Məhkəmə

Səlim Müslümov kommersiya sirlərinə görə məhkəməsinin qapalı keçirilməsini istəyib

Leyli Cəfərova
8 Avqust, 2022
954

Açıq mənbələrdən götürülüb

Məhkəmə baxışı avqustun 15-nə təyin olundu   
 
Avqustun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsinə hazırlıq iclası keçirilib. İclasda Səlim Müslümov özü barəsində anket məlumatları verib.  

Vəkillər Toğrul Vəliyev və Ayxan Rüstəmzadə məhkəmə iclaslarının qapalı keçirilməsi ilə bağlı vəsatət verdilər. Vəkillər bu vəsatəti Səlim Müslümovun pedaqoji fəaliyyəti və  kommersiya sirriylə əlaqələndirilər. Səlim Müslümov vəkillərin vəsatətini dəstəklədi. Məlum olduğu kimi, Səlim Müslümov bir neçə aydır ki, ev dustaqlığına buraxılıb. Dövlət ittihamçısı Babaxan Həsənəliyev ev dustaqlığıyla bağlı qərarın qüvvədə saxlanmasını təklif etdi. Məhkəmə heyəti müşavirədən qayıtdıqdan sonra hakim ilk məhkəmə baxışını avqustun 15-nə təyin etdi. Məhkəmə iclasları açıq keçiriləcək. Hakimlər hesab edib ki, məhkəmə iclaslarının hazırkı mərhələdə qapalı keçirilməsi üçün əsas yoxdur.  

https://toplum.tv/mehkeme/12-ci-imam-in-2-milyon-yarimliq-axiret-biznesi

Bu işdə zərərçəkmiş tərəf Maliyyə Nazirliyidir. İstintaq yoluyla Səlim Müslümovun rüşvət alma yolu ilə 13 296 355 manat, mənimsəmə yolu ilə 7 237 188 manat, israf edilmiş yolla 7 087 671 manat ziyan vurduğu üzə çıxıb. O, dəymiş ziyanın 6 974 428 manatını ödəyib. İstintaq həmin ödənilən məbləğin Maliyyə Nazirliyinin müvafiq hesabına köçürülməsi barədə qərar qəbul edib.  

Səlim Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub. Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu ilin mayında səhhətindəki problemlərlə bağlı ev dustaqlığına buraxılıb.  

Keçmiş nazir jurnalistlərlə üz-üzə gəlməmək üçün ümumi qapıdan istifadə etmir, binaya arxa qapılardan daxil olur. Məhkəmə zalından çıxanda hakimlərin müşavirə otağına açılan qapıdan istifadə edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

İlkin Süleymanov: "Ağlıma da gəlməzdi ki, bu cinayət mənim üstümdə qalacaq"  

Esmira Cavadova
2 İyun 2023
İyunun 2-də Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzun Dondar Quşçu kəndinin sakini İlkin Süleymanovun məhkəməsi davam edib. O, həmkəndlisi olan 10 yaşlı Nərmin Quliyevanı oğurlayaraq 47 gün evində gizlətməkdə, öldürməkdə, cəsədini yandırmaqla təqsirləndirilir. İlkin Süleymanovun məhkəməsi iki ildən çoxdur gedir və bu gün o, son söz deyib.  Məhkəmə iclası başlayan kimi hakim Dadaş İmanov İlkin Süleymanova üzünü tutub və ona son söz deməyi təklif edib. İlkin Süleymanov sözə öz ailəsindən başlamaq istəyib: "Mən bir ziyalı ailəsində doğulmuşam.  Hakim sözünü kəsir: - İlkin Süleymanov, bu şeylərə ehtiyac yoxdur. Qısa danış.  İlkin Süleymanov: "Hörmətli məhkəmə, mən yanan meyiti görüb polisə xəbər verəndə ağlıma...
Məhkəmə

Prokuror attaşeyə 8 illik həbs cəzası tələb edib

Esmira Cavadova
2 İyun 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycanın Koreyadakı Səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş 33 yaşlı Nəcib Osmanovun cinayəti işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib. Məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək Nəcib Osmanovun 8 il azadlıqdan məhrum edilməsini və  məhkəmə zalında həbs olunmasını istəyib.  Məhkəmə prosesi iyunun 5-də davam edəcək.   İttihama görə, Nəcib Osmanov 2021-ci ilin mayından 2022-ci ilin fevral ayına qədər səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişləri üçün ayrılan 347 min vəsaiti internet üzərindən mərc və qumar oyunlarına yönəldib. Ödəniş tapşırıqlarını səfirə möhürlətdirib təsdiqlətdirdikdən sonra vəsaitləri bankdan çıxarıb. Lakin həmin pullar təyinatı üzrə xərclənməyərək mərc oyunlarına yönləndirilib. Sabiq attaşeyə qarşı...

Seçilmiş Videolar

Toplum TV loqo