə Natiq Əzizova 39 min manat vermişəm”.

https://toplum.tv/mehkeme/selim-muslumovun-isi-sahidler-otkat-lardan-danisir

Digər şahid Akif Məmişov ifadəsində göstərib ki, 2014- 2020-ci illərdə Sosial Müdafiə Fondunun Cəbrayıl rayon şöbəsinin müdiri işləyib. Həmin dövrlərdə şöbədə yoxlamalar aparılıb. Axırıncı dəfə 2017-ci ildə yoxlama zamanı nöqsanlar aşkar edilib. Daxili Nəzarət Şöbəsinin müdir müavini Nizami Xanlarov onu Nazirliyə çağırıb. Nöqsanların ört-basdır edilməsi üçün rüşvət istəyib: “Məndən 15 min manat istədi. Dedim, o qədər pulum yoxdur. Dedi, yaxşı, onda 13 min manat ver. Əl çəkmədi, razılaşdıq, apardım, verdim, formal töhmət elan elədilər, iş bağlandı, mən də vəzifəmdə qaldım”.

 Hakim məhkəmə iştirakçılarının nəzərinə çatdırıb ki, Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt, Astara, Ağcabədi, Xocavənd, Yevlax,  Göygöl şöbələrinin keçmiş müdirləri də məhkəməyə gəlmir. Onların da məcburi gətirilməsi barədə qərar çıxarıb.

https://toplum.tv/mehkeme/baku-steel-company-isi-azerboru-nece-satildi

Növbəti məhkəmə iclası oktyabrın 24-nə təyin edilib.

Səlim Müslümovu 2021-ci ilin fevralında DTX həbs edib. Mənimsəmə, rüşvətalma, vəzifədən sui-istifadə cinayətlərində təqsirli bilinir. İş üzrə ümumilikdə 27 milyon manat təşkil edən dəymiş ziyanın 20 milyon manatı həbsdə olduğu müddətdə keçmiş nazir tərəfindən Maliyyə Nazirliyinin depozit hesabına ödənilib. Bundan sonra o, “səhhətindəki problemlərə görə” adı altında ev dustaqlığına buraxılıb. Maliyyə Nazirliyi zərərçəkmiş tərəf kimi tanınır və qurum qalan 7 milyon manatın da keçmiş nazir tərəfindən ödənilməsini tələb edir.

Səlim Müslümov hələ ifadə verməyib. Məhkəmənin əvvəlində deyib ki, özünü təqsirli bilmir, əməllərini isə səhlənkarlıqdan ibarətdir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Keçmiş siyasi mühacir: “Polis çağırdım, cibimə bıçaq qoydular”

Leyli Cəfərova
1 Fevral 2023
Fevralın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində Samir Aşurovun məhkəməsi nəhayət baş tutub. Aylardır məhkəmə iclasları hər dəfə zərərçəkmiş Elşən Nəbiyevin gəlməməsi üzündən təxirə salınırdı. Söhbət 2021-ci ilin martında Almaniyadan deportasiya ediləndən bir ay sonra Bakıda xəsarət yetirmə maddəsiylə həbs olunan siyasi fəaldan gedir. İttihama görə, Samir Aşurov 2021-ci il aprelin 19-da Nizami rayonu ərazisində yolla gedərkən Elşən Nəbiyev adlı şəxslə çiyin-çiyinə toqquşub. Bundan sonra onların arasında mübahisə yaranıb. Samir Aşurov Elşən Nəbiyevi döyüb, sonra da üstündəki bıçaqla xəsarət yetirib. Bu gün ifadə verən Aşurov məhkəmənin nəzərinə çatdırıb ki, qeyd olunan tarixdə axşam saatlarında metronun "Neftçilər” stansiyasının yaxınlığında bir nəfər qışqıra-qışqıra ona...
Məhkəmə

Alimpaşa Məmmədov: “Bu adamları təyin edəndə demişəm ki…”

Leyli Cəfərova
1 Fevral 2023
Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun məhkəməsi davam edir. Yanvarın 31-də məhkəmə yenə xeyli sayda şahid dindirib. İstintaqın gəldiyi nəticəyə görə, Şəmkirdə əhalinin siyahıya alınmasında iştirak etmiş dövlət qurumlarının işçilərinə buna görə pul ödənilib və həmin ödəmələr onlardan toplanaraq Alimpaşa Məmmədova ötürülürmüş. Bağça müdirəsi: “Elə bildik o pul dövlətə qaytarılır” Şəmkirdəki 8 saylı uşaq bağçasının keçmiş müdirəsi Validə Şükürova ifadə verib: “Siyahıyaalmadan əvvəl deyildi ki, pul veriləcək. İşləyən iki nəfər pulu aldı, işləməyən altı nəfərin pulunu - 1188 manatı alıb verdik Pərvin Gözəlova. Elə bildik o pul dövlətə qaytarılır. Biz onun göstərişlərini yerinə yetirirdik, çünki icra...

Seçilmiş Videolar

Toplum TV loqo