Məhkəmə

Səlim Müslümov işi: Sanatoriyalardan qayıdan milyonluq “otkat”lar  

Leyli Cəfərova
21 Noyabr, 2022
1110

Toplum tv - Səlim Müslümov

Noyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş nazir Səlim Müslümovun məhkəməsi şahid ifadələriylə davam edib.

Məhkəmə iclasında Ehtiram Əhmədov ifadə verib. Şahidin deməsinə görə, “Sehrli Naftalan” sanatoriyasının əməkdaşı olduğu vaxtlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xəttiylə sanatoriyaya olan hər “putyovka”dan müəyyən məbləği “otkat” şəklində qurumun iqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərovaya verib: “Sanatoriyanın müdiri Dilsuz Əzizov otkat pulları mənə verirdi, mən də aparıb Şəlalə Cəfərovaya çatdırırdım”, - deyən şahid illər ərzində qayıdan otkatların məbləğini də açıqlayıb – 1 milyon manat...

Naftalanın möcüzəli otkatları

Daha sonra Qoca Əmiraslanov dindirilib. Bu şahidin adı ittiham aktında “Möcüzəli Naftalan”dan nazirliyə qayıdan 1 milyon manat otkat epizodunda çəkilir. O, məhkəmədə deyib ki, sanatoriyanın keçmiş müdiri Elşən Əmiraslanovun oğludur. Atası otkat işlərini ona həvalə edibmiş. Nazirlikdən sanatoriyaya köçürülən 3 milyon manatdan 1 milyon manatın otkat şəklində nazirliyə qayıtması işlərini atası ona  həvalə edib: “Sanatoriyaya göndərişlər olurdu. Bir “putyovka” 600-700 manata idi. Hər “putyovka”dan 150 manat “otkat” kimi nazirliyə qaytarılırdı. Mən o pulları nazirliyin iqtisadiyyat şöbəsinin sektor müdiri Dəyanət Fərəcovun vasitəsi ilə maliyyə və icmal büdcə şöbəsinin müdiri  Şəlalə Cəfərovaya ötürürdüm. Sonuncu dəfə 29 min 509 manat “otkat” verilməli idi. Ancaq Səlim Müslümov işdən çıxarıldığı üçün vermədik”.

Şəlalə Cəfərova haradadır?

Hakim Qoca Əmiraslanovun istintaqa verdiyi ifadəsini də elan edilib. O, ibtidai istintaqa verdiyi ifadəsində göstərib ki, köçürülən 499 min manatdan 125 min manatı, 480 min manatdan 120 min manatı, 970 min manatdan 240 min manatı, 1 milyon 300 min manatdan 319 min 500 manatı, 500 min manatdan 200 min manatı, 355 min manatdan isə 75 min manatı Şəlalə Cəfərovaya çatdırılıb.

Şahid ifadələrində adı çəkilən Şəlalə Cəfərova indi də nazirlikdə məsul vəzifədə çalışır.

Kürdəmirdə yerləşən sanatoriyada işləmiş Elçin Ağayev məhkəmədə deyib ki, nazirliyin iqtisadiyyat şöbəsinin sektor müdiri Dəyanət Fərəcova 4 il ərzində çatdırdğı “otkat”ların cəmi məbləği 204 min manat olub. Həmin pullar da “putyovka”lar üçün köçürülən vəsaitlərdən nağdlaşdırılıb.

Nəyə rüşvət demək olar, nəyə yox?

Şahid qismində dindirilənlərdən biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 18 saylı Regional Ərazi Şöbəsinin Qaz, Zaqatala və Balakən üzrə keçmiş müfəttişi Arif Məmmədov olub. Deməsinə görə, ərazi üzrə müəissələrdə yoxlama aparılarkən nöqsanlar aşkar edilib və aktlaşdırılıb. Ancaq o, bu nöqsanların ört-basdır edilməsi üçün heç kimə rüşvət verməyib. Hakim şahidin ibtidai istintaqa verdiyi ifadəsini elan edəndə məlum olub ki, o, nöqsanların ört-basdır edilməsi üçün ərazi üzrə onlara nəzarət edən rəis müavini Anar Quliyevə 3 min 500 manat rüşvət verdiyini ifadəsində göstərib. Arif Quliyev deyib ki, verdiyi həmin pul rüşvət yox, müəyyən xərclər olub: “Nöqsan deyəndə ki, biz elə onların öz tapşırıqlarını yerinə yetirmişdik. Anar Quliyev rayona gələndə ona qonaqlıq vermişik, bir də müəyyən xərclər olub, ancaq buna rüşvət deməyək”.

