Məhkəmə

Səlim Müslümovun məhkəməsi: Nazirlik evləri ucuz alıb, baha sənədləşdirib

Leyli Cəfərova
12 Sentyabr, 2022
924

Açıq mənbələrdən götürülüb

“Nazirliyin aparat rəhbəri Əjdər Cəbiyev pulu geri tələb etməməyim üçün zəng vurub məni hədələyirdi. Mən də elə verdikləri 10 min manatla kifayətləndim, 40 min manatı tələb etməyə qorxdum. Sonradan eşidəndə ki, Əjdər Cəbiyev tutulub, DTX-ya gedib ərizə verdim, məni də istintaqa çağırıb zərərçəkmiş kimi tanıdılar”.

Bunu sentyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş nazir Səlim Müslümovun məhkəməsində şahid kimi dindirilmiş Elmar Səmədov deyib. Məhkəmə iclasına hakim Faiq Qəniyev sədrlik edir. Bu şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri, bir sıra cinayət əməllərində təqsirləndirilərək bu ilin mayında məhkum edilmiş Əjdər Cəbiyevin işində zərərçəkmiş kimi tanınıb. Əjdər Cəbiyev Azərbaycan ictimaiyyətinə Əjdər Ol təxəllüsü ilə yazan yazıçı kimi də tanışdır.  Elmar Səmədov Səlim Müslümovun işində şahid kimi dindirilir.

https://toplum.tv/mehkeme/rasim-memmedovun-vekilleri-elcin-sadiqovun-ofisinden-senedler-goturulub

Şahidin sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında olan, Masazırdakı duz gölü ətrafında yerləşən 65 sot torpaq sahəsini üzərindəki tikiliylə almaq üçün qurumun aparat rəhbəri Əjdər Cəbiyevlə danışıb. Əjdər Cəbiyev buna görə ondan 50 min manat alıb. Ərazinin tezliklə onun adına özəlləşdiriləcəyinə söz verib. Sonradan sahəni özəlləşdirmək mümkün olmayıb və o, pulunu geri istəyib:


“Gah dedilər, torpağın üstünü özəlləşdirmək mümkündür, altını yox, gah başqa səbəb gətirdilər. Məhkəməyə də müraciət etdim, Əjdər Cəbiyev çağırıb dedi ki, tut, bu 10 min manatı, get, ərizə yaz ki, şikayətçi deyilsən, bir neçə günə 40 min manatını da qaytaracağıq. Mən də inandım, yazdım. Ancaq sabahı gün nazirliyə gedib Əjdər Cəbiyevlə görüşmək istəyəndə, polislər qapıdan içəri buraxmadı”.

Elmar Səmədov deyib ki, Nazirliyin aparat rəhbəri Əjdər Cəbiyev onu hədələdiyi üçün ikinci dəfə şikayət etməyə qorxub:

“Şahid: - Yol gedirdim, zəng elədi, məni hədələdi ki, yerdə qalan 40 min manatı tələb etməyim.

Hakim: - Sosial Müdafiə Nazirliyidir də, niyə qorxurdunuz ki?

Şahid: - Nə bilim, dedim, vəzifə, səlahiyyət sahibidilər, sabah nə desən olar. Ailəm var, qohumlarım var, qardaşım var... Nəsə, qorxdum.

Hakim: - Sonra qərara gəldiniz ki, şikayət edəsiniz?

Şahid: - Hə, eşitdim ki, DTX tutub, getdim, ərizə verdim, məni dindirdilər.

Şahidin sözlərinə görə, Əjdər Cəbiyev məhkum edilsə də, ona dəymiş 40 min manat zərər ödənilməyib.

