Məhkəmə

Səlim Müslümov işi – bir saat içərisində yaradılmış şirkətlər, tikintilərdən gələn otkatlar

24 Oktyabr, 2022
1059

Açıq mənbələrdən götürülüb

Oktrabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş nazir Səlim Müslümovun məhkəməsi davam edib. Məhkəmə iclasında məcburi gətirilmiş şahidlər dindirilib. İlk olaraq şahid qismində Mingəçevir sakini Abbas Əsgərov ifadə verib. O, bildirib ki,   Mingəçevir şəhərində özünə məxsus evi Əmək və Əhalinin Sosial Müdafəsi Nazirlyinə satıb. Mənzilin qiyməti 35 min manat olsa da, müqavilədə 46 min 500 manata rəsmiləşdirilib.

Şahidin atası Münasib Əsgərov də eyni epizod üzrə dindirilib və anolloji ifadə verib. Deyib ki,  bacısının oğlu Samir İsmayılova etibarnamə veriblər. Alqı-satqı əməliyyatları da etibarnamə əsasında aparılıb: "Dedilər ki, əlillərə ev alırıq. Bacım oğlu da evi 35 min manata satdı. Amma rəsmiləşdiriləndə 46 min 500 manat yazdılar. Bizə evi danışdığımız məbləğ vacib idi".

https://toplum.tv/mehkeme/baku-steel-in-kecmis-sahibi-kontur-alvercisini-is-basina-getirib-50-min-manat-maas-verirdim

"Talalı" MMC -nin direktoru  Nigar İsmayılova məhkəmədə dindiirilirkən deyib ki, onun adına olan şirkəti həyat yoldaşı İbad İsmayılov idarə edib:"Qazax rayonunda iki ev tikmişik. Evin tikintisi ilə bağlı sənədləşmələrə mən qol çəkmişəm, tikintini yoldaşım inşa edib, mənim xəbərim olmayıb. Yoldaşım evdə telefonda danışanda bilmişəm ki, hır evin tikintisi üçün Natiq Əzizova (Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tikilməkdə olan obyektlərin rəhbəri -red.) 4 min manat verib. Mən özüm Natiqin görməmişəm".

Birinci Qarabağ Müharibəsi iştirakçısı olan Əlabbas Qurbanov isə ifadəsində Memar İnşaat - 0963" şirkətinin həmtəsisçisi olduğunu deyib. O, ifadəsində deyib ki, adıçəkilən şirkətə pul ayrılıb, Qazax rayonunda əlillər üçün ev tikiblər:" Cəmi bir ev tikmişik. Evi tikməyə 59 min manat ayrılmışdı. Natiq Əzizov tələbə yoldaşım olub. Məni yanına çağırıb dedi ki, nə işlə məşğulsan? Dedim ki, işləmirəm. Dedi ki, gəl sənə iş verim, işlə. Mən də dedim ki, tikintidə təcrübəm yoxdur. Dedi,  mütəxəssis taparsan, bir yerdə işləyərsiniz. Evi tikəndə dedilər ki, 7 min manat verməlisən. Həmin pulu verdik. Özümə bir qəpik də qalmadı".

Prosesdə Zərdab Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Nazim Hüseynov da ifadə verib. O, əvvəllər Zərdab DSMF-də sektor müdirinin müavini olub. Fəaliyyəti dövründə bəzi nöqsanlar aşkarlanıb. O, işlərini "düz-qoş" etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili Nəzarət Şöbəsinin rəis müavini Nizami Xanlarovla görüşüb və ona 8 min manat pul verdiyini deyib.

Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsinin müdiri Əvəz Sadıqov da anoloji ifadə verib. O, 2015-2017-ci illərdə fəaliyyətinin yoxlanıldığını, Daxili Nəzarət Şöbəsindən yoxlama gəldiyini, araşdırma aparıldığını, nöqsanlar aşkarlandığını deyib:"İşdən çıxarılmamaq üçün Nizami Xanlarovla görüşdüm,10 min manat verdim ki, bizə köməklik etsin, işdən çıxarılmayaq. Pulun yarısını işçilərdən yığmışdım, yarısını da özüm kredit götürmüşdüm. Pulu verəndən sonra nazirin əmri ilə bizə töhmət verilsə də, işdən çıxarılmadıq".

Dövlət Sosial Müdafiə Fondunun Şirvan, Xocavənd, Yevlax, Şəmkir və Kəlbəcər şöbələrinin müdirləri işləmiş şahidlər də eyniməzmunlu ifadə veriblər.

