Məhkəmə

Səlim Müslümovun məhkəməsində Bərpa Mərkəzinin “otkat”ları araşdırılır

Leyli Cəfərova
19 Sentyabr, 2022
1014

Açıq mənbələrdən götürülüb

Milyonlarla manatlıq tenderlərin qalibi olmuş cənazə maşınının sürücüsü... gözəllik mərkəzinin işçisi... Avadanlıq almaq adı altında mənimsənilən pullar, saxta şirkətlər... Bütün bunlar sentyabrın 19-da keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsində səslənib. Keçmiş nazir Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə mühakimə olunur.

Müəssisələrdən yığılan pullar

Məhkəmə iclası şahid dindirmələriylə davam edib. İlk olaraq Ülviyyə Məmmədova dindirilib. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiqlədiyini bildirib. Ancaq hakim onun ifadəsini elan etməyib və birbaşa suallara keçib. Məlum olub ki, Ülviyyə Məmmədova 2012-2019-cu illərdə Nazirliyin iqtisadiyyat şöbəsində baş mühasib işləyib. İşə götürüldüyü gündən şöbənin müdiri Şəlalə Cəfərovanın tapşırıqlarını yerinə yetirib. Hakim bu tapşırıqların nədən ibarət olduğunu soruşub. Ülviyyə Məmmədova bunları deyib: “İlk gündən dedi ki, mənim tapşırıqlarımı yerinə yetirəcəksən. Şirkətlər Nazirliyin müəssisələriylə müqavilələr bağlayırdı, bu işlərə nəzarət edirdim. Müəssisələrdən yığılan pulları Şəlalə Cəfərovaya çatdırırdım. 

Hakim: - Pulları harda verirdiz ona?

Şahid: - İş otağında.

Bərpa Mərkəzinin “otkat”ları

Ülviyyə Məmmədovayla sual-cavab qısa çəkib. Hakim növbəti şahidi - Əlillərin Bərpa Mərkəzinin keçmiş baş mühasibi Nəzakət Kərimovanı dəvət edib. Nəzakət Kərimova da ifadə verməyib, istintaqa verdiyi ifadəsini təsdiqlədiyini bildirib. Hakim bu şahidin də ifadəsini elan etməyib və suallar verib. Məlum olub ki, Nəzakət Məmmədova 2007-2019-cu illərdə baş mühasib işləyib. O, Bərpa Mərkəzinə avadanlıqların alınması zamanı otkat əməliyyatlarından danışıb. Bildirib ki, şirkətlərə ödənilən pulların 30-40 faizi geri alınır və toplanaraq Mərkəzin müdriyyətinə verilirmiş.

Gözəllik mərkəzində işləyən qızın üç şirkəti

Bu şahidlə də qısa sual-cavab olub və növbəti şahid Könül Xudiyeva dəvət edilib. Könül Xudiyeva da əvvəlki şahidlər kimi ifadə verməyib, ibtidai istintaqa verdiyi ifadəsini təsdiqlədiyini deyib. Hakim birbaşa suallara keçib. Məlum olub ki, Könül Xudiyeva bundan əvvəlki şahid Nəzakət Kərimovanın qızıdır. Əlillərin Bərpa Mərkəzinin avadanlıqların alınması üçün müqavilə bağladığı “Röya 2014”, “Buğday 2014”, “İnci” MMC-lər onun adına təsis olunub. Hakimin və prokurorun suallarını cavablandırarkən məlum oldu ki, Könül Xudiyevanın heç bir prosesdən xəbəri olmayıb.

https://toplum.tv/mehkeme/baku-steel-mehkemesinde-geder-gelmez-suali-hovsan-limaninin-pulunu-kim-verib

Hakim: - Hazırda nə işlə məşğulsunuz?

Şahid: - Gözəllik Mərkəzində işləyirəm.

H+akim: - Üç şirkətin sahibi gedib gözəllik mərkəzində işləyir?

Şahid susur.

Hakim davam edir: - Danışın, bunlar nə şirkətlərdir?  Niyə yaratmışdınız bu şirkətləri?