Məhkəmə şahid qismində daha bir neçə nəfəri də dindirib. Bu şahidlər müharibə əlilləri və şəhid ailələri üçün Gəncədə və Mingəçevirdə mənzillərin vətəndaşlardan alınması epizodunda adları keçənlərdir. Şahid Taleh Ələkbərov ifadəsində göstərib ki, nazirlik əməkdaşı ilə bağlanmış alqı-satqı müqaviləsində mənzilin 51 min 600 manata alındığı göstərilsə də, ona mənzilə görə cəmi 33 min 500 manat verilib. Şahid Ulduz Verdiyevadansa 3 otaqlı mənzil  sənəd üzərində 52 min manata alınsa da, ona 36 min manat ödənilib.
 
“Bizə maklerlə evi 35 minə danışdıq sonra yekun olaraq 31 min manatla razılaşdıq. Sənədləşməyə gedəndə bizə dedilər ki biz sənəddə 46 min 500 yazırıq, amma sənə 31 min manat verəcəyik. Dedilər ki, bu ev əlillərə veriləcək”, - bunu da şahid Samir İsmayılov deyib.

Daha bir neçə şahid də mənzillərinin sənəd üzərində baha, gerçəkdə ucuz alındığını deyiblər. Hakim şahidlərdən pulun ödənilməyən hissəsini niyə tələb etmədiklərini soruşduqda, şahidlərin cavabı eyni olub: “Nazirlik işçiləri dedilər ki, evləriniz təmirsizdir, qeyd olunan məbləğin sizə verilməyən hissəsi evlərin təmirinə xərclənəcək”.

Şahidlərin dindirilməsi sentyabrın 19-da davam edəcək.

https://toplum.tv/mehkeme/mehkeme-zalinda-dava-dusdu-mtn-isi-texire-salindi

Keçmiş nazir Səlim Müslümovu 2021-ci ilin fevralında Dövlət Təhlükəsizlik Xidməti həbs edib. Mənimsəmə, rüşvətalma, vəzifədən sui-istifadə cinayətlərində təqsirli bilinir. Həbsdə olduğu müddətdə keçmiş nazir vurduğu 27 milyon manatlıq ziyanın 20 milyon manatını Maliyyə Nazirliyinin depozit hesabına qaytarıb. Bundan sonra o, “səhhətindəki problemlərə görə” ev dustaqlığına buraxılıb. Maliyyə Nazirliyi zərərçəkmiş tərəf kimi tanınır və qurum qalan 7 milyon manatın da keçmiş nazir tərəfindən ödənilməsini tələb edir.

Hakim ötən məhkəmə iclasında Səlim Müslümova ifadə verməyi təklif etsə də, sonuncu imtina edib. Deyib ki, özünü təqsirli bilmir, sadəcə səhlənkarlıq edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Qubad İbadoğlunun məhkəməsi, gənc fəalların oxşar motivli həbsləri

Esmira Cavadova
22 Sentyabr 2023

Toplum Tv

Toplum TV-də məhkəmə saatı verilişinə baxırsınız. Verilişdə səs-küylü məhkəmələrdən, yeni həbslərdən danışacağıq. Hüquqşünaslarla, ekspertlərlə birlikdə məhkəmələrin fəaliyyətinə işıq salmağa çalışacağıq.
Məhkəmə

Narkotikə görə tutulan inanclı: “Mədəniyyət evlərində narkotikə qarşı çıxışlar edirdik” 

Esmira Cavadova
19 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Nahid Qəhrəmanovun məhkəməsi başlayıb. Onun adı 7 ay əvvəl hökümətyönlü xəbər saytlarında “Kərimə dövləti qurmaq istəyən 32 nəfər”dən biri kimi qeyd olunurdu. Bildirilirdi ki, həmin 32 nəfər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də ibadət yerlərində, insanların toplaşdığı digər mərasimlərdə İran lehinə təbliğatlar aparıblar. Dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqlarını yerinə yetiriblər. Ancaq bu ad altında həbs olunanların işi məhkəməyə gəldikcə məlum olur ki, onlara qarşı həmin əməllə bağlı yox, satış məqsədilə külli miqdarda narkotik əldə edib saxlamaqla bağlı ittiham verilir. Elə Nahid...

Seçilmiş Videolar

Toplum TV loqo