Şahidlərin sözlərinə görə, nazirlik tərəfindən işlədikləri şöbələrdə yoxlamalar keçirilib, qanun pozuntuları aşkar olunub. Qanunsuzluqlara göz yumulması üçün isə Nizami Xanlaraova 10-20 min manat arası rüşvət veriblər. Bundan sonra isə hər biri töhmət və inzibati tənbehlə işlərinə davam ediblər.

Məhkəmədə Kəlbəcər rayon şöbəsinin müdiri işləmiş Novruz Çıraqov ifadəsində deyib ki,  fəaliyəti dövrü 2016-2020- ci illərdə Nizami Xanlrova 18 min manat pul verib: "35 il dövlət qulluğunda işləmişəm. 2016-cı ildən 2020-ci ilə qədər DSMF Kəlbəcər şöbəsinin müdiri təyin olunmuşam. 2 dəfə yoxlama gəlib. Yoxlama gəldi, təftişdən sonra Nizami Xanlarov mənə zəng vurub nazirliyə çağırdı. Nəyə görə çağırıldığımı bilirdim, ona görə də hazırlıqlı getdim və  Nizami müəllimə 8 min manat verdim" - şahid ifadəsində belə deyib. 

Səlim Müslümov hələ ifadə verməyib. O, indiyədək dindirilmiş şahidlərin ifadələrinə də reaksiya vermir. Necə deyərlər, hələlik eyni masa arxasında iki vəkilinin arasında əyləşərək sakitcə dinləyir.

https://toplum.tv/mehkeme/nermin-isi-kecmis-polis-reisinin-ve-bas-prokurorlugun-idare-reisinin-mehkemeye-gelmesi-teleb-olundu

Keçmiş nazir Səlim Müslümovu 2021-ci ilin fevralında DTX həbs edib. Mənimsəmə, rüşvətalma, vəzifədən sui-istifadə cinayətlərində təqsirli bilinir. İş üzrə ümumilikdə 27 milyon manat təşkil edən dəymiş ziyanın 20 milyon manatı həbsdə olduğu müddətdə keçmiş nazir tərəfindən Maliyyə Nazirliyinin depozit hesabına ödənilib. Bundan sonra o, “səhhətindəki problemlərə görə” adı altında ev dustaqlığına buraxılıb. Maliyyə Nazirliyi zərərçəkmiş tərəf kimi tanınır və qurum qalan 7 milyon manatın da keçmiş nazir tərəfindən ödənilməsini tələb edir.

Hakim ötən məhkəmə iclasında Səlim Müslümova ifadə verməyi təklif etsə də, sonuncu imtina edib. Deyib ki, özünü təqsirli bilmir, əməllərini isə səhlənkarlıqdan ibarətdir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Qan xərçəngindən əziyyət çəkən uşaqlara görə yığılmış pulların aqibəti necə oldu? 

29 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Nuridə Seyidovanın, Aynur Bayramovanın və Aysel Məmmədovanın məhkəməsi başlayıb.  Məhkəmə iclasına hakim Azad Məcidov sədrlik edir. Bu xanımlar talassemiyalı uşaqların xaricdə müalicəsi adı altında ayrı-ayrı vətəndaşlardan alınmış ümumilikdə 1 milyon manat civarında pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirlər. Xanımlara qarşı Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluğa görə 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. Hər şey ondan başlayıb ki, ötən ilin fevralında bir qrup vətəndaş “Urmedhelp” və “My Doc Tour Medical Tourism” şirkətlərinin sahibi Nuridə Seyidovadan, Aynur Bayramovadan, Aysel Məmmədovadan Prezidentə və Vitse-Prezidentə, Ombudsmana və başqa hüquq-mühafizə orqanlarına şikayətçi düşüb. Məsələn, 10 yaşlı övladı qan...
Məhkəmə

“Tərtər mollaları” işi üzrə məhkəmə davam edir 

28 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Məhkəmə iclasına Şəlalə Həsənova sədrlik edir. İbtidai istintaqın qənaətinə görə, bu şəxslər Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən dəstə üzvləri olub. Mühakimə olunanlar Tərtər rayonundan olduqlarından və orada dini mərasimlərdə mollalıq etdiklərindən işə şərti olaraq “Tərtər mollaları” adı verilib.   Təqsirləndirilən şəxslərin bəzilərinə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsiylə yanaşı 234-cü maddə də verilib.  İttiham aktında qeyd olunur ki, İranda yaşayan, həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif...

Seçilmiş Videolar

Toplum TV loqo