Açıq mənbələrdən götürülüb
Şəhid ailələri, əlillər üçün nəzərdə tutulmuş binaların tikintisində “əliuzunluq” etmiş keçmiş nazir dövlətə daha 7 milyona yaxın pul ödəməlidir.
Avqustun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun məhkəməsi davam edib.
Məhkəmə iclası başlayan kimi prokuror Babaxan Həsənəliyev 573 səhifəlik İttiham Aktının nəticəvi hissəsini elan edib.
İttiham aktında qeyd olunub ki, keçmiş nazir şəhid ailələri və müharibə əlilləri üçün müxtəlif rayonlardakı yaşayış binalarının tikintisinə ayrılan pulların bir hissəsini mənimsəyib, bir hissəsini də israfçılıqla istifadə edib. Bu işlərlə bağlı tenderlərdə qalib gələn podratçı şirkətlərdən külli miqdarda rüşvət alıb.
https://toplum.tv/mehkeme/selim-muslumov-kommersiya-sirlerine-gore-mehkemesinin-qapali-kecirilmesini-isteyib
İttihama görə, keçmiş nazir əlillər üçün nəzərdə tutulan sosial xidmət obyektlərinin, sağlamlıq mərkəzlərinin tikintisini həyata keçirən şirkətlərdən külli miqdarda rüşvət alıb. Səlil Müslümovun rüşvət aldığı şirkətlər arasında sağlamlıq mərkəzlərini reabilitasiya avadanlıqları ilə təchiz edənlər də olub.
Prokuror 2 saata yaxın ittiham aktını elan etsə də, yarımçıq qalıb. Bu vaxt ərzində o, xeyli şirkət adı sadalayıb. Məhkəmə salonunda - sağında və solunda vəkilləri əyləşən Səlim Müslümov ittihamları sakitcə dinləyib və heç bir müdaxilə etməyib. Hakim növbəti məhkəmə iclasını avqustun 29-na təyin edib. Həmin gün prokuror ittiham aktının elanını davam etdirəcək.
Bu işdə zərərçəkmiş tərəf Maliyyə Nazirliyidir. İstintaq yoluyla Səlim Müslümovun rüşvət alma yolu ilə 13 296 355 manat, mənimsəmə yolu ilə 7 237 188 manat, israf edilmiş yolla 7 087 671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümov zərərin 20 milyon manatını ödəyib. Maliyyə Nazirliyi dəymiş ziyanın ödənməmiş hissəsinin - 6 974 428 manatın təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb edir.
Bu iş üzrə şahidlərin sayı 341 nəfərdir. Onlar əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlriyinin maliyyə, tikinti və digər sahələr üzrə əməkdaşları, vaxtilə şəhid ailələri, müharibə əlilləri, mülki əlillər üçün tikilmiş nəzərdə tutulmuş sağlamlıq mərkəzlərinin, yaşayış binalarının, santoriyaların tikintisində iştirak etmiş podratçı şirkətlərin nümayəndələridir.
https://toplum.tv/mehkeme/vekilden-etiraz-baci-qardasa-mehkemede-dovlet-hesabina-qanunsuz-vezifeler-verilib
Səlim Müslümov 2021-ci il fevralın 4-də DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub. Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu ilin mayında səhhətindəki problemlərlə bağlı ev dustaqlığına buraxılıb.
Keçmiş nazir jurnalistlərlə üz-üzə gəlməmək üçün ümumi qapıdan istifadə etmir, binaya arxa qapılardan daxil olur. Məhkəmə zalından çıxanda hakimlərin müşavirə otağına açılan qapıdan istifadə edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
İlkin Süleymanov: "Ağlıma da gəlməzdi ki, bu cinayət mənim üstümdə qalacaq"
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür