Açıq mənbələrdən götürülüb
İyulun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsi İmişli rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vilyam Hacıyevin əmlakı müsadirə edilməklə 12 il azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb.
Dövlət ittihamçısı onun 13 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Keçmiş icra başçısının vəkilləri isə qərar çıxarılarkən Vilyam Hacıyevin dövlət qarşısında xidmətlərinin və səhhətindəki problemlərin nəzərə alınmasını xahiş etmişdilər.
Vilyam Hacıyev mənimsəmə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, rüşvətalma və qanunsuz odlu silah saxlama maddələriylə ittiham olunur.
İmişli rayonunun müxtəlif rəsmi qurumlarının nümayəndələri məhkəmədə çıxış edərək keçmiş başçının dövlətə vurduğu ümumilikdə 7,5 milyon manatı ödəməsini istəyiblər.
Onların iddialarına görə, Vilyam Hacıyev başçı vəzifəsində işləyərkən həmin pulları mənimsəyib. Ötən ay məhkəmədə ifadə verən keçmiş başçısa iddia olunan məbləğin 6 milyon manatını imkanlı qohumlarının və dostlarının yardımı ilə ödəməyə hazır olduğunu deyib.
Vilyam Hacıyev verilmiş ittihamlar üzrə özünü təqsirli bilmir. O, həbs olunarkən evindən aşkar edilmiş 2 milyon 480 min dollar və 450 min avronun həyat yoldaşının babasından qaldığını bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
HƏMAS-ı tərifləyir, İsraili pisləyir - Ərdoğanın niyyəti nədir?
100 yaşlı Türkiyə Cümhuriyyəti: Atatürkün siyasi irsindən nə qalıb?
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
Qarabağa böyük qayıdış nə qədər şəffaf keçiriləcək?
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?