SEPAH-a casusluqda ittiham olunan şəxsin telefon danışığı məhkəmədə səsləndirilib
Açıq mənbələrdən götürülüb
Məhkəmə
Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Səbuhi Səlimovun məhkəməsi davam edir. O, İranın xüsusi xidmət orqanı olan SEPAH-la əməkdaşlıqda təqsirləndirilir. İttihama görə, Səbuhi Səlimov uzun illərdir ki İrana gedib-gəlməklə orada SEPAH-ın Azərbaycan istiqamətində fəaliyyət göstərən əməkdaşlarıyla görüşüb, tapşırıqlar alıb.
Noyabrın 17-də hakim Eldar İsmalıyov deyib ki, şahid ifadələri başa çatıb və məhkəmə sənədlərin tədqiqinə keçib. Tədqiq olunan sənədlərin içində ən maraqlısı Səbuhi Səlimovla partiyanın keçmiş sədrlərindən olmuş Elçin Manafovun telefon danışığıdır. (Səbuhi Səlimov onun sürücüsü olub). Həmin telefon danışığında Səbuhi Səlimov İranda olarkən SEPAH əməkdaşlarıyla görüşündən danışıb. SEPAH əməkdaşlarının verdiyi tapşırıqları Elçin Manafova çatdırıb.
https://toplum.tv/mehkeme/rasim-memmedov-isi-hakimleri-qorxudan-fotolarda-kim-var
Səbuhi Səlimovla Elçin Manafov arasındakı telefon danışığı:
Hakim telefon danışığının cinayət işinin içində olan mətnini elan edib:
Elçin Manafov: - Necə oldu, görüşdün?
Səbuhi Səlimov: - Hə, görüşdüm.
Elçin Manafov: - Necə oldu? Ağayi Cabbar özü gəlmişdi ora?
Səbuhi Səlimov: - Gəldilər, görüşdüm, dedim ki, burda əməliyyat baha başa gəlir, sizə yük olmayım.
Səbuhi Səlimov ürək əməliyyatına görə SEPAH əməkdaşlarının ona kömək təklifindən və əməliyyatın baha başa gəlməsindən bəzi məlumatlar verəndən sonra söhbətin ikinci hissəsinə keçir:
Səbuhi Səlimov: - Hacı, elə şeylər var ki, bunu ancaq sən bilməlisən, başqa heç kim bilməməlidir. Mən burda (Azərbaycanda) bir şey təşkil eləməliyəm, partiyanın içində bizim bir dəstəmiz olmalıdır. Məsəlçün, tutulan qardaşlara yardım komitəsi adı altında olsun. Orda heç kimin heç kimdən xəbəri olmamalıdır. Biz partiyanın içində araşdırıb tapmalıyıq ki, kim hökumət adamıdır, kim hökumətə işləyir... Məsəlçün, KQB-nin özündə işləyən adamımız olmalıdır.
Elçin Manafov: - Onu necə etmək olar? Çətin məsələdir.
Səbuhi Səlimov: - Mən fikirləşirəm də.. Etmək olar da, axtarıb tapmaq lazımdır.
Elçin Manafov: - KQB-nin içinə girmək olar?
Səbuhi Səlimov: - Hacı, bunlar olmasa, bizim işimiz alınmaz. Bizim hər yerdə adamımız olmalıdır. Məsələn, Milli Məclisdə də, məsələn, süpürgəçi olsun, onlarıın işlərini görən adam olsun.
Elçin Manafov: - Onların istədiyi odur ki, yəni adamlarımız olmalıdır?
Səbuhi Səlimov: - Hə, adamlarımız olmalıdır, ordan bizim məlumatımız olmalıdır. Yəni hücuma keçək. Deyir, sizin gizli adamlarınız, gizli təşkilatınız olmasa, çətin olacaq. Bir də telefon, kompüter məsələsini dedilər. Məndən soruşdu ki, sizin probleminiz nədir? Dedim ki, problemimiz mobil telefondur. Çünki bizim istifadə etdiyimiz telefonlardan bizi izləyirlər. Bir də kompüter lazımdır. İzləmələrdən necə qorunmaq lazımdır, bunu da söhbət elədik.
Hakim Eldar İsmayılov deyib ki, Səbuhi Səlimovun belə telefon danışıqları çoxdur.
Səbuhi Səlimovun vəkili ondan telefon danışığında deyilənləri icra edib-etməməsini soruşub. Səbuhi Səlimov: “Yox, elə orda danışdıq, orda da qaldı. Sonradan bu söhbətə qayıtmadıq”.
Sonra digər sənədlər tədqiq olunub və hakim növbəti məhkəmə iclasını noyabrın 22-nə təyin edib. Həmin gün dövlət ittihamçısı çıxış edəcək.
https://toplum.tv/mehkeme/aytac-eliyeva-isi-mene-dedi-ki-dubaydan-aldigim-qizil-saatlar-polad-cixib
Elçin Manafov bu iş üzrə həm ibtidai istintaqda, həm də məhkəmədə şahid kimi dindirilib.O, məhkəmə ifadəsində göstərmişdi ki, bir neçə il əvvəl ürək əməliyyatı üçün İrana gedən Səbuhi Səlimovu oradakı SEPAH əməkdaşlarıyla özü əlaqələndirib. Bütün bunları etiraf etməsinə baxmayaraq, nədənsə Elçin Manafov özü məsuliyyətdən kənarda qalıb və istintaq onu yalnız şahid kimi cəlb edib.
Elçin Manafov ötən məhkəmə iclaslarından birində şahid kimi dindiriləndən sonra köməkçi hakim Cavid Hüseynov ona belə bir sual vermişdi: “İstərdinizmi Azərbaycanda islam dövləti qurulsun?”. Elçin Manafovun cavabı qısa olmuşdu: “Niyə istəmərəm ki. Ancaq tək mənim istəməyimlə deyil, gərək hamı istəsin”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Nərmin Quliyevanın ailəsi İlkin Süleymanova ömürlük həbs tələb edir - yenə məhkəmə olacaq
Toplum TV
Sosial media