Şirkət sahibi Yasamaldakı sosial evlərə görə məhkəmə qarşısındadır
Açıq mənbələrdən götürülüb
Məhkəmə
Bakı Ağır Cinayətlər Məhkəməsində “KAT Holdinq” MMC-nin təsisçisi Elçin Ələkbərovun mühakiməsi keçirilir. O, Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirli bilinir.
Bu ilin əvvəli sosial şəbəklərdə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihəsi olan Yasamal Yaşayış Kompleksindən mənzil alan bir neçə vətəndaşın narazılığı ilə bağlı məlumat yayılmışdı. Şikayətlər əsasən Yasamal Yaşayış Kompleksindəki 27, 28 və 29 nömrəli binalarla bağlı idi. Vətəndaşlar mənzil aldıqları binalarda təmir-tikinti işlərinin tam olaraq yekunlaşmadığını, həmçinin aldıqları mənzillərə daxil ola bilmədiklərini bildirirdilər. MİDA məsələ ilə bağlı açıqlama vermişdi ki, həmin binalar “KAT Holdinq” MMC ilə bağlanmış müqavilənin şərtlərinə əsasən inşa edilməliymiş. Ancaq “KAT Holdinq” MMC-nin qeyd edilən binaları təhvil verməməsinin və vətəndaşların şikayətlərinin başlamasının səbəbi holdinqin təsisçisi Elçin Ələkbərovun həbs edilməsiymiş.
https://toplum.tv/mehkeme/mtn-isi-movlam-sixeliyev-yene-mehkeme-qarsisina-cixarilir
Elçin Ələkbərov uzun müddət tikinti sahəsində çalışıb və “KAT Holdinq” MMC-nin təsisçisidir. Ondan şikayət edənsə son 2-3 ildə holdinqə şərik olan Litva vətəndaşı Povilas Pociusa olub.
Razılığa əsasən, Elçin Ələkbərov Povilas Pociusanı holdinqə 50 faiz pay sahibi edib. Məhz 50 faizlik pay sahibliyini aldıqdan sonra Povilas Pociusa 3 milyon 26 min manatı holdinqə köçürüb. Bundan əlavə inşa ediləcək binlardan 6 mənzil, 2 qeyri-yaşayış sahəsinin ona veriləcəyi razılaşdırıb. Həmçinin holdinqə məxsus zavod da girov olaraq Povilas Pociusa verilib. Binların inşasının yekunlaşmasına qısa bir vaxt qalmış Povilas Pociusa pulunu tələb edib. Pulunun qarşılığında binadan 6 mənzil, 2 obyekt, bir də zavod girov alan, holdinqə şərik olan Litva vətəndaşı əvvəlcə polisə üz tutub və aldadıldığını deyib.
Povilas Pociusanın 2020-ci ilin iyun ayında Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciəti əsasında cinayət işi başlanıb. Lakin sonradan cinayət işinə xitam verilib. Daha sonra həmin faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb və Elçin Ələkbərov özünün təsisçisi olduğu holdinqin pulunu mənimsəməkdə ittiham edilib.
Povilas Pociusanın tələb etdiyi məbləğ “Kat Holdinq” MMC ilə onun arasında bağlanmış rəsmi borc müqaviləsi ilə şirkətin aldığı borcdur. Bundan əlavə, alınan 3 milyonluq borc qarşılığında qoyulan girovun məbləğisə qat-qat artıqdır. Təkcə girov qoyulan zavodun dəyəri 5 milyon, digər girovlarla birlikdə 10 milyon dəyər hesablanır.
Elçin Ələkbərov həbsinin qanunsuz olduğunu bildirir.
Həbs edilən Elçin Ələkbərovun qardaşının, ailə üzvlərinin və digər qohumlarının əmlaklarına həbslər qoyulub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06