Məhkəmə

Vətənə xəyanət məhkəməsində dövlətə etibar mübahisəsi

Leyli Cəfərova
20 Sentyabr, 2022
454

Sosial media

Prokuror: - İstintaqa verdiyiniz ifadəni imzalamamışdan əvvəl oxumuşdunuz?

Şahid: - Xeyr.

Prokuror: - Niyə?

Şahid: - Həm gözüm görmür, həm də dövlətə etibar edirəm.

Prokuror: - İfadənizdə bildirmisiniz ki, İslam Partiyasını İranın Xüsusi Xidmət Orqanları maliyyələşdirib, Səbuhi Səlimov da o partiyadan maaş alıb.

Bu sorğu-sual sentyabrın 20-də dövlətə xəyanətdə təqsirləndirilən Səbuhi Səlimovun məhkəməsində şahid kimi dindirilən İnqilab Əhədovla dövlət ittihamçısı arasında olub.

Bir aydan çoxdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Səlimovun məhkəməsi davam edir. O, bir neçə il əvvəl İslam Partiyasının sədrinin sürücüsü işləyərkən İranın Xüsusi Xidmət orqanını əməkdaşlarıyla əlaqə qurmaqda, pul müqabilində İsrailin bayrağını yandıraraq, videogörüntülərini onlara göndərməkdə, İsrail əleyhinə təşkil olunmuş aksiyalarda fəal iştirak etməkdə, İran Xüsusi Xidmət orqanından aldığı başqa tapşırıqları yerinə yetirməkdə təqsirləndirilir. Özü bu ittihamları qəbul etmir.

Bu gün məhkəmə iclasında şahid kimi dindirilən İnqilab Əhədov da əvvəllər eyni maddəylə (dövlətə xəyanət) təqsirli bilinib və 5 illik həbsə məhkum olunub. İki ilə yaxındır ki, cəzasını çəkərək azadlığa buraxılıb. Bu günsə o, məhkəmə ifadəsində göstərib ki, Səbuhi Səlimovla uzun illər əvvəl İslam Partiyasında tanış olub. 2016-cı ildə həbsə düşəndən sonra Səbuhi Səlimov onun ailəsinə ərzaqla köməklik edib. Bir neçə dəfə həbsxanaya yanına da gəlib. Bir sözlə, onu yaxşı bir insan kimi tanıyıb. Prokuror məhkəmənin nəzərinə çatdırıb ki, şahidin hazırda verdiyi ifadəsiylə ibtidai istintaqa verdiyi ifadəsi uyğun gəlmir. Sonra şahiddən ibtidai istintaqa ifadə verərkən təzyiqlə üzləşib-üzləşmədiyini soruşub. Şahid hər hansı təzyiq olmadığını deyəndə, prokuror “ifadənizi imzalayarkən oxumuşdunuzmu” sualını verib. Şahid oxumadığını deyib.

Prokuror şahidin ibtidai istintaqa verdiyi ifadəsini elan edəndə şahidin gözləri necə deyərlər, kəlləsinə çıxıb. Həmin ifadədə qeyd edilib ki, İslam Partiyasını İranın Xüsusi Xidmət Orqanları maliyyələşdirib, Səbuhi Səlimov da o partiyadan maaş alıb. Şahid belə ifadə vermədiyini deyib.

Köməkçi hakim: - Siz özünüz də eyni maddəylə əvvəllər məhkum edilmisiniz. Sizi düz edib həbs etmişdilər?

Şahid: - Əlbəttə, yox.

Köməkçi hakim: - Əgər düşünürsünüzsə həbsiniz düzgün olmayıb, demək ki, istintaqınızda nəsə düz getməyib, elə deyil?

Şahid: - Bəli.

Köməkçi hakim: - O zaman necə oldu ki, siz növbəti dəfə dövlətə etibar edib istintaqa verdiyiniz ifadəni oxumadan imzaladınız?

Şahid hakimin sualları qarşısında heç nə deməyib.

Sonra hal şahidləri dindirilib. Rəşad Nəzəri və Elvin Abbasov Xırdalan bələdiyyəsinin işçiləridir. Onlar məhkəməyə tanımadıqları şəxslər tərəfindən maşına mindirilərək tanımadıqları ünvana aparıldıqlarını, maşında təxminən 15 dəqiqə gözlədikdən sonra evə dəvət olunduqlarını, orada təqdim olunan kağızları imzaladıqlarını deyiblər. Rəşad Nəzərinin sözlərinə görə, bir müddətdən sonra DTX-ya çağırılıb, orada da bir neçə sənədi imzalayıb. Ancaq nə getdiyi ünvanla, nə də imzaladığı sənədlərlə bağlı ona heç nə deyilməyib. DTX olduğuna görə özü də necə deyərlər, işin dərinliyinə getməyib.

Şahidlərin dindirilməsindən sonra hakim Eldar İsmayılov növbəti məhkəmə iclasını oktyabrın 11-nə təyin edib.

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

“Tərtər işi” üzrə bəraət almış şəxslərə 361 min manat təzminat ödənəcək  

Esmira Cavadova
26 May 2023

Açıq mənbələrdən götürülüb

“Tərtər işi” üzrə işgəncələr yoluyla boynuna dövlətə xəyanət cinayəti qoyulmuş və barələrində müxtəlif müddətlərə həbs hökmü çıxarılmış, sonradan bəraət alaraq zərərçəkmiş kimi tanınmış üç keçmiş hərbçiyə təzminat ödəniləcək.  Toplum TV-nin xəbərinə görə, bu barədə Nəsimi rayon Məhkəməsi qərar verib.     Həmin keçmiş hərbçilər Müşfiq Əhmədli, Zaur Abdullayev və Vəli Xəlilovdur.     Onlar ayrı-ayrılıqda bir neçə ay əvvəl məhkəməyə müraciət ediblər.     Məhkəmə qərar verib ki, Müşfiq Əhmədliyə 66 min (həbsdə olduğu hər aya görə 1000 manat), maddi ziyana görə isə 57 min 486 manat (cəmi 123 min 486 manat),  Zaur Abdullayevə mənəvi ziyana görə 66 min, maddi...
Məhkəmə

FHN polkovniki 3 il 6 ay həbsdə qalacaq

Esmira Cavadova
24 May 2023

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, polkovnik Zaur Mirzəyevə hökm oxunub. O, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.     Zaur Mirzəyevin qapalı keçirilən məhkəməsi aylardır ki, davam edirdi. O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunurdu.     İttihama görə, Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq, qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin...

Seçilmiş Videolar

Toplum TV loqo