Məhkəmə daha bir neçə şahidi dindirib. Həmin şahidlər də otkatlardan, rüşvətlərdən danşıblar. Hakim növbəti məhkəmə iclasını noyabrın 28-nə təyin edib.

Keçmiş nazirsə hələ də şahid ifadələrini sakitcə dinləyir.

Cinayət işinin tarixçəsi

Səlim Müslümovu 2021-ci ilin fevralında DTX həbs edib. Mənimsəmə, rüşvətalma, vəzifədən sui-istifadə cinayətlərində təqsirli bilinir. İş üzrə ümumilikdə 27 milyon manat təşkil edən dəymiş ziyanın 20 milyon manatı həbsdə olduğu müddətdə keçmiş nazir tərəfindən Maliyyə Nazirliyinin depozit hesabına ödənilib. Bundan sonra o, “səhhətindəki problemlərə görə” adı altında ev dustaqlığına buraxılıb. Maliyyə Nazirliyi zərərçəkmiş tərəf kimi tanınır və qurum qalan 7 milyon manatın da keçmiş nazir tərəfindən ödənilməsini tələb edir.

Hakim ötən məhkəmə iclasında Səlim Müslümova ifadə verməyi təklif etsə də, sonuncu imtina edib. Deyib ki, özünü təqsirli bilmir, əməllərini isə səhlənkarlıqdan ibarətdir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Alimpaşa Məmmədov: “Bu adamları təyin edəndə demişəm ki…”

Leyli Cəfərova
1 Fevral 2023
Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun məhkəməsi davam edir. Yanvarın 31-də məhkəmə yenə xeyli sayda şahid dindirib. İstintaqın gəldiyi nəticəyə görə, Şəmkirdə əhalinin siyahıya alınmasında iştirak etmiş dövlət qurumlarının işçilərinə buna görə pul ödənilib və həmin ödəmələr onlardan toplanaraq Alimpaşa Məmmədova ötürülürmüş. Bağça müdirəsi: “Elə bildik o pul dövlətə qaytarılır” Şəmkirdəki 8 saylı uşaq bağçasının keçmiş müdirəsi Validə Şükürova ifadə verib: “Siyahıyaalmadan əvvəl deyildi ki, pul veriləcək. İşləyən iki nəfər pulu aldı, işləməyən altı nəfərin pulunu - 1188 manatı alıb verdik Pərvin Gözəlova. Elə bildik o pul dövlətə qaytarılır. Biz onun göstərişlərini yerinə yetirirdik, çünki icra...
Məhkəmə

Mühasibi intihar edən lombardın sahibinə 5 il həbs cəzası verildi

Leyli Cəfərova
31 Yanvar 2023

Açıq mənbələrdən götürülüb

Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan lombard sahibi, “Gold Kredit 10” MMC-nin rəhbəri, iş adamı Kazım Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.    Araşdırmalar zamanı lombarddan 39 nəfər şikayətçinin olması, onların ümumilikdə 1,5 kiloqram qızıl-zinyət əşyalarının mənimsənilməsi məlum olub. Bu qızılların bazar qiyməti isə təxminən 76 min manatdan çox olub.    “Pulları ələ keçdirdi, sonda da özünü öldürdü”     Təqsirləndirilən Kazım Məmmədov ifadəsində vəziyyətin bu yerə çatmasında şirkətin keçmiş mühasibi Nahidənin günahkar olduğunu bildirib. O, mühasibin lombarda qoyulmuş qızıllara görə toplanan 200 min manata yaxın vəsaiti ələ keçirdiyini, lakin əməlləri üzə çıxdıqdan sonra intihar etdiyini deyib: ...

Seçilmiş Videolar

Toplum TV loqo