Şahid: - Ailəmizin yaşayışını düzəltmək üçün yaratmışdım.

Hakim: - Danışın, nə qazandınız bu şirkətlərdən?

Şahid susur.

Hakim: - Kimin təklifiylə yaradılmışdı?

Şahid: - Özümün.

Hakim: - Səmimi ol.

Şahid: Anam dedi, yaratmaq lazımdır.

Prokuror: - Müəssisələrdən pul köçürülmələri, xərclər, vəsaitlər...

https://toplum.tv/mehkeme/ramin-hacili-hakime-mehkemeni-qapali-kecirin-ad-cekim

Şahid bütün sualların qarşısında susub. Məlum olub ki, Könül Xudiyevanın adından bütün əməliyyatları  baş etibarnaməylə onun Əlillərin Bərpa Mərkəzinin baş mühasibi olan anası Nəzakət Kərimova həyata keçirib. Şahidin suallara susqunluğunu yenə hakim pozub: “İxtisasca psixoloq-pedaqoq-loqopedsən, özün gözəllik mərkəzində işləyirsən, adında da o boyda şirkətlər olub. Heç nədən də xəbərin yoxdur”. 

30-40 faizlik "otkat"lar

Sonra şahid kimi cənazə daşıyan avtomobilin sürücüsü Ənvər Məhərrəmov dindirilib. Bu şahid də ifadə verməyib, istintaqdakı ifadəsini təsdiqləyib. Sualları cavablandırarkənsə məlum olub ki, Əlillərin Bərpa Mərkəzi üçün avadanlıqların alınmasına görə saxta şirkətlərdən bir neçəsi onun adına təsis edilibmiş. Həmin şirkətlərin hesabına köçürülmüş pul vəsaitlərinin 30-40 faizi otkat şəklində Əlillərin Bərpa Mərkəzinə qayıdır və toplanaraq baş mühasib tərəfindən müdriyyətə çatdırılırmış. Bütün bunlardan xəbəri olmayan şirkətlər təsisçisi Ənvər Məhərrəmov deyib ki, onu bu məsələlərə bir dostu qoşub. Sonralar nə baş verməsindən, onun adından həyata keçirilmiş əməliyyatlardan xəbəri olmayıb.

Şahid: - Mən hər şeydən Milli Məclisə çağırılanda xəbər tutdum.

Hakim: - Milli Məclis olmaz, Dövlət Təhlükəsizlik Xidməti olar.

Şahid: - Bəli, bəli, ora...

Məhkəmə iclası şahid dindirmələriylə sentyabrın 26-da davam edəcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Nərmin Quliyevanın ailəsi İlkin Süleymanova ömürlük həbs tələb edir - yenə məhkəmə olacaq

Esmira Cavadova
29 Sentyabr 2023

Toplum TV

Toplum TV-də “Məhkəmə saatı” verilişinə baxırsınız. Verilişdə səs-küylü məhkəmələrdən, yeni həbslərdən danışacağıq. Hüquqşünaslarla, ekspertlərlə birlikdə məhkəmələrin fəaliyyətinə işıq salmağa çalışacağıq.
Məhkəmə

Şeyx Sərdar 17 il azadlıqdan məhrum edilib

Toplum TV
28 Sentyabr 2023

Sosial media

İlahiyyatçı Sərdar Babayevin (Şeyx Sərdar) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Toplum TV “Qafqazinfo”-ya istinadən bildirir ki, bu barədə sentyabrın 28-i Bakı Ağır Cinayətlər Məhkəməsində hökm verilib. Dövlətə xəyanətdə ittiham olunan dindar barədə 17 il həbs cəzası verilib. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) irəli sürülüb. https://toplum.tv/mehkeme/psuriyada-doumlyuumlsen-sexsin-noumlvbeti-mehkemesi-keccedilirilibp Bildirək ki, Şeyx Sərdar 2021-ci il oktyabrın 19-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılmışdı.

Seçilmiş Videolar

Toplum TV loqo